Lusi Klavdi Kassi Dion Koksean (və ya Kokkeyan)[7], həmçinin sadəcə Dion Kassi və ya Kassi Dion (q.yun. Δίων ὁ Κάσσιος, lat. Lucius Claudius Cassius Dio Cocceianus; ən tezi 155 və ən geci 164[1], Nikeya[d], Qədim Roma[4][5][…] – təq. 235[2][3][…], Nikeya[d][2][6][…]) — yunan əsilli Roma konsulu və tarixçisi. O, Eneyin İtaliyaya gəlişindən tutmuş Roma imperatoru Aleksandr Severin hakimiyyətinə qədərki dövrü əhatə edən 80 kitabda "Roma tarixi"nin müəllifidir. Qədim yunan dilində yazılmış əsərin yarıdan çoxu bütünlüklə və ya əhəmiyyətli çıxarışlarla günümüzə qədər gəlib çatmışdır.
Dion Kassi | |
---|---|
q.yun. Δίων ὁ Κάσσιος | |
![]() | |
Doğum adı | Lucius Claudius Cassius Dio Cocceianus |
Doğum tarixi | ən tezi 155 və ən geci 164[1] |
Doğum yeri |
|
Vəfat tarixi | təq. 235[2][3][…] |
Vəfat yeri | |
![]() |
Lusi Klavdi Kassi Dion Koksean II əsrin ortalarında Nikeyada, yunan əsilli ailədə anadan olmuşdur. O, 180-ci ildə Romaya köçmüşdür. Dion Kassi burada senator olmuş və Aleksandr Sever hakimiyyəti altında Afrikanın prokonsulu, Dalmatiya və Yuxarı Pannoniyada imperator legatı kimi xidmət etmişdir. O, 229-cu ildə ikinci dəfə konsul olmuşdur. Dion Kassinin özünün dediyinə görə, yuxuda gördüyü "demon" onu tarixi əsər yazmağa sövq etmişdir. Beləliklə, 80-ci kitabda Romanın ümumi tarixi haqqında "Roma tarixi" əsərini ərsəyə gətirmişdir. Əsər Eneyin İtaliyaya gəlişindən tutmuş Roma imperatoru Aleksandr Severin hakimiyyətinə qədərki dövrü əhatə edir. Tarixçi bunun üzərində 22 il çalışmışdır.[8]
Vikianbarda Dion Kassi ilə əlaqəli mediafayllar var. |