. Love.az

Takamine Cokici - Wikipedia - Love.az

Ana Səhifə - Takamine Cokici

Takamine Cokiçi (高峰 譲吉?, 3 noyabr 1854[1][2][…], Takaoka[d], Toyama prefekturası – 22 iyul 1922[1][3], Nyu-York, Nyu-York ştatı[4]) – Yaponiya kimyaçısı, adrenalini saf şəkildə ayıra bilmiş ilk şəxs.[5] "Yaponiyanın Tomas Edisonu" və "Yaponiyanın Pasteri" ləqəbləri ilə tanınır.[5] ABŞ biotexnologiyasının qurucularından biri hesab olunur.[5]

Takamine Cokiçi
yap. 高峰 譲吉
Doğum tarixi 3 noyabr 1854(1854-11-03)[1][2][…]
Doğum yeri
  • Takaoka[d], Toyama prefekturası, Yaponiya
Vəfat tarixi 22 iyul 1922(1922-07-22)[1][3] (67 yaşında)
Vəfat yeri
  • Nyu-York, Nyu-York ştatı, ABŞ[4]
Vəfat səbəbi Nefrit (xəstəlik)
Dəfn yeri
  • Aoyama qəbiristanlığı[d]
Təhsili
  • Qlazqo Universiteti
Fəaliyyəti kimyaçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 İlk illəri və təhsili
  • 2 Karyerası
  • 3 ABŞ–Yaponiya əlaqələri
  • 4 İstinadlar
  • 5 Ədəbiyyat

İlk illəri və təhsili

redaktə

Takamine Cokiçi 3 noyabr 1854-cü ildə Yaponiyanın qərb sahilində yerləşən bir qəsəbədə doğulmuşdur.[5] 1866-cı ildə Qərb elmlərini öyrənməyə başlamış, 1878-ci ildə Yaponiya hökumətinin dəstəyi ilə Qlazqo Universitetində təhsil almaq hüququ qazanmışdır.[5] Yaponiyaya qayıtdıqdan sonra Yaponiya Kənd Təsərrüfatı və Ticarət Departamentində işləməyə başlamışdır.[5]

1884-cü ildə Nyu-Orleanda keçirilən Pambıq sərgisində iştirak etmək üçün seçilmişdir.[5] Nyu-Orlean qaldığı evin sahibinin qızı Karolina Fild Hitçlə tanış olmuş və onunla evlənmişdir.[5] Balayı üçün getdiyi Cənubi Karolinada gübrə zavodlarını, Vaşinqtonda isə patent hüququnu öyrənmişdir.[5]

Karyerası

redaktə

Takamine Yaponiyaya qayıdandan sonra hökumətin dəstəyi ilə Tokio Süni Gübrə Şirkətini qurmuşdur.[5] O, ABŞ-yə qayıtmaq istəsə də, oradakı gübrə istehsalı ilə rəqabət edə bilməyəcəyini düşünüb enzimologiya sahəsinə yönəlmişdir.[5] 1890-ci ildə Çikaqoya köçərək bir içki zavodunda tədqiqatçı kimi işləməyə başlamış, burada süni göbələk kulturu metodu ilə distillə prosesini sürətləndirməyi bacarmış və "Bonzay" adlı viski növü yaratmışdır.[5][6]

1894-cü ildə ABŞ-də ilk mikrobial ferment patentini almışdır.[5] O, Nyu-Cersi ştatının Klifton şəhərində Takamine Tədqiqat Mərkəzini yaratmış və burada həzm dərmanı kimi istifadə olunan takadiastazanı almışdır.[6] "Parke-Davis" şirkəti tərəfindən satılan bu dərman uğurlu olduqdan sonra Takamine şirkətin məsləhətçisi kimi işləməyə başlamışdır.[5]

1898-ci ildə Nyu-York şəhərinə köçərək burada müstəqil laboratoriya qurmuşdur.[5] 1901-ci ildə köməkçisi Keyzo Uenaka ilə birlikdə adrenalin hormonunu saf çəkildə ayırmış, beləliklə, hormon ayıra bilmiş ilk kimyaçı olmuşdur.[5] Adrenalin və takadiastazadan əldə etdiyi gəlir sayəsində Yaponiyada bir, ABŞ-də iki şirkət qurmuşdur.[5]

ABŞ–Yaponiya əlaqələri

redaktə

Takamine ABŞ–Yaponiya əlaqələrinin inkişafında da töhfələr vermişdir.[5] 1905-ci ildə Nippon klubunun qurucu üzvü, 1907-ci ildə Manhettendə Yaponiya Cəmiyyətinin vitse-prezidenti olmuşdur.[6] O, Nyu-York Yapon Assosiasiyasının qurucusu olmuş və dörd dəfə prezidenti seçilmişdir.[6]

1909-cu ildə Vaşinqtonda Potomak çayı ətrafındakı bölgənin ABŞ-nin birinci xanımı Helen Herron Taft tərəfindən abadlaşdırdığını öyrənən Takamine ona Tokiodan gətirilmiş 2000 sakura ağacı hədiyyə etmişdir.[5]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Jokichi Takamine // Encyclopædia Britannica (ing.).
  2. ↑ 1 2 Jokichi Takamine // Who Named It? (ing.).
  3. ↑ 1 2 Jokichi Takamine // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  4. ↑ 1 2 Find a Grave (ing.). 1996.
  5. ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 Bennett, Joan. "Adrenalin and cherry trees". Modern Drug Discoveries (ingiliscə). IV (12). dekabr 2001: 47–48. 2019-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2022.
  6. ↑ 1 2 3 4 The Encyclopedia of New York City

Ədəbiyyat

redaktə
  • Kenneth, Jackson. The Encyclopedia of New York City (II). Nyu-York: Yale University Press. 2010. 1277. ISBN 978-0300114652. İstifadə tarixi: 14 sentyabr 2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Takamine_Cokiçi&oldid=7661813"
LOVE.AZ