Mark Avreli Sever Aleksandr (lat. Marcus Aurelius Severus Alexander), Roma tarixşünaslığında daha çox Aleksandr Sever kimi tanınır (1 oktyabr 208 – 19 mart 235) — 13 mart 222-ci ildən 19 mart 235-ci ilə qədər hakimiyyətdə olmuş Roma imperatoru. O, Sever sülaləsinin sonuncu padşahı olmuşdur. Sever Helioqabalın əmisioğlu və xələfi olmuşdur.
Aleksandr Sever | |
---|---|
lat. Marcus Aurelius Severus Alexandrus | |
| |
13 mart 0222 – 18 mart 0235 | |
Əvvəlki | Helioqabal |
Sonrakı | I Frakiyalı Maksimin |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 oktyabr 208 |
Vəfat tarixi | 19 mart 235 (26 yaşında) |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | bilinmir, Helioqabal və ya Karakalla |
Dini | Qədim Romada din |
![]() |
Aleksandr Sever padşahlıq etməyə başlayanda onun on dörd yaşı var idi. Hökumətə pretori prefekti hüquqşünas Ulpian rəhbərlik edirdi. İmperiyanın iqtisadi vəziyyəti çətin halda idi və imperator ordunun xərclərini azaltmağa çalışırdı. O, həm də sosial müdafiə və xeyirxahlıq siyasəti həyata keçirirdi. Sasanilərin şərqdə yüksəlişi onu sülh danışıqları aparmağa məcbur etmişdir. O, həmçinin Maynsda german tayfaları ilə danışıqlar aparmağa çalışsa da, legionerləri tərəfindən öldürülmüşdür.[2]
Vikianbarda Aleksandr Sever ilə əlaqəli mediafayllar var. |