. Love.az

Eldar Tagizade - Wikipedia - Love.az

Ana Səhifə - Eldar Tagizade

Eldar Abdulla oğlu Tağızadə (6 sentyabr 1963, Bakı – 3 iyun 1992, Dağlıq Qarabağ) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Eldar Tağızadə
Eldar Abdulla oğlu Tağızadə
Şəxsi məlumatlar
Doğum tarixi 1965
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 3 iyun 1992(1992-06-03) (28 yaşında)
Vəfat yeri Dağlıq Qarabağ, Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur
Təhsili
  • Bakı şəhəri 6 nömrəli tam orta məktəb
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Daxili İşlər Nazirliyi
Qoşun növü Azərbaycan Daxili Qoşunlar
Rütbəsi
Kapitan
Vəzifəsi Əməliyyat müvəkklili
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Döyüşlərdə iştirakı
  • 3 Ailəsi
  • 4 Milli Qəhrəman
  • 5 Həmçinin bax
  • 6 Mənbə
  • 7 İstinadlar
  • 8 Xarici keçidlər

Həyatı

redaktə

Eldar Tağızadə 1963-cü il 6 sentyabr Bakı şəhərində anadan olmuşdur. 1970–1980-ci illərdə Nəsimi rayonundakı 164 saylı məktəbdə təhsil almışdır. Məktəbi bitirən Eldar Bakı Dövlət Universitetinə daxil olur və 1985-ci il buranı fərqlənmə diplomu ilə bitirir. Daha sonra polis olmaq istəyən Eldar Səbail rayon polis idarəsində çalışmağa başlayır. 1989-cu ildə Sverdlovsk şəhərində kurs keçir və baş leytenant rütbəsini alır. Tağızadə Eldar Daxili İşlər Nazirliyi (Azərbaycan)ndə əməliyyat müvəkklili vəzifəsində çalışırdı.

Döyüşlərdə iştirakı

redaktə

Cəsur polis işçisi tez-tez cəbhəyə gedir və girovların azad edilməsində iştirak edirdi. Eldarın sayəsində neçə–neçə insan girovluqdan azad edilmişdi. 1991-ci ildə ona kapitan rütbəsi də verilmişdi. Onu DİN-nin Terrorizmə və Banditizmə Qarşı Mübarizə İdarəsinin rəis müavini təyin edirlər. 3 iyun 1992-ci il Tağızadə yenidən Qarabağa göndərildi.

Döyüş zamanı "Şaka" ləqəbli təhlükəli qatili zərərsizləşdirmək lazım idi. O, polis işçilərinə atəş açaraq gizlənmişdi, Eldar onun gizləndiyi binaya daxil olur, polis kapitanının silahsız olduğunu görən namərd Şaka qəfil olaraq Eldarın sinəsinə atəş açır cəsur polis qəhrəmancasına həlak oldu.

Ailəsi

redaktə

Ailəli idi, iki övladı qalıb.

Milli Qəhrəman

redaktə

Azərbaycan Respublikası prezidentinin 3 sentyabr 1992-ci il tarixli 162 saylı fərmanı ilə Tağızadə Eldar Abdulla oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Təhsil aldığı 164 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.

Bakı şəhərinin küçələrindən biri onun adını daşıyır.

Həmçinin bax

redaktə
  • Birinci Qarabağ müharibəsi
  • Erməni terrorizmi
  • Azərbaycanlıların Soyqırımı Günü

Mənbə

redaktə
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 273.

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə
  • Tağızadə Eldar Arxivləşdirilib 2014-10-22 at the Wayback Machine
  • Eldar Tağızadə Arxivləşdirilib 2011-11-17 at the Wayback Machine
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.


Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Eldar_Tağızadə&oldid=7900923"
LOVE.AZ