Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşamış azərbaycanlıları təmsil edən ictimai birlik idi. İcma, keçən əsrin 80-ci illərin sonlarında vüsət alan Qarabağ müharibəsinin nəticəsində azərbaycanlıların Qarabağ bölgəsindən qovulmasından sonra, 1994-cü ildə fəaliyyətə başlamışdı. 2020-ci ildə Azərbaycan Respublikası İkinci Qarabağ müharibəsi nəticəsində işğal altındakı ərazisinin böyük hissəsini azad etdikdən sonra, 2021-ci ildə İcma öz fəaliyyətini dayandırmışdır.
Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi AzeCommunityNK | |
---|---|
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması | |
![]() | |
Növü | İctimai Birlik / İcma / Topluluq |
Fəaliyyəti | Dağlıq Qarabağ münaqişəsi |
Şüar | “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyin məqsədi Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə və Dağlıq Qarabağdan didərgin düşmüş əhalinin öz doğma torpaqlarına qayıtmasına kömək göstərməkdir. |
Yaranma tarixi | 1992-ci il |
Qeydiyyat tarixi | 2006-ci il |
Ləğvolma tarixi | 30 aprel 2021 |
Rəsmi dili | Azərbaycan dili |
Mərkəzi | Bakı |
Yarandığı yer | Azərbaycan |
Fəaliyyət göstərdiyi yer | Azərbaycan, Dağlıq Qarabağ |
Sədr | Tural Babaşah oğlu Gəncəliyev |
Rəsmi sayt | |
![]() |
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 1992-ci il martın 24-də ATƏM-in Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədin 9-cu bəndinə əsasən yaradılmışdır. ATƏM/ ATƏT-in Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilmişdir. Bu mənada Dağlıq Qarabağın azərbaycanlı icması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak etmişdir. Bununla yanaşı, 2006-cı ildə Dağlıq Qarabağın azərbaycanlı icması ictimai birlik formasında Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. İcmanın fəaliyyətinə hüquqi statusun verilməsi və bir ictimai birlik kimi təşkilatlanması onun daha səmərəli fəaliyyət göstərməsinə imkan yaratdı. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının yenidən formalaşması istiqamətində atılan növbəti addım isə 2009-cu il iyunun 5-də Bakı şəhərində icmanın I Qurultayının keçirilməsi oldu. Qurultaya 65 min nəfərdən çox icma üzvünü təmsil edən 350 nəfər nümayəndə seçilmiş, eləcə də qurultayın işində Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının 200 nəfərdən çox nümayəndəsi qonaq kimi iştirak etmişdir. Qurultayda "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin Nizamnaməsinə əlavə və dəyişikliklər edilmiş və icmanın 22 nəfərdən ibarət idarə heyəti, idarə heyətinin sədri, əlaqələndirmə şurasının sədri və nəzarət-təftiş komissiyası seçilmişdir. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi idarə heyətinin sədri və icmanın rəhbəri seçilmişdir. "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi 20 aprel 2021-ci ildə ləğv edilmişdir.[1]
"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyin məqsədi Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə və Dağlıq Qarabağdan didərgin düşmüş əhalinin öz doğma torpaqlarına qayıtmasına kömək göstərməkdir.
Yuxarıda qeyd olunan məqsədə nail olmaq üçün Birlik aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının 20 dekabr 2018-ci il tarixində keçirilmiş qurultayının qərarı ilə icmanın yeni sədri Tural Babaşah oğlu Gəncəliyev seçilmişdir.
Birliyin 8 yanvar 2019-cu il qurultayında 23 nəfərdən ibarət İdarə Heyəti seçilib. Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyəti: