. Love.az

Bala Agayev - Wikipedia - Love.az

Ana Səhifə - Bala Agayev

Bala Məmməd oğlu Ağayev (1910, Şuşa – 1989, Azərbaycan SSR) — 1944–1953-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin sayca 8-ci direktoru (rektoru), kənd təsərrüfatı elmləri doktoru və professor.[1]

Bala Ağayev
Bala Məmməd oğlu Ağayev
Doğum tarixi 1910
Doğum yeri Şuşa, Şuşa qəzası, Rusiya İmperiyası
Vəfat tarixi 1989
Vəfat yeri Azərbaycan SSR
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan AXC→
SSRİ SSRİ
Milliyyəti Azərbaycanlı
Elm sahəsi Kənd təsərrüfatı
Elmi dərəcəsi Elmlər doktoru
İş yeri Azərbaycan Dövlət Aqrar Universiteti

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Təhsili
  • 2 Fəaliyyəti
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Həyatı

redaktə

1910-cu ildə Şuşada anadan olmuşdur. 1989-cu ildə vəfat etmişdir.

Təhsili

redaktə

Azərbaycan Dövlət Aqrar Universitetində (o dövrki adı ilə AKTİ) ali təhsil almışdır.

Fəaliyyəti

redaktə

Bala Ağayev kənd təsərrüfatı elmləri doktoru, professor, torpaqşünaslıq və meliorasiya üzrə görkəmli alim, Macarıstan Elmlər Akademiyasının müxbir üzvü, Təbriz Universitetinin fəxri professoru seçilmişdir.[1] Onun Azərbaycan Dövlət Aqrar Universitetinə rəhbərlik etdiyi dövrdə meşə təsərrüfatı fakültəsi yaradılmış, tələbə qəbulu planı və məzunların sayı əhəmiyyətli dərəcədə artmış, əvvəlki illərdən fərqli olaraq 1950–1953-cü illərdə kənd təsərrüfatına xeyli ali təhsilli mütəxəssis göndərilmişdir.[1]

Həmçinin bax

redaktə
  • Məmməd Mehdiyev
  • Azərbaycan Dövlət Aqrar Universiteti

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 "Bala Ağayev". adau.edu.az. 2019-10-23 tarixində arxivləşdirilib.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bala_Ağayev&oldid=6630238"
LOVE.AZ