. Love.az

Cavansir Dadasov - Wikipedia - Love.az

Ana Səhifə - Cavansir Dadasov

Cavanşir Əjdər oğlu Dadaşov (1956, Novxanı) — Azərbaycan rəssamı və heykəltaraşı.

Cavanşir Dadaşov
Doğum tarixi 1956
Doğum yeri
  • Novxanı, Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti heykəltaraş, rəssam
Təhsili Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbi;
Xarkov Rəssamlıq İnstitutu

Mündəricat

  • 1 Həyatı
  • 2 İşləri
  • 3 Həmçinin bax
  • 4 Mənbə
  • 5 İstinadlar

Həyatı

redaktə

Cavanşir Dadaşov 1956-cı ildə Novxanı kəndində anadan olub. O, 1973-1979-cu illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil almış, 1979-1985-ci illərdə Xarkov Rəssamlıq İnstitutunun heykəltaraşlıq fakültəsində təhsilini davam etdirmişdir. Cavanşir Dadaşov 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

İşləri

redaktə
  • Xarkov şəhərində Nikolay Astrivskinin abidəsi, 2-ci dünya müharibəsində həlak olmuş tələbələrin abidəsi
  • Novxanı qəsəbəsində Məhəmməd Əmin Rəsulzadənin abidəsi
  • Şamaxı şəhərində İmadəddin Nəsimin abidəsi,
  • Yevlax şəhərində Səməd Vurğunun abidəsi,
  • Bakı şəhərində "20 Yanvar" abidəsi, Koroğlu Rəhimovun büstü, Topçubaşovun memorialı
  • Gədəbəy rayonunda Azərbaycanın milli qəhrəmanı Məzahir Rüstəmovun abidəsi.

Həmçinin bax

redaktə
  • Məhəmməd Əmin Rəsulzadənin heykəli
  • 20 Yanvar abidə-kompleksi

Mənbə

redaktə
  • Sevda İsmayıllı. "Rəsulzadənin Novxanıdakı abidəsi bir təsadüfi görüşdən yaranıb". azadliq.org. 2014-01-29. İstifadə tarixi: 2014-01-29.

İstinadlar

redaktə
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Cavanşir_Dadaşov&oldid=7313476"
LOVE.AZ