. Love.az

Azerbaycan Ressamlar Ittifaqi - Wikipedia - Love.az

Ana Səhifə - Azerbaycan Ressamlar Ittifaqi

Azərbaycan Rəssamlar İttifaqı — Azərbaycan Respublikasının peşəkar rəssamları və sənətşünaslarının ictimai yaradıcılıq təşkilatı.[1] Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov, katibi isə Xalq rəssamı Ağəli İbrahimovdur.[2]

Azərbaycan Rəssamlar İttifaqı
Növü İctimai təşkilat
Yaranma tarixi 1932
Rəsmi dili Azərbaycan dili
Mərkəzi Bakı, Azərbaycan
Sədr Fərhad Xəlilov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Fəaliyyəti
  • 2 Vəcihə Səmədova adına sərgi salonu
  • 3 İstinadlar
  • 4 Həmçinin bax
  • 5 Xarici keçidlər

Fəaliyyəti

redaktə

1920-ci ildə Respublikada incəsənət sahəsində təşkilati quruluş başlamışdı. 1932-ci ildən Azərbaycan rəssamlarının təşkilat komitəsi kimi fəaliyyət göstərmiş, 1940-cı ildə Azərbaycan rəssamlarının 1-ci qurultayında yaradılmışdır. 1992-ci il martın 18-də çağırılmış təsis konfransında "Azərbaycan Rəssamlar İttifaqının Nizamnaməsinin" qəbulu ilə, Azərbaycanın müstəqil rəssamlar ittifaqı elan edilmişdir. Azərbaycan Rəssamlar İttifaqı Rəssamlar İttifaqlarının Beynəlxalq Konfederasiyasının təsisçilərindən biridir. Rəhbər orqanı qurultaydır. 15 qurultayı olmuşdur (1940, 1955, 1958, 1961, 1965, 1968, 1972, 1979, 1982, 1987, 1992, 1998, 2003, 2008, 2013). Qurultaylararası dövrdə ittifaqın fəaliyyətinə katiblik və qurultayda seçilən Rəyasət Heyəti rəhbərlik edir. Azərbaycan Rəssamlar İttifaqı Respublika və beynəlxalq simpoziumların, müsabiqələrin təşkilində fəal iştirak edir, uşaqların və gənclərin estetik tərbiyəsində ciddi iş aparır, uşaq evlərinə, xəstə və əlillərə köməklik, hərbi hissələrə isə şeflik edir. Azərbaycan Rəssamlar İttifaqı öz fəaliyyətində özünüidarəetmə və demokratiya prinsiplərinə, Azərbaycan Rəssamlar İttifaqının Nizamnaməsinə, Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına əsaslanır, yaradıcılıq atmosferinin azadlığını və baxışların plüralizmini qoruyur, dövlət və ictimai təşkilatlar ilə əlaqələnir, hüquqi qarant olaraq başqa təşkilatlarda rəssamların maraqlarının təmsilçisi olur. Rəssamların mənəvi potensialının açıqlanması, üzə çıxması üçün tədbirlər keçirir, qərarlar qəbul edir və onların aktiv yaradıcı fəaliyyətlərinə yaxından köməklik göstərir.

İdarə Heyətinin sədrləri

  • İsmayıl Axundov (1940–1944)
  • Nüsrət Fətullayev (1944–1946)
  • Mürsəl Nəcəfov (1946–1947)
  • İsmayıl Axundov (1947–1952)
  • Baba Əliyev (1952–1953)
  • Məmmədağa Tərlanov (1953–1961)
  • Nadir Əbdürrəhmanov (1961–1970)
  • Tokay Məmmədov (1970–1972)
  • Tahir Salahov (1972–1973)
  • Yusif Hüseynov (1973–1987)
  • Fərhad Xəlilov (1987–indiyə kimi)

Vəcihə Səmədova adına sərgi salonu

redaktə

Əməkdar İncəsənət Xadimi Vəcihə Səmədova Azərbaycanın ilk peşəkar qadın rəngkarı olub, yaradıcılıq manerası ilə Azərbaycan təsviri sənət tarixində öz layiqli dəsti-xətti ilə seçilən sənətkarlarımızdandır. "Azərbaycan rəngkarlığının kraliçası" sənədli filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə Vəcihə Səmədovanın yaradıcılığına həsr olunmuşdur. 1965-ci ildən Azərbaycan Rəssamlar İttifaqının sərgi salonu Azərbaycanın Əməkdar İncəsənət Xadimi Vəcihə Səmədovanın adını daşıyır.[3]

İstinadlar

redaktə
  1. ↑ Azərbaycanlılar Rusiya Rəssamlıq İttifaqının fəxri üzvü seçilib! [ölü keçid]
  2. ↑ "Rəssamlar İttifaqında müstəqillik sərgisi". 2021-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-03.
  3. ↑ "Vəcihə Səmədova adına sərgi salonu". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-19.

Həmçinin bax

redaktə
  • Tahir Salahov
  • Naxçıvan Rəssamlar Birliyi

Xarici keçidlər

redaktə
  • Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin yaradıcılıq şəraitinin axşılaşdırılması tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Səda — "Yasəmən" sərgisi keçirilib (22.06.2016)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azərbaycan_Rəssamlar_İttifaqı&oldid=7356094"
LOVE.AZ