Ərəb yazılı Azərbaycan əlifbası, tarixi adı Türk əlifbası (az.-əski. تُرک الفباسی, fars. الفبا ترکی alefbâ-i torkî), eləcə də Əbcəd (az.-əski. ابجد), Azərbaycan Respublikasında rəsmi adı - Əski əlifba[1] — Azərbaycan dilində yazmaq üçün ərəb əlifbasının əsasında qurulmuş və inkişaf olmuş əlifba. Sağdan sola yazılan bu əlifba X əsrdən 1929-cu ildə SSRİ hökuməti tərəfindən ləğv edilənə kimi Şimali Azərbaycanda, və indiyənə kimi Güney Azərbaycanda işlənilir. Bu əlifbanı Əfqanıstan qızılbaşları, İraq türkmanları və Suriya türkmanları da işlədir.
Əbcəd | |
---|---|
![]() | |
Dillər | Əcəm türkcəsi (orijinal), Azərbaycan dili, Əfşar dili, Qaşqay dili, Türkman |
Yarandığı yer | Yaxın Şərq |
Ərazi | İran, İraq, Əfqanıstan, Azərbaycan (tarixi), Ermənistan (tarixi), Gürcüstan (tarixi) |
Dövr | XIII əsr—1928 |
Status | rəsmi forması yoxdur |
İstiqaməti | sağdan sola |
Mənşəyi | Ərəb əlifbası |
Qohumluğu | Osmanlı əlifbası, Çağatay əlifbası |
![]() |
Bu əlifba ərəb əlifbası əsasında qurulsa da, bir çox fərqləri var, Türk dilləri üçün əlavə olunan hərflər movcuddur: ŋəf ݣ [ŋ], gəf گ (G), çe ﭺ (Ç), pə پ (P), və jey ژ (J). Buna əlavə, hərf sıralamasında da Azərbaycan əlifbasında vov (و), hə (ه), yə (ی) gedir, halbuki original ərəbcə əlifba hə, vov, yə ilə bitir.[2] vizual çətinliyi aradan qaldırmaq məqsədi ilə bəzi xəttlərdə ənənəvi ərəb Kəf hərfi üçün ك yox ک hərfi işlədilir. Azərbaycan tarixi yazılarında bir çox xəttlər görünür. Şeiriyyatda ən geniş işlənən və rəsmi sayılan xətt XIV əsrdə azərbaycanlı xəttat Mir Əli Təbrizi tərəfindən yeridilmiş Nəstəliq xəttidir (az.-əski. نستعلیق)[3]. Tarixdə başqa bilinən xəttlər: təliq, şikəstə, süls, reyhani, divani, ruqə, mühəqqiq, touqi və başqalarıdır. Düz xəttlərdən də istifafə olunurdu. Elmi yazıları Nəsx xətti (azərb. نسخ) ilə yazılırdı və sonra öz sadəliyi, rahat oxunuşu və rəvan yazılışına görə rəsmi sənədlərdə də yer aldı.[4] Sağdan sola yazıldığına görə yazanın əli sonrakı hissəni tutmur və buna əlin yerini dəyişdirməsi gec-gec olduğuna görə yazan daha gec yorulur. Bu yazı növü hətta Stenoqrafiyadan da tez yazılır və buna bəzi xəttlər daha da çox kömək edir. Həcminə görə bu əlifba ilə yazılanlar başqa əlifbalar ilə müqaisədə çox az yer tutur.[5]
Hərf | Sonda | Ortada | Başda | Adı | Latın | Şərh |
---|---|---|---|---|---|---|
ا | ﺎ | ﺍ | əlif | a, ə, i | Söz əvvəlində bildiyimiz A səsi məddə hərəkəli əlif ilə yazılır (آ): آلتی altı;
sözün ortasında əlif ا uzun A səsini daşıyır (bildiyimiz a: və ya ā); söz səssiz samit ilə başlayarsa, məsələn, Sin ilə (س) özündə sait səs daşımazsa, bu halda onun əvvəlinə İ səsini verən əlif hərfini yazmaq şərtdir: اسپرت [ispirt] — «spirt», استکان [istəkan] — «stəkan», اشتات [iştat] — «ştat» | |
ب | ﺐ | ﺒ | ﺑ | bə | b | çox zaman پ (pe) hərfini də əvəz edir, bu səbəbdən indi də sözün əvvəlində P ilə tələffüz olunan sözlər B ilə yazıla bilər (پچاق - بچاق bıçaq, پِشِرمَك - بِشِرمَك bişirmək, بیت bit və s.) |
پ | ﭗ | ﭙ | ﭘ | pə | p | |
ت | ﺖ | ﺘ | ﺗ | tə | t | |
ث | ﺚ | ﺜ | ﺛ | ṡə | s | ərəb və başqa alınma sözlərdə |
ج | ﺞ | ﺠ | ﺟ | cim | c | çox zaman چ (çe) hərfini də əvəz edir, bunun səbəbi چ hərfinin ج hərfindən yaranmasıdır, və məs buna görə indiki latın əlifbasında Cim «C» kimi Çe də «Ç» kimi yazılır
indiki əlifbada dz ilə yazılan sözlər də bu hərflə yazılır: نِنجا [nincə] Nindza, جودو Cüdo, قامیقاجه [qami-qace] Kamikadze |
چ | ﭻ | ﭽ | ﭼ | çe | ç | ənənəvi Azərbaycan tələffüzündə səsi fərqlənə bilər [tʃ~tɕ~ʈʂ~ts], bu hərf həm Ç həm də TS səslərini əvəz edirdi, məsələn Avropa və Slavyan dillərindən gələn TS ilə sözlər Çe ilə yazılırdı: قرالیچه qırālîçə («kraliça», Balkan Slavyancası Кралица), چاریچه çārîça («çariça» rusca Царица), نمچه nemçə («Alman dövləti və milləti», slavyanca Немцы Niemcy), چیچرون Çîçirōn («Siseron») |
ح | ﺢ | ﺤ | ﺣ | ha | h | |
خ | ﺦ | ﺨ | ﺧ | xı | x | |
د | ﺪ | ﺩ | dəl | d | bəzən T kimi də tələffüz olunur, əsasən sözün sonunda (dalınca sait səs olmasa) | |
ذ | ﺬ | ﺫ | zəl | z | ||
ر | ﺮ | ﺭ | rey | r | ||
ز | ﺰ | ﺯ | zey | z | ||
ژ | ﮋ | ﮊ | jey | j | fars, fransız və başqa alınma sözlərdə işlənilir, amma sovet dövründən bir çox sözlərədə J hərfi G hərfi ilə əvəz olunur, məsələn «orijinal» oldu «original» (rus dilindəki kimi) və s.
qeyd etmək olar J səsi əsl Azərbaycan (türk) sözlərində işlənilir, lakin Cim (ج) hərfi ilə yazılır, məsələn Cim hərfindən sonra D, B kimi səslər tələffüz olunarsa | |
س | ﺲ | ﺴ | ﺳ | sin | s | |
ش | ﺶ | ﺸ | ﺷ | şin | ş | |
ص | ﺺ | ﺼ | ﺻ | sad | s | |
ض | ﺾ | ﻀ | ﺿ | zad | z | |
ط | ﻂ | ﻄ | ﻃ | ta | t | bu hərf qalın T və qalın D kimi səslənə bilər; bəzi türklər sözü T ilə başqaları D ilə sözü deyən hallara yatımlı olur, məsələn طاغ və طاش sözlərini tağ və taş eyni zamanda da daş və dağ kimi demək olar, lakin əbcədin son əsrləri ümumi türk yox, «sırf Azərbaycan» Dəl (د) ilə yazılışları qeyd olunur: داغ və داش. Bəzi mənbələrə görə bu hərf T və D səslərin ortasında olan bir səsdir |
ظ | ﻆ | ﻈ | ﻇ | za | z | |
ع | ﻊ | ﻌ | ﻋ | əyn | ə, e, ö, ü, u | tarixən daha çox ərəb sözlərində işlənilirdi |
غ | ﻎ | ﻐ | ﻏ | ğayn | ğ | indiki rəsmi Azərbaycan latın əlifbası qaydalarına görə söz «ğ» hərfi ilə başlaya bilməz, amma əbcəddə belə sözlər çoxdur: غول [ğul] (قول qul (kölə) sözündən anlamca fərqlənir, bu sözləri ayırmaq üçün latın əlifbasına keçəndən ğul anlamında olan qul sözünü qulyabanı olaraq yazırlar), غلبهلق [ğalabalıq] («basabas, qələbəlik»), غازی [ğazi] («qazi»); ayrıca, Avropa dillərindən arxa sıra saitlər ilə G və Ruscadan Г hərfli gələn sözlərdə latın əlifbasındakı kimi Q yox غ (Ğ) yazılırdı: Qoqol غوغول (Ğoğol), Qəzet غزته (Ğəzetə), Qubernator غوبرناطور (Ğubirnatur), Qaz maddəsi غاز (Ğaz) |
ف | ﻒ | ﻔ | ﻓ | fey | f | |
ق | ﻖ | ﻘ | ﻗ | qaf | q | Q hərfi; indiki latın əlifbasında alınma Avropa və Rus sözləri üçün qalın K ilə işlənən sözlərdə Qaf yazılırdı: قرال qırāl - kral, قوره Qōre - Koreya, قانفیت qānfît - konfet |
ک | ـک | ـﻜ | ﻛ | kəf | k (g, y, nq, ng, nğ, n, ğ) | çox zaman گ (gəf) və ݣ (ŋəf) hərflərini də əvəz edir, bunun səbəbi onların ک hərfindən yaranmasıdır;
bəzi hallarda Y kimi də tələffüz olunur بک bəy, دوكى düyü, ایكرمی iyirmi, اگری əyri, ایگنه iynə, اگلنجه əyləncə; indiki Azərbaycan dilində sözün hallandırmalarında K ilə bitərsə Y ilə əvəz olunur (اشیكه - اشیك eşik - eşiyə, برلكی - برلك birlik - birliyi və s.), əbcəddə isə bu hallarda da ک yazılır (sözün kökünün yazılışı dəyişmir); bu hərfin ك vəڪ kimi variantları da var; |
گ | ـﮓ | ـﮕ | ﮔ | gəf | g | |
ݣ | ـݣ | ـݣـ | ŋəf | nq, ng, nğ, n, ğ | bu hərf Türk-Altay mənşəli sözlərdə işlənilir, məsələn: دݣز dəŋiz - dəniz, مݣا maŋa - mənə, داݣ dāŋ - dan (sübh);
bu hərfi farscada işlənən نگ (ng) ilə eyniləşdirmək olmaz, məsələn: زنگ zəng, جنگ cəng və s.; bu hərf tarixi yazılarda çox vaxt da گ ilə qarışdırılır, bunun səbəbi fars əlifbasında ŋəf hərfinin olmaması ola bilər; ŋ hərfi 1928-1939-cu illərdə latın əlifbasında da işlənirdi, lakin kirill əlifbasında bu hərf artıq yox idi | |
ل | ﻞ | ﻠ | ﻟ | ləm | l | ləm hərfi bəzi hallarda çox səsi əvəz edir, məsələn, ədəbi dildə -lar/-lər kimi yazılan və tələffüzdə olan lar, lər, dar, dər, tar, tər, nar, nər, rar, rər cəm şəkilçiləri sadəcə bir cür لر kimi yazılır. Bu halı ərəbcə olan «Əl-» şəkilçisi ilə müqaisə eləmək olar, çünki Əl- şəkilçisi 14 cür deyilə bilər |
م | ﻢ | ﻤ | ﻣ | mim | m | |
ن | ﻦ | ﻨ | ﻧ | nun | n | |
و | ﻮ | ﻭ | vov | u, o, ü, ö, v | bu hərf o, ö, u, ü, v səslirini bildir, lakin səsi konkret bildirmək üçün hərəkələr yazılır: ۋ ۆ وُ ؤ وٓ belə nadir hallarda yazılır, ancaq iki oxşar sözü ayırmaq üçün, məsələn بوُز (buz) və بوٓز (boz) ya گۆز (güz) və گؤز (göz). Söz Vov ﻭ hərfi ilə başlasa ancaq samit V səsini daşıyır, onun sözün əvvəlində saitə dönməsi üçün əvvəlində Əlif yazılır — او, məsələn, اوغلان (oğlan); Ol və Öl sözləri اول yazılırdı, məsələn سنݣ اوغلین اولدی cümləsi həm "sənin oğlun oldu" həm "sənin oğlun öldü" kimi ola bilərdi, amma bunları dəqiqləşdirmək üçün bu cür yazılır: اوٓل ol, اؤل öl;
indiki latıncada ov, öv, uv və başka iki ﻭ tipli hərflər iki dəfə yazılır, lakin əbcəddə bir dənə ﻭ yazılır: dovşan طوشان, rövşən روشَن dodaq uyumluğuna görə bəzi hallarda ı, i kimi deyilir: قارپوز qārpūz [qarpız], باکو Bāku [bakı], صابون sābūn [sabın] | |
ه | ﻪ | ﻬ | ﻫ | hə | h, a, ə | sözün ortasında və başında h, sonunda isə ahəng qanununa görə fərqlənə bilər: a və ya ə olur, məsələn, قره qara, گنجه Gəncə;
Sait ە (U+06D5) və samit ه (U+0647) eyni görsənsə də kompüter bunları yazıda fərqli sayır: bunun səbəbi sait ە hərfinin özündən sonra başqa hərflə birləşməməsidir (قَرەسی qarası), samit ه isə sözün ortasında ـہـ (لہستان Lehistan) və ـهـ (جهنم cəhənnəm) şəkillərində birləşir; sait ە hərfinin ـہ variantı da var, məs. ننہ - ننه nənə |
ی | ﻰ | ﻴ | ﻳ | yə | y, i, ı, e | bu hərf y, i (həmçinin [i:]), ı, e, səslərini bildir, lakin səsi konkret bildirmək üçün hərəkələr yazılır: ي (y), ی (i), ؽ (ı), ئ (e), amma praktiki olaraq hərəkələr ilə demək olar ki yazılmır. Söz ی ilə başlasa, ancaq samit Y səsini daşıyır, onun sözün əvvəlində saitə dönməsi üçün əvvəlində Əlif yazılır — ای, məsələn, ایلان (ilan);
dodaq uyumluğuna görə bəzi hallarda u, ü kimi deyilir: اوغلی oğlı [oğlu], تُرکچی türkçî [türkçü], قوطی qūtı [qutu] |
Samitlərin incəliyi və qalınlığı | ||||||||
Səs | t | d | s | z | k/q | g/ğ | ' | h |
İncə tayı | ت | س | ک | گ | ء | ه | ||
Fərqsiz | د | ث | ز ذ | |||||
Qalın tayı | ط | ط ض | ص | ظ ض | ق | غ | ع | ح |
Bu qayda ərəb sözlərinə aid deyil. Ayrıca, dəqiq orfoqrafiya olmadığına görə bu qaydadan keçən müəliflər də çoxdur, odur ki hətta əsl türk sözlərinin yazışıların variantlarında س və ت hərflərini qalın sözlərdə də işlətməsinə rast gəlmək olar, lakin bəzi hallarda bu sözün kökünün qorunması ilə bağlıdır, məsələn, تَݣری tanrı əvvəlcə tenri kimi deyilib, deyilişi dəyişsə də yazılışı dəyişməyib və sözün kökü qorunur
Hərəkə | ||
---|---|---|
üstün (ərəb. fəthə) | əsrə (ərəb. kəsrə) | ötrə (ərəb. zəmmə) |
◌َ | ◌ِ | ◌ُ |
Uzun qarşılığı | ||
ا | ی | و |
Uzun səs Azərbaycan latın əlifbasının tələffüzündə adətən : işarəsi ilə göstərilir, məsələn, kafir [ka:fir] كافِر, burada A uzun olduğuna görə hərf kimi yazılır və İ qısa olduğuna görə hərəkə kimi yazılır. Ayrıca, səsin uzunluğuna baxmayaraq saitlər sözün əvvəlində və sonunda həməşə hərf kimi yazılır (اقربا əqrəbə, اوزاق uzaq, ايتى iti). Saitlərin fərqi:
Latın | Əbcəd | ||
---|---|---|---|
Hərf(lər) | Hərəkə | Qeyd (sözün başında, ortasında, sonunda yazılışı fərqlənir) | |
A | ە ا آ | ◌َ xətt üstdə | Başında: آ (Əlif-Məddə) kimi yazılır. Əlif (ا) kimi yazmaq olar, lakin bu halda sözün özünü yaxşı bilməyən adam bu əlifi İ və Ə və ya E kimi oxuya bilər |
Ortasında: Uzun ya da vurğulu A səsi Əlif (ا) kimi, və qısa A səsi ondan əvvəl gələn samit hərfin üstündən xətt olaraq yazılır◌َ. Mürəkkəb, şəkilçili və s. sözlərdə sözün kökü A ilə qurtararsa Hə (ە) ilə yazılır | |||
Sonunda: çox hallarda hə (ە) kimi yazılır, lakin bəzi sözlərdə, istisnalarda, və yeni gələn (alınma) bütün sözlərdə Əlif (ا) kimi yazılır. Ata آنا Ana آتا baba بابا kimi çox "sadə" sözlərin sonunda Əlif (ا) yazılır, amma daha "ədəbi" sayılan sözlərdə hə (ه) yazılır (bunun səbəbi Təbriz ləhcəsi ola bilər): قَره qara, amma misal üçün, alma sözü fərqli müəliflər ya آلمه kimi ya آلما kimi yazır. Daha "azad" və "sadə" sayılan türk dillərində əlif yazırlar | |||
E | ع ە ای أی | ◌ِ xətt altda | Başında: Əlif və Yə biləşməsi (ای) kimi yazılır, lakin bu hallarda sözü tanımayan adam üçün İ hərfi ilə qarışdırıla bilər — qarışdırmamaq üçün أی (Əlif-Həmzə və Yə birləşməsi) kimi yazmaq olar |
Ortasında: Uzun ya da vurğulu E səsi Yə (ی) kimi, və qısa E səsi ondan əvvəl gələn samit hərfin altında xətt olaraq yazılır ◌ِ. Bilməyən adam üçün istəyə görə İ hərfi ilə qarışdırmamaq üçün uzun E hərfini ئ kimi yazmaq olaq. 1926-1928-ci illərdə bəzi müəliflər E səsi üçün ە hərfi yazırdılar, lakin bu hərf özündən sonra birləşmədiyinə görə və sözlərin kəsilməsinə görə yazılışı daha da çətinləşdirdi və buna görə geniş yayılmadı | |||
Sonunda: Azərbaycan dilində E ilə qurtaran sözlər istisnalardır, məsələn, mane (مانع) və mövqe (موقع) sözləri Əyn (ع) hərfi ilə qurtarır | |||
Ə | ە ع ا | ◌َ xətt üstdə | Başında: Əlif (ا) kimi yazılır, lakin bu halda sözün özünü yaxşı bilməyən adam bu əlifi İ və ya A kimi oxuya bilər, bunun qarşısını almaq üçün əlifin üstündən xətt qoymaq olar (اَ amma bu halda əlif-məddə olan آ ilə qarışdırmaq olmaz). Bir çox sözlərdə (əsasən ərəb mənşəli) əyn (ع) ilə yazılır |
Ortasında: Uzun və ya vurğulu Ə səsi Əlif (ا) kimi, və qısa Ə səsi ondan əvvəl gələn samit hərfin üstündən xətt olaraq yazılır◌َ. Mürəkkəb, şəkilçili və s. sözlərdə sözün kökü Ə ilə qurtararsa hə (ە) ilə yazılır | |||
Sonunda: çox hallarda Hə (ە) kimi yazılır | |||
I İ | ای ا ی | ◌ِ xətt altda | Başında: Əlif və Yə biləşməsi (ای) kimi yazılır. İstansa, ispirt, istəkan, İskəndər və s. bənzər sözlərdə sadəcə Əlif (ا) kimi yazılır |
Ortasında: Uzun və ya vurğulu I / İ səsi Yə (ی) kimi, və qısa I / İ səsi ondan əvvəl gələn samit hərfin altında xətt olaraq yazılır ◌ِ | |||
Sonunda: Yə hərfi (ی) yazılır. I/İ hərfləri yuxarıda qeyd edilən kimi sözün incəliyi və qalınlığı ilə seçilir (qalın və ya incə samitlər) | |||
O Ö U Ü | او ا و | ◌ُ ötrə | Başında: Əlif və Vov biləşməsi (او) kimi yazılır. İstisna olaraq, üsul, üstürlab, ümid və s. bənzər sözlərdə sadəcə Əlif (ا) kimi yazılır |
Ortasında: Uzun və ya vurğulu O/Ö/U/Ü səsləri Vov (و) kimi, və qısa O/Ö/U/Ü səsləri ondan əvvəl gələn samit hərfin yuxarısında Ötrə yazılır ◌ُ. O/Ö, U/Ü hərfləri yuxarıda qeyd edilən kimi sözün incəliyi və qalınlığı ilə seçilir (qalın və ya incə samitlər). Ayrıca, O/Ö və Ü/Ü fərqi Azərbaycan dilinin xüsusiyyəti ilə bağlıdır: birinci hecada adətən O/Ö ikinci hecada isə adətən U/Ü olur (əksinə olmur): qoyun, doqquz, kömür və s. (o~u) | |||
Sonunda: Vov hərfi (و) yazılır, amma çox vaxtı I/İ hərfi olaraq (ی) kimi yazılır və U/Ü kimi tələffüz olunur |
Birləşmə | Başda | Ortada | Sonda | Adı | Latın | Söz (Latın) | Söz (Əbcəd) |
---|---|---|---|---|---|---|---|
ﻻ | ﻼ | ﻼ | ﻻ | laməlif | la | lalə | لاله |
الله | Allah | Allah, -llah (-ullah, -üllah, -ıllah, -illah) | Abdullah (Əbd Allah) | عبد الله | |||
ﷴ | Məhəmməd | Muhəmməd (Məhamməd, Məmməd) | Məhəmməd Əli | ﷴ علي |
Şəkilçi | Latın qarşılığı | Misal | ||||
---|---|---|---|---|---|---|
لر | -lar | -lər | بلودلر buludlar, ئولیلر ölülər | |||
لق | لک | -lıq | -luq | -lik | -lük | گمراهلق gumrahlıq, اوتلق otluq, ایشسزلک işsizlik, گُللک güllük |
چی | -çı | -çu | -çi | -çü | یلزیچی yazıçı, آوچی ovçu, اکینچی əkinçi, سودچی südçü | |
یجی | -ıcı (-yıcı) | -ucu (-yucu) | -ici (-yici) | -ücü (yücü) | آپاریجی aparıcı, باشلایجی başlayıcı, کسیجی kəsici, ییجی yeyici, یوریجی yorucu, اویویجی uyucu (uyuyucu), اوزیجی üzücü, بورویجی bürüyücü | |
سز | -sız | -suz | -siz | -süz | عقلسز ağılsız, یولسز yolsuz, دیشسز dişsiz, کوݣولسز könülsüz | |
می | -mı | -mu | -mi | -mü | وارمی varmı? یوقمی yoxmu? ایولیسنمی evlisənmi, گتوردݣمی götürdünmü? (gətirdinmi?) | |
جه | -ca | -cə | مسلمانجه müsəlmanca, ترکجه türkcə | |||
ش | -ış | -uş | -iş | -üş | آلش alış, اوترش oturuş, ویرش veriş, گولش gülüş | |
یش | -yış | -yuş | -yiş | -yüş | آرايِش arayış, اوٓقويش oxuyuş, ايستيش istəyiş, يورويش yürüyüş | |
مق | مک | -maq | -mək | اولمق olmaq, ئولمک ölmək | ||
مه | -ma | -mə | یومه yumá, طولمه dolmá, بولمه bölmə́ | |||
ما | -ma | -mə | یوما yúma! سوکنما söykə́nmə! | |||
ايله (اینن) | ilə (-la, -lə) | جعفر ايله نور الدين Cəfər ilə Nurəddin | ||||
و | və (&) | لیلی و مجنون Leyli və Məcnun[a] | ||||
که | ki [kı ku ki kü] | اولمادی که olmadı ki, وور که vur ki, دیدی که dedi ki, گوردی که gördü ki | ||||
در | dır | dur | dir | dür | عیب در ayıbdır, اوجوز در ucuzdur, بو پچاق ایتی در bu bıçaq itidir, او آدَم تُرك در o adam türkdür |
Hal | Şəkilçi | Latın qarşılığı | Misal | ||||
---|---|---|---|---|---|---|---|
Yiyəlik | ݣ | -ın | -un | -in | -ün | آذربایجانݣ Azərbaycanın, ناپولیونݣ Napoleonun, منزلݣ mənzilin, یولݣ yolun, گونݣ günün | |
نݣ | -nın | -nun | -nin | -nün | مولانݣ mollanın, اونݣ onun, روزنامهنݣ ruznamənin اوزینݣ özünün | ||
Yönlük | ہ | -a | -ə | قازاغہ Qazaxa, مکتبہ məktəbə | |||
یہ | -ya | -yə | آطهیہ adaya, میشهیہ meşəyə | ||||
Təsirlik | ی | -ı | -u | -i | -ü | بالقی balığı, پولی pulu, کیمی kimi, اوکوزی öküzü | |
نی | -nı | -nu | -ni | -nü | قپونی qapını, قُیونی quyunu, دَرینی dərini, اُتینی ütünü | ||
Yerlik | ده | -da | -də | آمریقاده Amerikada, گوکده göydə | |||
Çıxışlıq | دن | -dan | -dən | هارادن haradan, تبریزدن Təbrizdən |
Şəxs | Şəkilçi | Latın qarşılığı | Misal |
---|---|---|---|
Mənim | م | -m, -ım, -um, -im, -üm | عموم əmim, قزم qızım, قولم qolum, بلم belim, گوزم gözüm |
Bizim | مز | -mız, -miz, -muz, -müz, -ımız, -umuz, -imiz, -ümüz | عمومز əmimiz, قزمز qızımız, قولمز qolumuz, بلمز belimiz, گوزمز gözümüz |
Sənin | ݣ | -n, -ın, -un, -in, -ün | عموݣ əmin, قزݣ qızın, قولݣ qolun, بلݣ belin, گوزݣ gözün |
Sizin | ڭز | -nız, -niz, -nuz, -nüz, -ınız, -unuz, -iniz, -ünüz | عموڭز əminiz, قزڭز qızınız, قولڭز qolunuz, بلڭز beliniz, گوزڭز gözünüz |
Onun | ی (سی) | -ı, sı, -u, -su, -i, -si, -ü, -sü | عموسی əmisi, قزی qızı, قولی qolu, بلی beli, گوزی gözü, آتاسی atası, قوریسی qurusu, یکهسی yekəsi, سوریسی sürüsü |
Onların | لری | -ları, -ləri | عمولری əmiləri, قزلری qızları, قوللری qolları, بللری belləri, گوزلری gözləri, آتالری ataları, قوریلری quruları, یکهلری yekələri, سوریلری sürüləri |
VIII əsrdən bu əlifbada onluq mövqeli say sistemi işlənilir. Bu Azərbaycan rəqəmləri Şərqi Ərəb rəqəmlərin inkişaf edilmiş bir formasıdır — 4, 5 və 6 (ərəb. ٦ ٥ ٤, az.-əski. ۴ ۵ ۶) fərqlənir, eyni belələri İranda, Əfqanıstan, Pakistanda da rəsmi rəqəm sistemidir, tarixən Mərkəzi Asiyada (İndiki Qazaxıstan, Özbəkistan, Türkmənistan və Tacikistan) da işlənirdi. Hərflərdən fərqli olaraq bu rəqəmlər eyni latın yazısındakı kimi soldan sağa yazılır – kiçik ədəd sağda, böyük ədəd isə solda, məsələn milyon belə yazılır ۱۰۰۰۰۰۰. Ədədlərin sütunları adətən elə düzülür ki, onluq nöqtələr düzlənsin. Mənfi rəqəmi bildirən işarət rəqəmin sağında yazılır, məsələn, ٣− (−3). Quraşdırılmış kəsrlər, qərbdə olduğu kimi, kəsrin kəsik işarəsinin solunda, məxrəc isə sağda olmaqla yazılır, məsələn ٢/٧ (2⁄7) yeddidən iki
Standart | 0 | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
Azərbaycan | ۰ | ۱ | ۲ | ۳ | ۴ | ۵ | ۶ | ۷ | ۸ | ۹ |
Əbcəd, XX-ci əsr | صفر | بير | ايکی | اوچ | دورت | بيش | آلتی | يدی | سکز | دوقوز |
Əbcəd, tarixi | بر | درت | بش | طقوز | ||||||
Əbcəd, hərəkəli | بِر | دُرت | يِدّی | سَکِّز | طُقّوز | |||||
Latın | sıfır | bir | iki | üç | dört | beş | altı | yeddi | səkkiz | doqquz |
ـ | hərfin uzadılması üçün işlənilir (biir ikii üüç بــــر ایكـــى ئــــوچ) |
۔ | nöqtəni əvəz edir |
، | vergül |
؍ | tarix ayırıcısı |
؟ | sual işarəti |
؛ | nöqtə vergül |
؞ | üç nöqtə |
٪ | faiz (yüzdə) işarəti |
؉ | promille (mində) işarəti |
؎ | şeir sətri işarəti |
؏ | misra |
٭ | beşgül ulduz |
﴿﴾ | mötərizə |
| "sənə" ("il") sözü, bu sözün üstündə ilin tarixi yazılır |
﷼ | riyal pul vəsaitinin işarəti |
ٺومان | tümən işarətinin ت hərfindəki nöqtələr şaqulidir |
فضولی ؔ | ؔ işarəti Təxəllüsün üstündə yazılır, məsələn, ؔفضولی Fizuli |
﷽ | Bissim-Allah-ər-Rahmən-ər-Rəhim |
Tarixi Azərbaycan yazılarında başqa tarixi türk yazılarından bəzi fərqləri var, tarixi baxımdan XV-XX əsrlər arası şərti olaraq 3 yazılı dil var idi: Qərb Türkcəsi (Osmanlı, Azərbaycan, İran, bütün Yaxın Şərq), Edil Türkcəsi (Volqa çayı yanı, əsasən Tatarca, Sibirə qədər) və Çağatay Türkcəsi (Orta və Cənubi Asya). Bu üç yazılı dillər bəzi bölgələrdə qarışır, məsələn, Qırım və Şimali Qafqaz bölgələrində Qərb Türkcəsi və Edil Türkcəsi, Sibirdə Edil Türkcəsi və Çağatay Türkcəsi, İranda isə Qərb Türkcəsi və Çağatay Türkcəsi tərsirləri bir-birinə qarışılır
Ərəb əlifbasının özü Nəbati əlifbasından inkişaf olunmuşdur, lakin yaradıldığı tarixdə (VI əsr) yenə də qeyri-ərəb yazıları üçün çox primitiv idi və güclü islahatlara ehtiyacı var idi, məsələn ح hərfi həm X, həm H, həm də C kimi oxuna bilərdi – bu fərqi ərəblər seçə bilirdi, amma Xilafət fərqli millətlərlə dolu böyük coğrafiyaya yayıldığına görə əlifbaya ilk dəyişiklər yeridildi və hərfləri seçmək üçün hərflərin üstünə və ya altına nöqtələr əlavə olundu (د d, ذ z; ح h ج c və s.). Bu nöqtələri istifadə edən ilk sağ qalan sənəd də 643-cü il aprel tarixli sağ qalmış ərəb papirusudur (PERF 558), bu ərəb əlifbasının ilk islahatı oldu. VI əsrin ikinci yarısından başlayaraq sait işarələri və həmzələr əlavə edilmişdir. Əvvəlcə bu, ənənəvi hesablamalara görə, İraqın Əməvi valisi Həccac ibn Yusuf tərəfindən tapşırıldığı deyilən qırmızı nöqtələr sistemindən istifadə etməklə həyata keçirilirdi: hərfin yuxarısındada nöqtə = a, aşağıda nöqtə = i, xətt üzərində nöqtə = u. Ancaq bu, çətin idi və hərfləri fərqləndirən nöqtələrlə asanlıqla qarışdırılırdı, buna görə də təxminən 100 il sonra müasir sistem qəbul edildi. Sistem təxminən 786-cı ildə Xəlil ibn Əhməd əl-Fərəhidi tərəfindən tamamlandı və saitləri seçmək üçün hərəkələr və həmzə əlavə olundu - artıq A İ və U səsləri və başqa hərflər qarışdırılmırdı (hərəkəsiz كتب KTB sözü həm kətəbə, həm kütibə, həm kütüb kimi oxuna bilərdi, sonra hərəkəli belə fərqlənirdi كُتُب كَتِبَ كَتَبَ). Daha sonra isə yeni xəttlər yeridildi (ən birincisi Kufi xətti), əlifbada hərflər sıralaması dəyişdi (bənzər hərflər yan-yana yerləşdirildi), yeni hərf birləşmələri (luqaturlar) kəşf olunurdu.
Başqa xalqlar üçün uyğunlaşmış ərəb əlifbalarına ərəblər Əcəmi deyirdi. İslam dinini qəbul etdikdən sonra yerli Türk tayfaları (həmçinin Oğuz türkləri) ərəb əlifbasını işlətməyə başladılar. Hər millət öz keçmiş əlifbalarından yeni ərəb əlifbalarında yazılmasına təsir verirdi, məsələn İranda daha öncə Pəhləvi əlifbası işləndiyinə onlara bənzər Təliq xətti və Şikəstə xətti yaranır, Türküstanda isə daha öncə Qədim Uyğur əlifbası işləndiyinə görə Divani xətti, ayrıca qırma və reyhani xəttlər yaranır, ümumiyəttlə xəttlərin çoxusunu türk xalqları yaradıb.[7] Türk dillərində ilk ərəb əlifbası ilə yazılan kitab XI əsrin Qaraxanlı türkcəsində Mahmud Qaşqarlının Divan Lüğət ət Türk əsəri sayılır[8], bu kitab hələ ki sırf ərəb hərfləri və qaydaları ilə yazılırdı, bəzi hərflər çatışmırdı, məsələn P yerinə B, G yerinə K və Ç yerinə C yazılırdı, lakin Mahmud Kaşğarlı qayda olaraq sözün ortasında qısa saitləri hərəkə ilə, uzun saitləri isə hərf ilə yazmağın əsasını qoydu. Başqa tanınmış kitab ən geci XIV əsrdə yazılan Kitabi-Dədə Qorqud oldu.[9][10] XII əsrdən əlifbaya ərəbcədə olmayan 4 hərf qoşuldu: پ Pə, چ Çe, ژ Jey, گ Gəf; fars mənbələrinə görə bu hərfləri Xoca Əbülmal (خواجه ابولمال) adlı bir xəttat əlavə edib.[11] Daha sonra isə sırf Türk xalqlarında aid ݣ (ڭ) Ŋəf (sağır nun) hərfi də yazılmağa başladı.
Sırf Azərbaycan (ümumi türk deyil) klassik ədəbiyyatı Monqol yürüşülərindən sonra yaranması qeyd olunur[12]. Tarixən Azərbaycan dili və əlifbası böyük coğrafiyaya yayılmışdır: Xorasandan Anadoluya və Qafqazdan Bağdada qədər[13]. Müasir Azərbaycan dilinin əcdadı sayılan Əcəm türkcəsində yazılan ilk kitablar XIII əsrə aiddir[14]. Beləliklə, ədəbi əsərlərin gəldiyi ilk müəllif XIII əsrin sonu - XIV əsrin əvvəllərində yaşamış Şeyx İzzəddin Həsənoğludur (ؔحَسَنْ اوغْلے)[12] — Həsənoğlunun müasiri, XIV-cü əsrin əvvəllərində Bakı şairi Nəsirin türk (Azərbaycan) dilində bir şeiri də günümüzə qədər gəlib çatmışdır:[15]
Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər,
Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər Həsənoğlu
|
XVIII əsrdən bəri Rus ziyalıları Qərb dövlətləri ilə dar münasibətlər qurmaq arzusu ilə Rus dilini latın əlifbasına köçürməyə çalışdılar, lakin çox böyük mədəni və tarixi irs bunun qarşısını alırdı, bu səbəblə Ruslar indi öz əlifbalarını deyil, hökmü altında olan xalqların əlifbalarını dəyişmək istədi.[16]
Rusiya 1828-ci ildə indiki Azərbaycanı tam işğal etdikdən sonra, Azərbaycan dili üçün “İslam” əlifbasının ləğvi layihəsi gündəmə gətirilsə də, məsələ 100 il uzandı. Tanınmış maarif xadimi Sultan Məcid Qənizadə bildirir ki, başqa yazı sisteminə keçmək təbliğatına külli miqdarda vəsait xərclənsə də, bu heç bir nəticə vermirdi:
[Rusiyanın] Qafqaz canişinləri tərəfindən Qafqaz türklərindən və digər dağlı xalqlarından öz doğma əlifbasını əlindən almağa hər bir cür murdar cəhdlər görüldü: gah Uslar yazıları, gah mürtəd-məmurların [Axundova söz vurur] təzə [latın] əlifbası. Bu missiyaya dəfələrlə ayrılan vəsaitlər o dövrün büdcələrinə uyğun olaraq kifayət qədər böyük idi (bunu Axunodovun özü də farsca yazılarda bildirir). Diplomatik hiylələr, öz növbəsində, ümidsizliyə qapılmışdı, amma satqınların öz "alihəzrət" Yermolovlara və Paskeviçlərə xidmət etməsi qismət olmadı və məsələ fiaskoya döndü...Sultan Məcid Qənizadə, İstilah Azərbaycan, Türk-Qafqaz dilini öyrənməkdən ötrü dəstəviz, Bakı, 1922
Yeni əlifbanın variantlarında biri də həmin Mirzə Fətəli Axundov tərəfindən hazırlanmışdı; XIX əsrin ortalarında Axundov, "İslami əlifbanın tam olaraq rədd olması, Avropa yazı sisteminin qəbul olması və soldan sağa yazmağı" tələb etmişdi. Axundov yeni layihə üzərində işləməsi nəticəsində Avropa sisteminə əsaslanan və 42 simvoldan (32 samit və 10 sait) ibarət yeni əlifba tərtib edir. Yeni layihədə Axundov həm mövcud əlifbada olan bütün hərfləri saxlayıb, həm də mövcud olmayan saitləri əlavə edib.[17] Lakin bu əlifba qəbul edilmədi, Rusiya İmperiyası dağıldığından sonra və azad Azərbaycan Xalq Cümhuriyyəti yaranmasına görə məsələ dayandırırldı.
1920-ci ildə Rusiya bu dəfə SSRİ şəklində Azərbaycanı yenə işğal edir və məsələni gündəmə salır. Latın əlifbasına keçməyi Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Səməd ağa Ağamalıoğlu və başqa Azərbaycan Sovet Sosialist Respublikası ziyalıları dəstəkləyir[18]. 1922-ci ilin mayında latın qrafikasına keçid komitəsi yaradıldı[19] və həmin il də təsdiq olundu, 1925-ci ildə əbcədlə paralel istifadəyə verildi.
1928-ci il iyulun 21-də Azərbaycan SSR Mərkəzi İcra Komitəsi (ЦИК) və Xalq Komissarları Soveti latın qrafikasına keçid haqqında və əbcəd ləğvi barədə qərar qəbul etdi.[19]. Əlifbanı dəyişmə prosesi "təcavüzkar ateizmli" SSRİ hökuməti tərəfindən dini insanların öldürülməsi ilə və dini lağa qoyulması ilə bərabər aparılırdı.
Əbcədin ləğvi yerli camaatın güclü dirənişi ilə üzləşdi — 1928-1932-ci illərdə Azərbaycanın hər yerində yerli əhali tərəfindən latın əlifbası əsasında oxuyub-yazmağı öyrətmək üçün kəndlərə gələn müəllimlərə, komsomolçulara və qadın şöbəsinin fəallarına qarşı zorakılıq halları qeydə alınıb.[20] SSRİ bütün öz hökmü altındakı olan xalqların (100-dən artıq) əlifbalarını ya latın ya kirill əlifbasına çevirdi, istisna ancaq 3 dil oldu: Erməni əlifbası, Gürcü əlifbası, İvrit əlifbası.
Yazılı dillərin idari qurumlarının çoxusunun XX-ci əsrdə yarandığına görə, bu tarixi yazı sisteminin çox sözləri üçün yazı norması yox idi və bəzi sözlər fərqli yazıla bilərdi, lakin yazma məntiqi var idi, məsələn "bütün", "bıçaq", "kişi", "dili" və s. kimi sözlərdə loru dildə birinci hecada olan sait sanki deyilmir deyə yazılmırdı (və ya sadəcə hərəkə ilə yazılırdı), amma ikinci hecadaki səs tam tələffüz olduğuna görə yazılırdı. Aşağıda yüz ən yayılmış türk mənşəli sözlərin düzgün yazılışı göstərilmişdir, bu siyahı bir çox müəliflərin ortaq yazılışından ibarətdir[21]
Söz | Yazılışı |
ad | آد |
ağ | آق (آغ)[a] |
ağac | آغاج |
ağır | آغر |
alma | الما (آلمه) |
ana | آنا |
arıq | آرِق |
aşağı | آشاغه |
at | آت |
ata | آتا |
ay | آی |
baba | بابا |
bacı | باجی |
baş | باش |
başlamaq | باشلامَق |
baxmaq | باقْمَق |
bilmək | بِلمَك (بیلمَك) |
biz | بز |
böyük | بُیوك |
bu | بو |
bütün | بُتون |
çiçək | چیچَك |
çörək | چورَك |
çox | چوق |
dad | طات (داد) |
dağ | طاغ (داغ) |
danışmaq | دانشمق |
deyil | دگل |
dil | دِل |
durmaq | طورمَق (دورمَق) |
elçi | ایلچی |
ev | ایو |
əl | ال |
gecə | گیجه |
getmək | گِتمَك (گیتمَك) |
gəlmək | گَلْمَك |
görə | گوره |
görmək | گورمَك |
göy | گوك |
göz | گوز |
gözəl | گوزَل |
güclü | گوجلی |
gün | گون |
içki | ایچگی |
içmək | ایچمك |
il | ییل (ایل) |
iş | ایش |
isti | ایستی |
kənd | كبد |
kiçik | كوچك (كِچیك) |
kim | كیم |
kişi | كشی |
mən | مَن |
min | میݣ |
nə | نه |
nənə | نَنه |
o | اول (او) |
od | اود |
oğlan | اوغلان |
olmaq | اولمَق |
ölmək | اولمَك |
ölüm | اولوم |
on | اون |
onlar | آنْلَر (اولر) |
ot | اوت |
oturmaq | اوتورمَق |
oxumaq | اوقومَق |
pişik | پشیك |
qadın | قادین |
qapı | قَپو |
qara | قَره[b] |
qardaş | قَرِنداش (قَرداش)[c] |
qılınc | قلیج (قلنج) |
qız | قِز |
qızıl | قِزِل |
quru | قوری |
saqqal | سَقال (صَقال)[d] |
sarı | صاری |
sevgi | سویگی |
sevmək | سوومَك (سومَك) |
sən | سَن |
siz | سِز |
soğan | صوغان |
son | صوݣ |
soyuq | سووق (صووق) |
söz | سوز |
su | صو |
tanrı | تَݣری[e] |
top | طوپ |
torpaq | طوپراق |
uşaq | اوشاق |
uzun | اوزون |
yaşıl | یاشل |
yatmaq | یاتْمَق |
yaxşı | یَخشی |
yazmaq | یازمَق |
yemək | یِمَك |
yol | یول |
yüngül | یونگول (یونگُل) |
yuxarı | یوقارو (یوخاری) |