Hacızadə Elşən Mahmud oğlu (9 avqust 1961, Siyəzən) — Azərbaycan iqtisadçısı, iqtisad elmləri doktoru, professor.[1] Beynəlxalq Elmlər Akademiyasının akademiki,[2] Beynəlxalq Menecment Akademiyasının akademiki,[3] Beynəlxalq Nəqliyyat Akademiyasının akademiki,[4] Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü,[5] Beynəlxalq İqtisadçılar İttifaqının üzvü.[6]
Elşən Hacızadə | |
---|---|
Elşən Mahmud oğlu Hacızadə | |
![]() | |
Doğum tarixi | (63 yaş) |
Doğum yeri | Siyəzən, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Elmi dərəcəsi | iqtisad elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | |
Təhsili | Azərbaycan Xalq Təsərrüfatı İnstitutu |
![]() |
|
hajizada.com | |
![]() |
1961-ci il avqustun 9-da Azərbaycan Respublikasının Siyəzən şəhərində anadan olmuşdur.
1982-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsini bitirmiş, iqtisadçı-mühasib ixtisası almışdır.
1982–1997-ci illərdə Azərbaycanın yanacaq-enerji kompleksində (ARDNŞ-nin H.Z.Tağıyev adına Neftqazçıxarma İdarəsində, Quruda Neftqazçıxarma İstehsalat Birliyi, "Azəriqaz" QSC) maliyyəçi, mühasib və iqtisadçı peşələri üzrə müxtəlif rəhbər vəzifələrdə işləmişdir.
1997–2014-cü illərdə elm və təhsil sahəsində təyinatlı və seçkili olan bir sıra vəzifələr (Azərbaycan İqtisadçılar İttifaqında ekspert, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun "Struktur dəyişiklikləri" sektorunun müdiri, "Makroiqtisadi inkişaf və iqtisadi artım" şöbəsinin baş elmi işçisi, Azərbaycan Dövlət İqtisad Universiteti — UNEC-in "Sosial-İqtisadi Elmi-Tədqiqat laboratoriyası"nın müdiri, "Azərbaycan Regionlarının İnkişaf Problemləri üzrə Elmi Araşdırma və Konsaltinq Mərkəzi"nin direktoru, "Magistr Hazırlığı Mərkəzi"nin direktor müavini) tutmuşdur.
2010–2018-ci illərdə "Azərbaycanın vergi jurnalı"nın baş redaktoru olmuşdur.
2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universiteti — UNEC-in "Enerji iqtisadiyyatı mərkəzi"nin rəhbəridir. "ENECO" (Enerji iqtisadiyyatı) jurnalının baş redaktorudur.
2022-ci ildən Beynəlxalq Elmlər Akademiyasının (IAS-HE AS) Azərbaycan bölməsinin birinci vitse-prezidentidir.
II dərəcəli dövlət müşaviridir.
1. İqtisad elmləri namizədi[7] — 1998-ci il.
Mövzu: "Quruda neftqazçıxarma sənayesində iqtisadi islahatlar və onların təkmilləşdirilməsi problemləri."[8]
İxtisas: 08.00.05-Xalq təsərrüfatının və onun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və idarə olunmasının təşkili (sənaye).
2. İqtisad elmləri doktoru[7] — 2005-ci il.
Mövzu: "Azərbaycanın quru ərazilərində neft və qaz hasilatının artırılması problemləri."[9]
İxtisas: 08.00.05-Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi (komplekslərin, sahələrin və müəssisələrin iqtisadiyyatı, təşkili və idarə edilməsi).
3. Dosent — 2010-cu il.
İxtisas nomenklaturası: Xalq təsərrüfatının iqtisadiyyəti və idarə edilməsi (komplekslərin, sahələrin və müəssisələrin iqtisadiyyatı, təşkili və idarə edilməsi).
Diplom: DS№03505. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı (protokol № 17-K 20.04.2010).
4. Professor — 2013-cü il.
İxtisas sahəsi: Beynəlxalq İqtisadi münasibətlər kafedrası üzrə.
Diplom PR№01291. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı (protokol № 16-R 15.11.2013).
Milli yanacaq-enerji kompleksinin modernizasiyası problemləri ilə bağlı konseptual tədqiqatların müəllifidir. "Sosiallaşan iqtisadiyyat", "Nobel iqtisadiyyatı" kimi yeni iqtisadi anlayışları elmi dövriyyəyə gətirmişdir.
Sosiallaşan iqtisadiyyat konsepsiyası (sosiallaşan iqtisadiyyat - yeni iqtisadi anlayış), “Nobel iqtisadiyyatı” (yeni iqtisadi anlayış), dünya iqtisadiyyatı, sənaye siyasəti və infrastruktur problemləri, milli regional inkişaf strategiyası (avtonom fəaliyyət, Azad İqtisadi Zonalar, texnoparklar, regional klasterlər, biznes inkubatorları), enerji təhlükəsizliyi və milli enerji strategiyası, Yanaсaq Enerji Kompleksinin modernizasiyası problemləri, Azərbaycan neft sənayesində oliqopoliya modeli, karbohidrogen resurslarının nüvə potensialına çevrilməsi alternativliyi, yüksək texnologiyalar, informasiya iqtisadiyyatı, nanotexnologiyalar, şəhər ictimai nəqliyyatının inkişafı problemləri və avtomobilləşmənin yeni ekoloji tələbləri, regional nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Şərq-Qərb, Şimal-Cənub dəhlizləri, TRACECA, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Хəzər-Fars dəhlizi - geoiqtisadi rakurs (Xəzərdən Fars körfəzinə nəqliyyat su kanalının çəkilişinin iqtisadi təyinatları və effektivliyi), Yaxın Şərq energetikasında təhlükəsizlik kondominiumu və yeni maliyyə arxitekturası, Türkdilli ərazilərdə, Cənubi Qafqaz və Xəzər hövzəsi regionlarında iqtisadi potensialın qiymətləndirilməsi.
Elşən Hacızadə. Biblioqrafiya.
Anadan olmasının 60 illiyinə həsr olunur. Bakı: “Elm” 2021, 424 s., 26,5 ç.v. sayı 300. Baş redaktor: akademik Z.Ə.Səmədzadə. Redaktorlar: AMEA-nın müxbir üzvləri A.F.Musayev, Q.C.İmanov, iqtisad elmləri doktorları, professorlar V.T.Novruzov, H.A.İsrafilov. Tərtibçilər: iqtisad üzrə fəlsəfə dokroru, dosent E.Z.Səmədzadə, E.Ə.Əliyev, S.Ə.Sultanov.
Azәrbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Enerji İqtisadiyyatı Mərkəzinin Elmi Şuralarının birgə qərarları əsasında nəşr olunur.
Biobiblioqrafik nəşr iqtisad elmləri doktoru, professor Elşən Mahmud oğlu Hacızadәnin həyatı, elmi-pedaqoji, əmək və ictimai fəaliyyətinə həsr olunmuşdur. Nəşrdə azərbaycan, rus və ingilis dillərində müəllifin həyat hadisələrinin mühüm tarixləri, elmi fəaliyyətinin əsas istiqamətləri, elmi dərəcə, elmi ad və təhsili ilə bağlı aldığı attestatlar, diplomlar, sertifikatlar və digər şəhadətnamələr, elmi əsərlərin biblioqrafiyası, publisistik məqalələrin siyahısı, elm və təhsil müəssisələrində yerinə yetirdiyi tədqiqat işləri, hazırladığı layihələr, kitabları haqqında mətbuatda çıxan resenziyalar, iştirak etdiyi dəyirmi masalar, rəsmi opponent və resenzent olduğu dissertasiyalar, dissertasiya şuralarında iştirakı, üzvü və rəhbəri olduğu elmi redaksiya heyətləri barədə informasiyalara da yer verilmişdir. Nəşrin mətninə həmçinin müəllifin elmi əsərlərinə edilən “Yüz bir istinad”, təltifləri, filmoqrafiya fəaliyyəti, internet resurslarında, ensiklopediyalarda və ayrı-ayrı nəşrlərdə onun haqqında verilən bioqrafik məlumatlar da daxil edilmişdir. Biblioqrafik nəşr iqtisadiyyat və idarəetmə sahəsi üzrə elmi-tədqiqat işləri aparan alim və mütəxəssislər, müəllim və tələbələr, elecə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
1.Neftlə çirklənmiş ərazilərin inventarizasiyası və rekultivasiyası. (layihə)
2.Azərbaycan neft ensiklopediyasının hazırlanması. (layihə)
3.Ali təhsil müəssisələrində mühasibat üçotu sisteminin avtomatlaşdırılması. (kompüter proqramı)
4.Azərbaycan Dövlət İqtisad Universitetində kompüter kurslarının təşkili (reallaşma proqramı)
5.Qadın briqadasını təmsil edən fermer təsərrüfatının yaradılması. (layihə)
6.“Yer kürəsi günü”nün qeyd olunması üzrə tədbirlər və fəaliyyət planı. (layihə)
7.Azərbaycan Respublikasında qarğı və digər analoji bitki komponentli təbii xammala əsaslanan sellüloz-kağız kombinatının inşası. (biznes plan)
8.Ələt-Astara avtomobil magistralı: təbii-coğrafi mövqe, meteoloji durum və sosial-iqtisadi infrastruktur. (iqtisadi əsaslandırma)
9.“Baki dairəvi - 2” avtomobil magistrali: təbii-coğrafi mövqe, meteoloji durum və sosial-iqtisadi infrastruktur. (iqtisadi əsaslandırma)
1.Kompüter istifadəçisi (MS DOS, WİNDOWS) kursu üzrə hazırlıq.
Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi “İnformatika” Elm-İstehsalat Birliyinin Bakı Elmi Tədris Mərkəzi. Bakı, sentyabr-dekabr 1997-ci il.
Şəhadətnamə - Bakı: C № 000092, 4 dekabr 1997-ci il.
2.“İqtisadi inkişaf assosiyasiyaları sahəsində texniki əməkdaşlıq proqramı” seminarı.
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Vaşinqton: 11 sentyabr - 2 oktyabr 1999-cu il.
Sertifikat - AED/Washington, DC. 2 oktyabr 1999-cu il.
3.“İqtisadi inkişaf assosiyasiyaları sahəsində texniki əməkdaşlıq proramı” seminarı.
ABŞ-nin İctimai və Özəl Əməkdaşlıq İnstitutu (IP3, The Institute for Public-Private Partnerships), Vaşinqton: 13 sentyabr - 1 oktyabr 1999-cu il.
Sertifikat - IP3/Washington, DC. 2 oktyabr 1999-cu il.
4.“Fars körfəzi: XVI beynəlxalq konfrans”.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Tədqiqatlar İnstitutu. 17-18 fevral Tehran: 2004.
Sertifikat - Institute for political and International Studies. Tehran. 18 February 2004.
5.“Ətraf mühit, neft və qaz: Xəzər regionunda texnologiyaların kommersiyalaşması” seminarı.
ABŞ-nin Vətəndaş Tədqiqatları və İnkişaf Fondu (GRDF) və Azərbaycan Milli Elmlər Akademiyasının Elm Fondu (ANSF), Bakı: 15-17 mart 2004-cü il.
Sertifikat - GRDF- ANSF/Bakı 17 mart 2004-cü il.
6.“Biznesin praktiki öyrənilməsi və kənd təsərrüfatı” simpoziumu.
ABŞ-nin Vətəndaş Tədqiqatları və İnkişaf Fondu (GRDF) ilə Azərbaycan Milli Elmlər Akademiyasının Elm Fondunun sertifikatı (ANSF), Bakı: 6-7 iyun 2005-ci il.
Sertifikat - GRDF- ANSF/Bakı 7 iyun 2005-ci il.
7.IX Uluslararası Türk dünyası sosial elmlər konqresi.
Türk dünyası Araşdırmaları Vakfı. Bakı-İstanbul, 15-17 iyun 2011-ci il.
Şəhadətnamə - Konqresin kordinatorluğu. Bakı-İstanbul: 17 iyun 2011-ci il.
8.“İqtisadiyyat, Maliyyə və Enerji-I beynəlxalq” konqresi.
H.Ə.Yasəvi adına Beynəlxalq Qazax-Türk Universiteti [33] və Beynəlxalq Türk Akademiyası [34]. Qazaxıstan Respublikası, Alma-Ata: 11-14 iyun 2014-cü il.
Sertifikat - International Congress of Economy, Finance and Energy (EFE 2014) Republic of Kazakhstan, Alma-Ata.
9.“Müasir Cəmiyyətdə Elm və Texnologiya: Problemlər, proqnozlar və həll yolları” Türkiyə-Azərbaycan birinci beynəlxalq elmi-praktik virtual konfrans.
Beynəlxalq Tədqiqat, Təhsil və Təlim Mərkəzi. (Estoniya Tallinn) Aspendos-Akademiyası. Beynəlxalq Tibb və Sosial Elmlər Akademiyası. (Böyük Britaniya, London). Türkiyə, İzmir: 26-27 sentyabr 2020.
İştirak sertifikatı: Təşkilatçı N.A.İsazadə, Bakı: 27 sentyabr 2020.
10.“Çoxmillətli bir cəmiyyətdə dialoqun müasir meylləri: fəlsəfi, dini, hüquqi rerspektiv” Birinci beynəlxalq elmi və praktik Ukrayna-Azərbaycan konfransı (Virtual).
Georgi Skovordı adına Ukrayna Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutu (Ukrayna, Kiyev), Boris Grinchenko adına Kiyev Universiteti (Ukrayna, Kiyev), Ukrayna Dini Tədqiqatçılar Assosiasiyası (Ukrayna, Kiyev), Beynəlxalq Elmi, Təhsil və Tədris Mərkəzi (Böyük Britaniya, London), Beynəlxalq Elmi, Təhsil və Tədris Mərkəzi (Estoniya, Tallinn).
İştirak sertifikatı CERT.NO: MTDMS-2020-0032: Konfransın idarə heyəti üzvü Olena Aleksandrova. Kiyev: 12 Noyabr 2020.
11.“Yaşıl İqtisadiyyat” Yaşıl Biznes, Yaşıl İdarəetmə və Liderlik: Yasıl İqtisadiyyata yol, Yeni Çağırışlar, İmkanlar və Perspektivlər” xüsusi mövzusu ilə Liderlik, Texnologiya, İnnovasiya və Biznesin İdarə Edilməsi üzrə 10-cu Beynəlxalq Konfrans.
Sertifikat: Konfransın sədri Prof. Dr Cemal Zehir Yıldız Texniki Universiteti, Konfransın həmsədri Prof.Dr Zahid Farrux Mamedov Azərbaycan Dövlət İqtisad Universiteti 12-14 Oktyabr 2022-ci il, Bakı.
İqtisadiyyat üzrə fəlsəfə doktorları - 9.
İqtisad elmlər doktoru və iqtisad elmləri sahəsində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təşkil edilən Dissertasiya şuralarında iştirak (üzv və sədr müavini) 2012-2025-ci ilər. Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutu, Azərbaycan Kooperasiya Universiteti.
Ailəlidir, üç övladı var.