. Love.az

Elxan Nuriyev Ekspert - Wikipedia - Love.az

Ana Səhifə - Elxan Nuriyev Ekspert

Elxan Eldar oğlu Nuriyev (15 may 1969, Bakı) — siyasi elmlər doktoru, Azərbaycan Republikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru (2008-2011).

Elxan Nuriyev
Doğum tarixi 15 may 1969(1969-05-15) (56 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili Bonn Universiteti, Rusiya Elmlər Akademiyası, Azərbaycan Dillər Universiteti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Elxan Eldar oğlu Nuriyev 15 may 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur.

1992-ci ildə Azərbaycan Dillər Universitetini bitirmişdir. 1993-cü ildə Pakistan Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasında, 1993-1996-cı illərdə Rusiya Elmlər Akademiyasında, 2000-ci ildə Almaniyadakı Höte İnstitutunda, 2002-ci ildə Corc Marşal adına Avropa Təhlükəsizlik Mərkəzində və 2010-cu ildə Almaniyanın Bonn Universitetinde təhsil alıb.

1990-cı illərin əvvəllərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məsul əməkdaşı olub.

1996-1997-ci illər ərzində ABŞ-nin Fulbrayt Təqaüd Proqramının iştirakçısı kimi Corc Vaşinqton Universitetinin baş elmi işçisi vəzifəsində çalışıb.[1]

1998-1999-cu illərdə Kaliforniyadakı Beynəlxalq Araşdırmalar üzrə Monterey İnstitutunda və Vudro Vilson adına Beynəlxalq Mərkəzdə aparıcı elmi işçi vəzifəsində çalışıb[2].

2000-ci ildə Almaniyanın Aleksandr fon Humboldt adına elmi tədqiqat mükafatına layiq görülmüşdür. 2000-2003-cü illərdə Almaniyanın Sülh və Münaqişələr İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışmışdır. Eyni zamanda, 2001-2004-cü illər ərzində Corc Marşal adına Təhlükəsizlik Məsələlərinin Araşdırılması üzrə Avropa Mərkəzinin nəzdindəki Cənubi Qafqaz üzrə beynəlxalq ekspert qrupunun həmsədri olub.

2005-2006-cı illərdə Almaniyanın Beynəlxalq Siyasət və Təhlükəsizlik İnstitutunda aparıcı ekspert kimi işləmişdir.[3]

2004-2010-cu illərde Qərb Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər kafedrasının professor vəsifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir.[4] 21 yanvar 2011-ci ildə vəzifəsindən azad edilmişdir.[5]

2013-cü ildən bu günə kimi Corc Marşal adına Təhlükəsizlik Məsələlərinin Araşdırılması üzrə Avropa Mərkəzinin nəzdindəki Cənubi Qafqaz beynəlxalq ekspert qrupunun regional təhlükəsizlik strategiyası üzrə müşaviridir.

2014-cü ildə Berlində yerləşən Almaniyanın tanınmış beyin mərkəzlərindən olan Beynəlxalq Əlaqələr üzrə Alman Şurasında (DGAP), 2015-ci ildə Almaniyanın Beynəlxalq Siyasət və Təhlükəsizlik İnstitutunda (SWP), 2019-cu ildə ZOIS - Şərqi Avropa və Beynəlxalq Tədqiqatlar Mərkəzində və 2020-ci ildə Leipzig Universitetin nəzdində olan Qlobal Dinamika üzrə Tədqiqat Mərkəzində (ReCentGlobe) ekspert və məsləhətçi kimi işləmişdir.

2021-ci ildə Elxan Nuriyev Macarıstanın Xarici İşlər və Ticarət İnstitutunda (IFAT) dəvət olunmuş beynəlxalq ekspert və məsləhətçi kimi çalışıb.

2024-cü ildə Elxan Nuriyev Macarıstanın Mathias Corvinus Collegium Fonduna beynəlxalq ekspert kimi dəvət olunub.

Yerli və beynəlxalq mətbuata mütəmadi olaraq siyasi şərhlər verir [6], 150-dən çox elmi-analitik məqalələrin və monoqrafiyaların habelə The South Caucasus at the Crossroads: Conflicts, Caspian Oil and Great Power Politics, (LIT, Germany, 2007) və Azerbaijan and the European Union: New Landmarks of Strategic Partnership (Routledge, Taylor & Francis, London, UK, 2008) kitabların müəllifidir.[7][8]

Elxan Nuriyevin Azerbaijan's Golden Era: Shaping Global Climate Action at COP-29 (Azərbaycanın "qızıl dövrü": COP-29-da Qlobal İqlim Fəaliyyətinə rəhbərlik) adlı məqaləsi ABŞ-ın The Geopolitics jurnalında dərc edilib, CEENERGY News-də təkrar yayımlanıb və Arab News tərəfindən sitat gətirilib.

Xarici dillərdən ingilis, alman, türk və rus dillərini bilir.

Evlidir, iki övladı var.

İstinadlar

redaktə
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.
  1. ↑ "Arxivlənmiş surət". 2014-04-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-16.
  2. ↑ http://www.bu.edu/globalbeat/syndicate/Baku041499.html[ölü keçid]
  3. ↑ "Arxivlənmiş surət". 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-20.
  4. ↑ http://az.trend.az/news/politics/1130393.html[ölü keçid]
  5. ↑ "Arxivlənmiş surət". 2011-02-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-16.
  6. ↑ "Arxivlənmiş surət". 2014-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-16.
  7. ↑ "Arxivlənmiş surət". 2019-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-16.
  8. ↑ "Arxivlənmiş surət". 2014-04-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-16.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Elxan_Nuriyev_(ekspert)&oldid=8142185"
LOVE.AZ