Bakı Təşəbbüs Qrupu[a] və ya qısaca BTQ – dekolonizasiya və insan hüquqları sahələrində beynəlxalq tərəfdaşlıqların inkişafını dəstəkləyən beynəlxalq qeyri-hökumət təşkilatı. Qrupun icraçı direktoru Abbas Abbasovdur.[1] Təşkilat Fransa tərəfindən tənqidlərlə üzləşmiş və xarici müdaxilə kimi qiymətləndirilmişdir.[2][3]
Bakı Təşəbbüs Qrupu BTQ | |
---|---|
![]() Loqo | |
Növü | Beynəlxalq təşkilat |
Şüar | Birlik, azadlıq, müstəqillik |
Yaranma tarixi | 6 iyul 2023 |
Mərkəzi |
Bakı, ![]() |
Sədr | Abbas Abbasov |
bakuinitiative.com |
Bakı Təşəbbüs Qrupunun yaradılması barədə qərar 6 iyul 2023-cü ildə Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində Bakıda keçirilmiş dəyirmi masa zamanı verilmişdir. Tədbir zamanı Martinika, Qayana, Yeni Kaledoniya, Fransız Polineziyası, Uollis və Futuna, Solomon adalarının nümayəndələri çıxış etmişdirlər.[4] Təşkilatın ofisi 21 oktyabr 2023-cü ildə Bakıda yerləşən "Winter Park Plaza"da açılmışdır.[1]
Qrupun məqsədi müstəmləkəçilikdə olan dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verməkdir. 22 sentyabr 2023-cü ildə qrup tərəfindən BMT-də "Dekolonizasiya: Sakit inqilab" mövzusunda konfrans keçirmişdir. 20 oktyabr 2023-cü ildə qrupun təşəbbüsü ilə 14 ölkənin, Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərin, həmçinin Korsikanın təmsilçilərinin iştirak etdiyi "Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik" adlı beynəlxalq konfrans baş tutmuşdur.[1] 21 noyabr 2023-cü ildə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf" mövzusunda konfrans keçirilmişdir.[5]
20 iyun 2024-cü ildə qrupun təşəbbüsü ilə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında "Müstəqilliyə və fundamental azadlıqlara doğru: Müstəmləkəçiliyə son qoyulmasında C24 Komitəsinin rolu" adlı beynəlxalq konfrans keçirilmişdir. Konfransda Fransa və Niderlandın müstəmləkəsi olan 8 ərazidən nümayəndələr iştirak etmişdirlər.[6]
Bakı Təşəbbüs Qrupu aşağıdakı müstəmləkə ərazilərin dekolonizasiyasını dəstəkləyir, həmin ərazilərin nümayəndələri ilə əməkdaşlıq edir. Bundan əlavə, Komor adaları, Haiti kimi keçmiş Fransa müstəmləkələri də Bakı Təşəbbüs qrupu tərəfindən keçirilən tədbirlərdə iştirak edirlər.
2024-cü ilin iyulunda Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Bakıda Fransanın son koloniyalarının nümayəndələri tərəfindən Beynəlxalq Dekolonizasiya Cəbhəsi yaradılıb. Beynəlxalq Dekolonizasiya Cəbhəsi 23-24 yanvar tarixlərində Kanakidə keçirilən konqresdə Prezident İlham Əliyevin "Dəmir Yumruğ"unu özünə rəsmi rəmz olaraq qəbul edib.[25]
Təşkilat Fransa hakimiyyət orqanları tənqidlərlə üzləşmiş, Azərbaycanın Yeni Kaledoniyaya müdaxiləsi kimi qiymətləndirilmişdir.[26][27] 2024-cü ildə Yeni Kaledoniyada baş verən etirazlar zamanı təşkilatın dəstəyi ilə etirazçıların qrupun loqosu olan köynəklər geyindiyi iddia edilmişdir. Yeni Kaledoniya Milli Assambleyasının deputatı Nikolas Metsdorf Bakı Təşəbbüs Qrupunun bu müdaxiləsinin Avropa Parlamenti tərəfindən tənqid olunmasını istəmişdir.[2] Fransanın VIGINUM hökumət agentliyi təşkilatın Korsika kimi Fransa ərazilərində onlayn müzakirələri və istifadəçiləri manipulyasiya etməyə çalışdığını bildirmişdir.[28]
2025-ci ilin aprelində Fransa Xarici İşlər Naziri Manuel Vals təşkilatın Yeni Kaledoniyanın gələcəyi ilə bağlı vasitəçilik təklif edən məktubunu "Fransanın sabitliyini pozma cəhdi" kimi qiymətləndirmişdir. Yayımlanan bəyənatda Fransanın Bakı Təşəbbüs Qrupunu tanımadığı bildirilmişdir.[3]