Yaqut Nəriman qızı Paşayeva (19 sentyabr 1973, Mirbəşir TərTər)— Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2013), Qabaqcıl təhsil işçisi(2023). DOM müstəqil teatrının aktrisası, ADMİU-nun "Dram teatrı və kino aktyoru" fakültəsində aktyor sənəti üzrə dosent
Yaqut Paşazadə | |
---|---|
Digər adı | Yaqut Paşayeva |
Doğum tarixi | (51 yaş) |
Doğum yeri | Tərtər, Azərbaycan SSR |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1993-cü ildən |
İstiqamət | teatr-kino |
Mükafatları |
![]() ![]() |
Yaqut Paşazadə 29 sentyabr 1973-cü ildə Tərtər şəhərində anadan olub. 1990-cı ildə Tərtər rayon 6 saylı orta məktəbi bitirmişdir. 1991–1996-cı illərdə ADMİU-nun "Dram Teatrı və Kino aktyoru" fakültəsinin məzunu olmuşdur. Kursun rəhbərləri Həsənağa Turabov və Vaqif İbrahimoğlu olmuşdur.
1993-cü ildən 2018-ci ilə kimi YUĞ Dövlət Teatrında ali dərəcəli aktrisa kimi çalışıb. Hazırda DOM müstəqil teatrında fəaliyyət göstərib.Türkiyə, Qazaxıstan, Misir, Norveç, Başqırdıstan,Türkiyə, Rusiya, İran, Finlandiya,Özbəkistan və digər ölkələrdə keçirilən teatr festivallarında olmuşdur.
2013-cü ildə Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.[1]
1999-cu ildə ailə həyatı qurmuşdur.[2]
2023-cü ildə Elm və Təhsil nazirinin müvafiq əmrinə əsasən Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif edilib.
Aktrisa çılğın səhnə tembrinə malikdir. Aparıcı səhnə ustasıdır.
1 . Диплом.ГИТИС — Российский Институт Театрального Искусства. По программе «Актерское мастерство. 2020