. Love.az

Cahanbext Tofiq - Wikipedia - Love.az

Ana Səhifə - Cahanbext Tofiq

Cahanbəxt Tofiq (az.-əski. جهانبخت توفیق‎ ing. Jahanbakht Tofigh d. 9.2.1931, Sərab), ö. 28.4.1970 — azərbaycanlı məşhur sərbəst güləşçi. İranın dünya üzrə güləş çempionatlarında ilk qızıl medalını qazanmışdır.[1]

Cahanbəxt Tofiq
az.-əski. جهانبخت توفیق‎
Şəxsi məlumatlar
Vətəndaşlığı  İran
Doğum tarixi 9 fevral 1931
Doğum yeri Sərab Şərqi Azərbaycan ostanı
Vəfat tarixi 28 aprel 1970 (39 yaşında)
Vəfat yeri
  • London, Böyük London, İngiltərə, Birləşmiş Krallıq
Çəkisi 67 kq.
İdman növü Sərbəst güləş
Medallar
Olimpiya oyunları
Bürünc 1952 Helsinki 67 kq.
Dünya Kuboku
Qızıl 1954 Tokio 67 kq.
Asiya oyunları
Gümüş 1958 Tokio 73 kq.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Karyerası
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Həyatı

redaktə

1931-ci ilin fevral ayının 9-da Şərqi Azərbaycan ostanının Sərab şəhərində anadan olmuşdur.

Cahanbəxt Tofiqin qaraciyərində irsi xəstəlik olmuşdur. Bu xəstəlikdən anasını və qardaşını itirən Cahanbəxtin özü də 1970-ci ildə, cəmi 39 yaşında müalicə aldığı London şəhərində vəfat etmişdir.

Zahirəddövlə məzarlığında dəfn edilmişdir.

Karyerası

redaktə

1954-cü ildə Tokio şəhərində keçirilən Dünya Güləş Çempionatında qızıl medal qazanmışdır. Bu qızıl medal İranın güləş üzrə dünya çempionatlarından qazandığı ilk qızıl medaldır. Cahanbəxt Tofiq həmçinin, 1952-ci ildə Helsinki şəhərində keçirilən Olimpiya oyunlarında bürünc medal qazanmışdır.[2] 1958-ci ildə Tokio şəhərində keçirilən Asiya oyunlarında gümüş medal qazanmışdır.

Cahanbəxt dəfələrlə güləş üzrə İran çempionu olmuşdur.

Həmçinin bax

redaktə
  • İran azərbaycanlıları
  • İran azərbaycanlılarının siyahısı
  • Oyan Nəzəriani
  • Cəfər Salmasi

İstinadlar

redaktə
  1. ↑ "Jahanbakht Tofigh" (İngiliscə). www.findagrave.com. 2021-05-10 tarixində arxivləşdirilib.
  2. ↑ "Tofigh Jahanbakht" (İngiliscə). www.sports-reference.com. 2012-01-31 tarixində orijinalından arxivləşdirilib.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Cahanbəxt_Tofiq&oldid=6990575"
LOVE.AZ