Betmen Supermenə qarşı: Ədalətin şəfəqi (ing. Batman v Superman: Dawn of Justice) — ABŞ istehsalı olan, DC Comics-in fantastik kitablarındakı Supermen və Betmen obrazları əsasında çəkilmiş fantaziya filmi. Bu film 2013-cü ildə nümayiş olunmuş Polad Adam filminin ikinci seriyasıdır. Filmin ssenarisi Kristofer Nolan və Devid Qoyerə məxsusdur. Rolları Ben Afflek, Henri Kavill, Emi Adams, Cessi Ayzenberq, Diana Leyn, Ceremi Eyrens və digər aktyorlar ifa edirlər. Bu film Betmen və Supermenin eyni filmdə yer aldığı ilk filmdır. Həmçinin filmə Möhtəşəm Qadın, Akvamen, Sayborq və Fleş obrazlarıda daxil edilmişdir.
Betmen Supermenə qarşı: Ədalət şəfəqində | |
---|---|
ing. Batman v Superman: Dawn of Justice | |
![]() Filmin Azərbaycan kino yayımı üçün afişası | |
Janr | krossover, superqəhrəman filmi, döyüş filmi[1][2][…], elmi-fantastika filmi |
Əsas mövzu | terrorizm, jurnalistika |
Rejissor | |
Prodüserlər | |
İcraçı prodüser | Kristofer Nolan |
Ssenari müəllifləri | |
Baş rollarda |
|
Bəstəkarlar |
|
Quruluşçu rəssam | Patrik Tatopulos[d] |
Geyim rəssamı | Maykl Uilkinson[d] |
Montajçı | Devid Brenner[d] |
İstehsalçılar | RatPac-Dune Entertainment[d], The Stone Quarry[d] |
Distribütor | InterCom[d][11], Warner Bros., Netflix |
İlk baxış tarixi | 24 mart 2016[4][12][…], 24 mart 2016[13][4][…], 25 mart 2016[14], 23 mart 2016[15] |
Müddət | 151 dəq.[16], 182 dəq.[17] |
Büdcə | 250.000.000 $ |
Gəlir | 873.637.528 $[18], 330.360.194 $[18], 166.007.347 $[18] |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli[d] |
Çəkiliş yeri | Toronto, Los-Anceles, Nyu-Meksiko, Detroyt[19], Vaşinqton[19] |
IMDb | ID2975590 |
![]() |
Filmin çəkiləcəyi 2013-cü ildə San Diego Comic-Con International-da Polad Adam filminin nümayiş olunmasından sonra açıqlandı. Snayder 2013-cü ilin iyun ayında verdiyi müsahibəsində Qara Cəngavərin Yüksəlişi filmində Frank Miller tərəfindən hazırlanmış Betmen obrazının filmə daxil olunacağını bildirmişdir. Sınaq çəkilişləri 2013-cü ildə East Los Angeles College-də başladı. Əsas çəkilişlər 2014-cü ildə Miçiqanda baş tutdu və son əlavə çəkilişlər isə İllinoysda həyata keçirildi. 2014-cü ilin dekabr ayında çəkilişlər tamamlandı. Filmin 2D, 3D, və IMAX 3D formatlarda 25 mart 2016-cı ildə Birləşmiş Ştatlarda nümayiş olunacağı bildirildi.
Polad Adam hadisələrindən sonra, özünü Qotem Şəhəri-nin qoruyucusu elan edən Betmen, Metropolisə gələrək burada Supermenə qarşı mübarizə apardığı bir vaxt, bəşəriyyət başqa təhlükəli hadisələrə məruz qalır.[20]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |