. Love.az

Etibar Ismayilov Herbci - Wikipedia - Love.az

Ana Səhifə - Etibar Ismayilov Herbci
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Etibar İsmayılov.

Etibar İsmayılov (29 mart 1964, Ağcabədi, Ağdam rayonu – 1994, Xocavənd rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Etibar İsmayılov
Etibar Bəylər oğlu İsmayılov
Şəxsi məlumatlar
Doğum tarixi 29 mart 1964
Doğum yeri Ağcabədi rayonu, SSRİ
Vəfat tarixi 4 yanvar 1994 (29 yaşında)
Vəfat yeri Xocavənd rayonu, Azərbaycan
Vəfat səbəbi şəhid olmuşdur.
Dəfn yeri Cəsədi döyüş meydanında qalmışdır.
Vətəndaşlığı
  •  Azərbaycan
Atası Beyler Ismayilov
Anası Sureyya Ismayilova
Hərbi fəaliyyəti
Qoşun növü kəşfiyyat
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Döyüşlərdə iştirakı
  • 3 Ailəsi
  • 4 Milli Qəhrəman
  • 5 İstinadlar
  • 6 Ədəbiyyat
  • 7 Xarici keçidlər

Həyatı

redaktə

Etibar İsmayılov 29 mart 1964-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində anadan olmuşdur[1]. 1981-ci ildə burada məktəbi bitirmişdir. 1990-cı ildə o erməni vəhşilikərinə tab gətirə bilmir və könüllü müdafiə batalyonlarından birinə yazılır.

Döyüşlərdə iştirakı

redaktə

Bir neçə batalyonda vuruşan Etibar Ağdam batalyonuna yazılır. O, kəşfiyyata gedər mühüm məlumatlar əldə edərdi. 1994-cü il 4 yanvar Etibarın tərkibində olduğu tabor yeni tapşırıq alır: Xocavənd rayonunda mövqe tutan erməni qəsbkarlarının arxasına keçmək və məlumat əldə etmək...bu əməliyyat yerinə yetirilərkən onlar mühasirəyə düşürlər, Etibar döyüşçü dostlarını xilas etmək üçün əlindəki sonuncu qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atır erməni faşistlərinin tankı ekipajla birlikdə məhv edilir. Onun bu qəhrəmanlığı dildən-dilə düşdü.

Etibar İsmayılovun şəhid olmasından sonra onun qəhrəmanlığına aid çoxlu şeirlər, dastanlar yazılmışdır.

Ailəsi

redaktə

Subay idi.

Milli Qəhrəman

redaktə
 

Azərbaycan Respublikası prezidentinin 5 yanvar 1995-ci il 86 saylı fərmanı ilə İsmayılov Etibar Bəylər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Cəsədi döyüş meydanında qalmışdır.

İstinadlar

redaktə
  1. ↑ Etibar İsmayılov Milli Qəhrəman — sabuncu.libmks.az saytı[ölü keçid]

Ədəbiyyat

redaktə
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 143.

Xarici keçidlər

redaktə
  • İsmayılov Etibar Arxivləşdirilib 2014-10-22 at the Wayback Machine
  • İsmayılov Etibar Arxivləşdirilib 2011-11-17 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Etibar_İsmayılov_(hərbçi)&oldid=7910036"
LOVE.AZ