. Love.az

Diridag Ordubad - Wikipedia - Love.az

Ana Səhifə - Diridag Ordubad
Bu adın digər istifadə formaları üçün bax: Diridağ.

Diridağ — Ordubad rayonu ərazisində dağ (hünd. 2528,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Azərməsçid aşırımından (3474,7 m) cənub-qərbə ayrılan  Uçurdağ qolunda zirvə  Vənəndçayın sol sahilində, Pəzməri kəndindən 1,5 km cənub-şərqdədir. Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qabbro-qranit formasiyasına aid qranodiorit və adamellitlərdən təşkil olunmuş  günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb qanadında yerləşir.[1]

Diridağ
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 2528,0 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon
  • Ordubad

Həmçinin bax

redaktə
  • Ağdağ (Ordubad rayonu)
  • Cindağ (Ordubad)
  • Almalıdağ

İstinadlar

redaktə
  1. ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Diridağ_(Ordubad)&oldid=6087278"
LOVE.AZ