Diafraqma (lat. diaphragma, yun. διάφραγμα arakəsmə mənasını verir) — tək əzələ olub, döş qəfəsini qarın boşluğundan ayırır. Tənəffüsün təmin edilməsində mühüm rola malik olan bu əzələvi arakəsmə ağciyərlərin gərilməsində mühüm rol oynayır. Onun hüdudları alt qabırğanın aşağı kənarı ilə məhdudlaşır. Eninəzolaqlı əzələ liflərindən təşkil olunmuş diafraqma qarın əzələ sisteminə aiddir. Dafraqmaya məməlilərdə və timsahlarda rast gəlinir. Dafraqma təkamül nəticəsində formalaşaraq tənəffüs sistemini daha da mükəmməlləşdirmişdir. Diafraqma qurluşca kümbəzəbənzər struktur olub, əzələ və fibroz toxumalardan təşkil olunmuşdur. Onun qübbələri yuxarı, döş qəfəsi boşluğuna baxır və bir növ onun döşəməsini təşkil edir. Kümbəzin aşağısı isə qarın boşluğunun damını təşkil etmiş olur. Diafraqmanın ortası vətərlərdən kənarları isə əzələ liflərindən təkil olunmuşdur. Adətən diafraqmanın sağ qübbəsi IV, sol qübbəsi isə V qabırğaarası sahə səviyyəsindədir. Nəfəsalma zamanı bu qübbələr 2–3 sm aşağıya enmiş olur. Diafraqma qabırğaarası sahələrdə sağ və sol dafraqma-qabırğaarası ciblərini—sinuslarını, öndə ortada isə divararalığı ilə birlikdə diafraqma-divararalığı cibini — sinusunu təşkil etmiş olur.
Diafraqma | |
---|---|
![]() | |
Latınca | Diaphragma |
Yunanca | διάφραγμα |
Patologiyası | Diafraqma yırtığı, Diafraqma iflici |
Sistem | Əzələ |
Arteriya | lat. arteria pericardiacophrenica, arteriae intercostales, arteriae phrenicae inferiores |
Vena | yuxarı və aşağı diafraqma venaları |
Sinir | Diafraqma siniri, qabırğalararası sinir |
Embrional | septum transversum |
MeSH | Diaphragm |
Dorlands/Elsevier | 12293509 |
![]() |
Dəliklərin adları Fəqərə səviyyəsi İzahı Venoz dəliyi VIII Venoz dəliyi mərkəzi vətər hissəsindən keçir. Bu dəlikdən aşağı boş vena və sağ diafraqma sinirinin bir neçə şaxəsi keçir. Qida borusu dəliyi X Qida borusu dəliyi diafraqmanın arxa hissəsində yerləşmişdir. Bu dəlikdən adından məlum olduğu kimi qida borusu və azan sinirinin ön şaxələri keçir. Aorta dəliyi XII Aorta dəliyi diafraqmanın arxa hissəsində yerləşmişdir. Bu dəlikdən aorta və döş limfa axacağı keçir.