. Love.az

Edvard Dayvers - Wikipedia - Love.az

Ana Səhifə - Edvard Dayvers

Edvard Dayvers (ing. Edward Divers; 27 noyabr 1837, London – 8 aprel 1912, London) – Britaniya kimyaçısı. O, Yaponiyada qeyri-üzvi kimyanın qurucularından biri hesab olunur.[1]

Edvard Dayvers
ing. Edward Divers
Doğum tarixi 27 noyabr 1837(1837-11-27)
Doğum yeri
  • London, İngiltərə, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı
Vəfat tarixi 8 aprel 1912(1912-04-08) (74 yaşında)
Vəfat yeri
  • London, London qraflığı[d], İngiltərə, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı
Elm sahəsi kimya
İş yeri
  • Birminhem Universiteti
Üzvlüyü
  • London Kral Cəmiyyəti
Mükafatları "Doğan günəş" ordeni (Yaponiya) "Müqəddəs xəzinə" ordeni (Yaponiya)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Təltifləri
  • 3 İstinadlar
  • 4 Ədəbiyyat

Həyatı

redaktə

Edvard Dayvers 1837-ci ildə London şəhərində doğulmuşdur.[1] O, Müqəddəs Varfolomeya xəstəxanasında təhsil almış və Kral Həkimlər Kollecinin diplomunu almışdır.[1] 1854-cü ildə Dublin şəhərinin Kvins kollecinin köməkçi professoru olmuşdur.[1] 1866-cı ildə İngiltərəyə qayıtmışdır.[1] O, 1871-ci ildə H2N2O2 turşusunu kəşf etsə də, Londonun elm dünyasını təsirləndirə bilməmişdir.[1]

Dayvers 1873-cü ildə Yaponiyaya gələrək İmperiya Mühəndislik Kollecinin müəllimi olmuşdur və 1886-cı ilə qədər burada dərs demişdir.[1] Daha sonra Elm Kollecinə transfer olmuş və Sakuray Coci, eləcə də, onun tələbələri ilə kimyəvi tədqiqatlar aparmışdır.[1] Onun əsas tədqiqat sahəsi qeyri-üzvi kimya olmuş, xüsusilə, azot və kükürd tərkibli birləşmələrlə maraqlanmışdır.[1] Onun yapon tələbələri arasında Takamine Cokiçi, Nakamura Sadakiçi və Kavakita Notatsu kimi kimyaçılar olmuşdur.[1]

Təltifləri

redaktə

Datvers 1899-cu ildə İngiltərəyə qayıtmağa qərar verəndə Yaponiya hökuməti onu "Doğan günəş" və "Müqəddəs xəzinə" ordenləri ilə təltif etmiş, eləcə də, ona professor-emerit titulu vermişdir.[1] Londona qayıtdıqdan sonra Kral Cəmiyyətinin üzvü olmuşdur.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 Kodansha Encyclopedia of Japan

Ədəbiyyat

redaktə
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). II cild (Const–F). Tokio: Kodansha. 1983. səh. 121. ISBN 0-87011-622-3. İstifadə tarixi: 5 dekabr 2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Edvard_Dayvers&oldid=6788937"
LOVE.AZ