. Love.az

Karla Qucino - Wikipedia - Love.az

Ana Səhifə - Karla Qucino

Karla Qucino (ing. Carla Gugino, 29 avqust 1971, Florida, ABŞ) — amerikalı aktrisa. Əsasən "Günahlar şəhəri" filmindəki Lusill roluna görə tanınır.

Karla Qucino
ing. Carla Gugino
Karla Qucino (2013)px
Doğum adı Carla Neill Gugino
Doğum tarixi 29 avqust 1971 (53 yaş)
Doğum yeri Sarasota, Florida, ABŞ
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1988-indiyədək
Boyu 165 sm
IMDb ID0001303
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Karyerası
  • 3 Seçilmiş filmoqrafiya
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Karla Qucino 29 avqust 1971-ci ildə ABŞ-nin Florida ştatında dünyaya gəlib. İtalyan mənşəli amerikalıların ailəsində dünyaya göz açan aktrisa davamlı olaraq anası ilə birlikdə Kaliforniyanın şəhərlərində yaşamalı olub. 15 yaşı olanda onlar San-Diyeqoda yaşayırdılar. Bu zaman model karyerasına başlamaq istəyən Karla Nyu-Yorka getməyi qərara alır. Ancaq boyu hündür olmadığı üçün bu iş perspektiv vəd etmədi və o, Los-Ancelesə köçdü. Xalasının məsləhəti ilə Karla aktyorluq məharəti kurslarına getməyə başladı. Anası isə onu Los-Ancelesə altı aylıq oxumağa göndərmişdi və artıq San-Diyeqoya qayıtmasında israr edirdi.

Karyerası

redaktə

San-Diyeqoya qayıdana kimi Karla özünün ilk filmi sayılan "Beverli-Hillsdən olan dəstə" komediyasına çəkilməyə vaxt tapdı. Sonra isə bir neçə kiçik rollar oldu və 1993-cü ildə o, "Bu oğlanın həyatı" dramında əməlli-başlı bir rola çəkildi. Karla Qucino, Maykl Cey Foksla birlikdə "Spin City" sitkomunda da oynadı. Aktrisa "Dəniz quldurları" adlı Britaniya serialında və bir neçə telefilmdə də rol aldı. 1998-ci ildə o, Brayan De Palmanın "İlanın gözləri" trillerində oynadı. Sonra çəkildiyi "Uşaq casuslar" və "Yeganə" filmləri Karlaya məşhur aktrisa statusunu qazandırdı. 2004-cü ildə o, Brodveydə teatr debütü edib və Artur Millerin "Süqutdan sonra" pyesində Meggi rolunu canlandırıb. Karla Qucino, Bon Covinin "Always" mahnısına çəkilmiş klipə və "L`oreal"ın saç boyası reklamına da çəkilib. Aktrisa tünd şokolad və çərəzi çox sevir, amma kökəlməyə meyilli olduğu üçün bu ərzaqlardan az yeyir. Onun sevimli hobbisi yoqa, səyahətlər və köhnə dostların əhatəsində keçirdiyi axşamlardır. Aktrisanın sol topuğunda kəpənəkşəkilli kiçik bir tatuaj var.

Seçilmiş filmoqrafiya

redaktə
  1. Tək (film, 2001)

İstinadlar

redaktə
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Xarici keçidlər

redaktə
Aktyor və ya aktrisa haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Karla_Qucino&oldid=7140356"
LOVE.AZ