. Love.az

Elcin Sixli - Wikipedia - Love.az

Ana Səhifə - Elcin Sixli

Elçin İsmayıl oğlu Şıxlı (4 oktyabr 1957, Bakı) — "Ayna" — "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru (2001–2014), 1989-cu ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədri.

Elçin Şıxlı
Azərbaycan Jurnalistlər Birliyinin sədri
Vəzifədədir
2006-cı ildən
ƏvvəlkiHacı Hacıyev
Şəxsi məlumatlar
Doğum tarixi 4 oktyabr 1957(1957-10-04) (67 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Azərbaycan Dillər Universiteti
Fəaliyyəti jurnalist, yazıçı
Atası İsmayıl Şıxlı

Təltifləri "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 20052005
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20202020
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 Şəxsi həyatı
  • 4 Filmoqrafiya
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Həyatı

redaktə

Elçin Şıxlı 1957-ci il oktyabrın 4-də Bakı şəhərində, İsmayıl Şıxlının ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndinin Şıxlinskilər soyundandır. 1964-cü ildə Bakı şəhəri 190 №-li orta məktəbin birinci sinfinə getmiş və 1974-cü ildə həmin məktəbi bitirmişdir. 1974-cü ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olmuş və 1979-cu ildə həmin institutu ingilis və alman dilləri müəllimi ixtisası alaraq bitirmişdir. 1979-cu ilin avqustundan oktyabrınadək Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsi informasiya-reklam şöbəsinin müfəttişi işləmişdir.[1]

1979-cu ilin oktyabrından 1981-ci ilin mayınadək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş və həmin müddət ərzində o zamankı Almaniya Demokratik Respublikası ərazisində yerləşmiş sovet ordusu hərbi komendatlıqlarından birində mütərcimlik etmişdir.[1]

Fəaliyyəti

redaktə

1981-ci ilin iyul-avqust aylarında "İnturist" ÜSC Bakı şöbəsində tərcüməçi işləmişdir. 1981-ci ilin avqustundan 1986-cı ilin sentyabrınadək Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin xaricdə yaşayan həmvətənlərlə əlaqələr şöbəsinin referenti olmuşdur. 1986-cı ilin sentyabrından 1988-ci ilin mayınadək Azərbaycan SSR Maarif Nazirliyi Kollekgiyasının katibi vəzifəsində işləmişdir. 1988-ci ilin mayından 1989-cu ilin aprelinədək V. İ. Lenin adına Sovet Uşaq Fondu Azərbaycan respublika bölməsi İdarə Heyəti aparatında baş referent olmuşdur. 1989-cu ilin aprelindən 1990-cı ilin iyulunadək "Azərbaycan Kommunisti" — "Kommunist Azerbaydjana" jurnalında ədəbi işçi kimi çalışmıdır. 1990-cı ilin iyulundan 1998-ci ilin fevralınadək "Ayna"-"Zerkalo" qəzetləri redaksiyasında baş redaktor müavini, 1998-ci ilin fevralından 1999-cu ilin mayınadək "Al-ver" qəzetinin baş redaktoru, 1999-cu ilin mayından 2001-ci ilin yanvarınadək "Ayna Mətbu Evi" şirkətinin prezidenti vəzifələrində çalışmışdır. 2001-ci ilin yanvarından 2014-cü ilədək "Ayna"-"Zerkalo" qəzetlərinin baş redaktoru olmuşdur. 2016-cı ildə ayna.az saytı və Ayna TV-ni təsis edib.[1]

Şəxsi həyatı

redaktə

Evlidir. İki övladı var. Yazıçı İsmayıl Şıxlının oğludur.[1]

2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamışdır. O, açıqlamasında qeyd etmişdir ki, səs vermək üçün "İlham Əliyevdən başqa adam yoxdur".[2]

Filmoqrafiya

redaktə
  • Dəli Kür (1969)
  • Mənə inanın! (2007)
  • Cavabsız sual (2017)

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Elçin Şıxlının bioqrafiyası — www.adam.az Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
  2. ↑ "İlham Əliyevdən başqa kimə səs verməliyəm ki... - Elçin Şıxlı". modern.az. 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.

Xarici keçidlər

redaktə
  • "Məğlub olsam da, səhv etməmişdim" — 60 yaşlı Elçin Şıxlı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Elçin_Şıxlı&oldid=7374448"
LOVE.AZ