. Love.az

Baharli Zengilan - Wikipedia - Love.az

Ana Səhifə - Baharli Zengilan
Bu adın digər istifadə formaları üçün bax: Baharlı.

Baharlı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Çöpədərə kənd inzibati ərazi dairəsində kənd.[1]

Baharlı
39°01′02″ şm. e. 46°40′38″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Zəngilan rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 410 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Baharlı xəritədə
Baharlı
Baharlı

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]

Mündəricat

  • 1 Tarixi
  • 2 Mədəniyyəti
  • 3 Coğrafiyası və iqlimi
  • 4 Əhalisi
    • 4.1 Şəxsiyyətləri
  • 5 İstinadlar
  • 6 Ədəbiyyat
  • 7 Həmçinin bax
  • 8 İstinadlar

Tarixi

redaktə

Baharlı adına ilk dəfə orta əsrlərə aid mənbələrdə təsadüf edilir. Bu soyadı ilk dəfə XV əsrdə yaşamış Əlişəkər bəy Baharlı daşımışdır. O, yaxın qohumu Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşahın hakimiyyəti illərində Həmədan hakimi idi.[3]

XVIII əsrdə Qarabağ xanlığının ictimai-siyasi, mədəni həyatında əhəmiyyətli rol oynamış Bayramxan bəy Abdulla xan oğlu Baharlı, onun oğlu Mirzə Vəli bəy Baharlı Əlişəkər bəy Baharlı nəslinin layiqli övladlarıdırlar.[3]

Zəngilan rayonunun Baharlı kəndinin yerli əhalisi Əlişəkər bəy Baharlının, onun nəslindən olan Mirzə Vəli bəy Baharlının ovladlarıdır.[3]

Mədəniyyəti

redaktə

Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalına qədər kəndin geniş, yaraşıqlı orta məktəbi, ikimərtəbəli universamı, kitabxanası, tibb məntəqəsi, klubu və s. vardı.

Coğrafiyası və iqlimi

redaktə

Baharlı kəndi dünyada ikinci, Avropada birinci çinar meşələrinin boy verdiyi Bəsitçayın Araza qovuşacağındadır.

Əhalisi

redaktə

Erməni işğalına qədər bu kənddə otuzadək ailə yaşayırdı.

Şəxsiyyətləri

redaktə
  • Məhəmməd Əsədov — Azərbaycanın görkəmli dövlət xadimi, milis general-mayoru.
  • Xostan Vəliyev — coğrafiya elmləri doktoru, professor.
  • Zahid Məmmədov — coğrafiya elmləri doktoru, professor.
  • Məhəmməd Baharlı — nasir, publisist.

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. ↑ "Prezident Mincivanın işğaldan azad olunduğunu açıqladı". qafqazinfo.az (az.). 21 oktyabr 2020. 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2020.
  3. ↑ 1 2 3 Orxan Zakiroğlu (Baharlı). Əlişəkər bəy Baharlı və onun nəslinin görkəmli övladları. "Bütöv Azərbaycan" qəzeti, 11–17 iyul 2012-ci il, № 23 (155)

Ədəbiyyat

redaktə
  • Məhəmməd Baharlı. Azərbaycan tarixi: Baharlılar. Bakı: Adiloğlu,2010
  • Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar.(I kitab. Bakı, 2013)
  • Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar.(Ensiklopedik məlumat kitabı) (II kitab. Bakı, 2013)
  • Orxan Zakiroğlu(Baharlı). Mirzə Vəli bəy və onun nəslinin tanınmış övladları. "Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri" (Doqquzuncu buraxılış). Bakı, 2014
  • Orxan Zakiroğlu (Baharlı). Baharlı tayfasının adını daşıyan ərazilər. "Bütöv Azərbaycan" qəzeti, 8–14 avqust 2012-ci il, № 27 (159)
  • Orxan Zakiroğlu (Baharlı). Əlişəkər bəy Baharlı və onun nəslinin görkəmli övladları. "Bütöv Azərbaycan" qəzeti, 11–17 iyul 2012-ci il, № 23 (155)

Həmçinin bax

redaktə
  • Baharlı oymağı
  • Ağdam rayonunun I Baharlı kəndi
  • Vəliyevlər

İstinadlar

redaktə
Zəngilan rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Baharlı_(Zəngilan)&oldid=7754445"
LOVE.AZ