Dalan — Nəsimi Məmmədoğlunun rejisorluq etdiyi tammetrajlı bədii televiziya filmi.
Dalan | |
---|---|
![]() | |
Janr |
psixoloji dram |
Rejissor | Nəsimi Məmmədoğlu |
Əsərin müəllifi | Edqar Allan Po |
Ssenari müəllifi | Nəsimi Məmmədoğlu |
Baş rollarda |
Fizzə Nadirova Əli Namaz |
Operator | Ramil Cəbrayılov |
Bəstəkar | Faiq Sücəddinov |
Rəssam | Rövşən Mehdiyev |
İstehsalçı | Carçı Film |
İlk baxış tarixi | 2012 |
Filmin növü | tammetrajlı bədii televiziya filmi |
Müddət | 69 dəqiqə |
Ölkə |
![]() |
Dil | Azərbaycan dili |
İl | 2012 |
Rəng | rəngli |
Çəkiliş yeri | Bakı |
Varlı yataq xəstəsinə qulluq edən kasıb qız günlərin bir günündə sözün əsl mənasında şoka düşür. Kirayə qaldığı evin pulunu ödəməyə belə imkanı olmayan bu qıza həmin varlı xəstə bütün var-dövlətini vəsiyyət edir. Yataq xəstəsi ölmək bilmir. Qızın isə səbri tükənir. Bəs nə etməli? Sualın cavabı aydındır.
Filmdə insan münasibətləri və daxili aləmin ziddiyyətləri, tamahın törətdiyi fəsadlar, nəfsin nəticə etibarilə insana həyatı bahasına başa gəlməsi əksini tapıb.