. Love.az

Asagi Bos Vena - Wikipedia - Love.az

Ana Səhifə - Asagi Bos Vena

Aşağı boş vena ABV (lat. Vena cava inferior) — dördüncü bel fəqərəsinin aşağı kənarı bərabərliyində sağ və sol ümumi qalça venalarının (lat. vv. iliacae communes dextra et sinistra) birləşməsindən əmələ gəlir; onurğanın ön səthi ilə qarın aortasının sağ tərəfilə yuxarı və bir az sağa doğru gedərək, qaraciyərin arxa səthinə çatarkən aortadan uzaqlaşır və diafraqmanın vətər mərkəzində olan aşağı boş vena dəliyindən döş boşluğuna daxil olan kimi ürək kisəsini dəlib, sağ qulaqcığaaçılır. Aşağıda bel əzələsinin içəri kənarında, bir az yuxarıda ön səthində və diafraqmaya çatarkən onun bel hissəsinin ön səthində yerləşir. ABV ekstraperitoneal (peritondan xaric) üzvlərdən olub, ön tərəfdə yuxarıdan aşağıya doğru növbə ilə, qaraciyər ilə, onikibarmaq bağırsağın enən hissəsilə, pankreas başı ilə, nazik bağırsaq müsariqəsilə əhatə olunmuşdur. Bunlardan başqa ABV öndə çəp istiqamətdə sağ xaya arteriyası ilə və arxada üfüqi istiqamətdə sağ böyrək arteriyası ilə çarpazlaşır.

Aşağı boş vena
İnsanın venoz sisteminin diaqramı
Yuxarı boş vena, aşağı boş vena, azygos vein və their tributaries.
Latınca Vena cava inferior
Qrey subyekt 173 677
Mənbəyi Ümumi qalça venası
bel venaları
xaya venaları
böyrək venası
böyrəküstü vena
qapı venası
Açılır Ürəyin sağ qulaqcığına
Arteriya Qarın aortası
MeSH Vena+Cava,+Inferior
  • bax
  • müzakirə
  • redaktə

Mündəricat

  • 1 Qəbul etdiyi venalar
  • 2 Təsvirlər
  • 3 İstinadlar
  • 4 Mənbələr
  • 5 Xarici keçidlər
  • 6 Həmçinin bax

Qəbul etdiyi venalar

redaktə

ABV qarın aortasının cüt şaxələrinə uyğun venaları və qaraciyər venalarını qəbul edir.

ABV-nin qəbul etdiyi venalar
Vena Latın Səviyyəsi
Diafraqma venaları v v. phrenicae inferiores T8
Qaraciyər venaları V v. hepaticae T8
Böyrəküstü venalar V v. suprarenalis L1
Böyrək venaları V. renales L1
Cinsiyyət venaları V v. ovarica dextra et sinistra, v. testicularis dextra, v v. testicularis dextra et sinistra, v. spermaticae L2
Bel venaları V v. lumbales L1-L5
Ümumi qalça venası V. iliaca communis L5

Təsvirlər

redaktə
  •  
    Ürəyin əsası və diafraqma səthi
  •  
    Ürək və magistral damarlar
  •  
    Qarın aortasını müşayiət edən aşağı boş vena
  •  
    İnsan embrionunun üfüqi kəsiyində damarların proyeksiyası
  •  
    Aşağı boş vena

İstinadlar

redaktə

Mənbələr

redaktə
  • Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979
  • Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)

Xarici keçidlər

redaktə
  • "Posterior Abdominal Wall: Tributaries to the Inferior Vena Cava" Arxivləşdirilib 2010-01-14 at the Wayback Machine
  • SUNY Anatomy Image Arxivləşdirilib 2012-10-11 at the Wayback Machine

Həmçinin bax

redaktə
  • Yuxarı boş vena
  • Ağciyər venaları
  • Göbək venası
  • Qapı venası
  • Ümumi qalça venası
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aşağı_boş_vena&oldid=7999887"
LOVE.AZ