. Love.az

Nursultan Nazarbayev - Wikipedia - Love.az

Ana Səhifə - Nursultan Nazarbayev

Nursultan Əbiş oğlu Nazarbayev (qaz. Нұрсұлтан Әбішұлы Назарбаев/ Nūrsūltan Äbişūly Nazarbaev; 6 iyul 1940[1][2][…], Çemolqan[d], Almatı vilayəti) — Qazaxıstan Respublikasının 1-ci Prezidenti (1990–2019). Elbaşı (qaz. Елбасы/Elbasy) titulunun daşıyıcısı, Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurasının sabiq rəhbəri və hakim Nur Otan partiyasının sabiq lideri.

Nursultan Nazarbayev
qaz. Нұрсұлтан Әбішұлы Назарбаев
rus. Нурсултан Абишевич Назарбаев
Qazaxıstan Respublikasının
1-ci Prezidenti
24 aprel 1990 – 20 mart 2019
ƏvvəlkiVəzifə təsis edilib
SonrakıQasım-Comərd Tokayev
Qazaxıstan SSR Ali Sovetinin sədri
22 fevral 1990 – 24 aprel 1990
ƏvvəlkiKıylıbay Medeubekov
SonrakıYerik Asanbayev
Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi
22 iyun 1989 – 28 avqust 1991
ƏvvəlkiGennadi Kolbin
Qazaxıstan SSR Nazirlər Sovetinin sədri
22 mart 1984 – 27 iyul 1989
ƏvvəlkiBəyken Əşimov
SonrakıUzakbay Qaramanov
Şəxsi məlumatlar
Doğum tarixi 6 iyul 1940(1940-07-06)[1][2][…] (84 yaş)
Doğum yeri
  • Çemolqan[d], Almatı vilayəti, Qazaxıstan SSR, SSRİ
Partiya
  • Nur Otan[d]
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı
  • Sara Nazarbayeva
Uşaqları
  • Dariqa Nazarbayeva,
  • Aliya Nazarbayeva
Dini Əhlis-Sünnə, ateizm
Hərbi xidmət
Rütbəsi ali baş komandan[d]
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[3]
Elmi dərəcəsi
  • iqtisad elmləri doktoru (1992)

Təltifləri Qazaxıstanın Xalq Qəhrəmanı
Grand Cross of the Order of the Oak Crown Grand Star of the Decoration for Services to the Republic of Austria "Qızıl runo" ordeni "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni "Aleksandr Nevski" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Astana" medalı "Qazaxıstan Respublikasının müstəqilliyinin 10 illiyi" medalı Q3853541 Q949936 "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Qazaxıstan Respublikası Parlamentinin 10 illiyi" medalı Q3853594 Q3853592 "Moskvanın 850 illik xatirəsinə" medalı "Astananın 10 illiyi" medalı "Qazaxıstan Respublikasının müstəqilliyinin 20 illiyi" medalı "Sankt-Peterburqun 300 illik xatirəsinə" medalı Medal "In Commemoration of the 1000th Anniversary of Kazan" "Xam torpaqlardan istifadə edilməsinə görə" medalı "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı "Xalqlar dostluğu" ordeni "Fəxri legion" ordeninin Böyük xaçı "Müqəddəs Mixail və Georgi" ordeni "Tatarıstan Respublikası qarşısında xidmətlərə görə" ordeni "Payızgülü" ordeni Collar of the Order of the Cross of Terra Mariana Order of the Three Stars, 1st Class "Azadlıq" ordeni 1-ci dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni 1-ci dərəcəli "Cüt ağ xaç" ordeni Order of Freedom of the Republic of Slovenia "Xidmətlərə görə" ordeninin böyük xaçı Kral Tomislavın Böyük Ordeni "Heydər Əliyev" ordeni "Qızıl qartal" ordeni "Vətən" ordeni Sent-Çarlz ordeninin Böyük Xaçı Collar of the Order of Pope Pius IX Grand Cross with Chain of the Order of Merit of the Republic of Hungary (civil) Katolik İzabella ordeni sepi Grand Cordon of the Order of Leopold Grand Cross with Collar of the Order of the White Rose of Finland Grand Cross of the Order of Vytautas the Great "İtaliya qarşısında xidmətlərə görə" ordeninin lentli böyük cəngavərlik xaçı "Xilaskar" ordeni "Dövlət nişanı" ordeni "Nil" ordeni "Böyük xidmətlərə görə" ordeni 1-ci dərəcəli "Manas" ordeni Order of Independence "İsmayıl Samani" ordeni Grand Order of Mugunghwa Medal for the 20th anniversary of the Constitution of Kazakhstan Order of Al-Fakhr Q21661868 "Zaid" ordeni "Serbiya Respublikası" ordeni Knight of the Order of the White Eagle
"Şəfəq" ordeni Order of Grand Duke Dmitry Donskoy 1st Class "Dostluq" ordeni "Şöhrət və şərəf" ordeni 1-ci dərəcəli "Müqəddəs Sergey Radonejski" ordeni "Əhməd Kadırov" ordeni
İmzanın şəkli
akorda.kz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Maraqları
  • 4 Mükafatları
  • 5 İstinadlar

Həyatı

redaktə

Nursultan Nazarbayev 6 iyul 1940-cı ildə Qazaxıstan Respublikasında doğulmuşdur.

1958–1960-cı illərdə Dneprodjerzinsk texniki peşə məktəbində oxumuş, "Kazmetalurqstroy" trestində fəhlə işləmişdir. 1960–1969-cu illərdə Karağandı metallurgiya zavodunda müxtəlif vəzifələrdə çalışmışdır. 1967-ci ildə Karağandı metallurgiya zavodunun nəzdində Ali Texniki Məktəbi bitirmişdir, iqtisad elmləri doktorudur. 1969–1984-cü illərdə Karağandı metallurgiya zavodunda, Temirtau səhər partiya komitəsində, Qazaxıstan Kommunist partiyası Mərkəzi Komitəsində komsomol və partiya işlərində çalışmışdır. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Ali Partiya məktəbini qiyabi bitirmişdir. 1984–1989-cu illərdə Qazaxıstan SSR Nazirlər Sovetinin sədri olmuşdur. 1989–1990-cı illərdə Qazaxıstan Kommunist Partiyasının mərkəzi Komitəsinin birinci katibi və Qazaxıstan SSR Ali sovetinin sədri seçilmişdir.

24 aprel 1990-cı ildə Qazaxıstan Respublikasının Ali Soveti tərəfindən Qazaxıstan Respublikasının Prezidenti seçilmişdir. 1 dekabr 1991-ci ildə ümumxalq seçkiləri nəticəsində Qazaxıstan Respublikasının 1-ci Prezidenti seçilmişdir. 29 aprel 1995-ci ildə ümumxalq referendumu nəticəsində prezident səlahiyyətləri uzadılmışdır. 10 yanvar 1999-cu ildə seçkilərdə 81,71% səs toplayaraq yenidən prezident seçilmişdir. 4 dekabr 2005-ci ildə seçkilərdə 91,15% səs toplayaraq təkrar prezident olmuşdur.

19 mart 2019-cu ildə Qazaxıstan Prezidentliyindən istefa etmişdir:

  Prezident səlahiyyətlərimi dayandırmaq qərarına gəldim. Bu il ən yüksək vəzifəni tutmağımın 30 ili tamam olur. Xalq mənə müstəqil Qazaxıstan Respublikasının 1-ci Prezidenti olmağa imkan verdi.[4]  

Ailəsi

redaktə

Evlidir, üç qızı var.

Maraqları

redaktə

Tennis və xalq musiqisinə maraq göstərir.

Mükafatları

redaktə

3 aprel 2017-ci ildə "Heydər Əliyev" ordeni ilə təltif edilmişdir.[5]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Nursultan Nazarbayev // The Fine Art Archive. 2003.
  2. ↑ 1 2 Nursultan Nasarbajew // Munzinger Personen (alm.).
  3. ↑ Kazachstán. Prezident (1991- : Nazarbajev) // Çex Milli Hakimiyyət Məlumat bazası.
  4. ↑ "Nursultan Nazarbayev istefa verib". report.az. 19 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2019.
  5. ↑ APA TV. "Nursultan Nazarbayevə "Heydər Əliyev" ordeni təqdim edilib" (az.). Youtube.com. 03.04.2017. 2017-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-03.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nursultan_Nazarbayev&oldid=8121884"
LOVE.AZ