. Love.az

Fovqelade Hallar Nazirliyi Azerbaycan - Wikipedia - Love.az

Ana Səhifə - Fovqelade Hallar Nazirliyi Azerbaycan
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Fövqəladə Hallar Nazirliyi — Azərbaycan Respublikasının fövqəladə hallar sahəsində fəaliyyət göstərən qurumu. Nazirliyə hazırda Kəmaləddin Heydərov rəhbərlik edir.

Fövqəladə Hallar Nazirliyi
(FHN)
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yurisdiksiya Azərbaycan Respublikası
Yaradılma tarixi 16 dekabr 2005
Tabelik Azərbaycan Respublikasının Nazirlər Kabineti
Baş qərargah Bakı
Ünvan Mikayıl Müşviq küçəsi 501-ci məhəllə, AZ1073
Rəhbərlik
Rəhbər Kəmaləddin Heydərov
Birinci müavin Rəfail Mirzəyev
Müavin Faiq Tağı-zadə
Etibar Mirzəyev
Orucəli Hacıyev
Teymur Mehdiyev
Tapdıq Əmiraslanov
Adil Abdullayev

Rəsmi saytı www.fhn.gov.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə yaradılmış Fövqəladə Hallar Nazirliyi ölkədə əhalinin təbii fəlakətlərdən, texnogen xarakterli qəzalardan və yanğından qorunması, belə hadisələrin nəticələrinin aradan qaldırılması məsələlərini həll edən, habelə mülki müdafiə sahəsində dövlət siyasətini həyata keçirən, xilasetmə və bərpa işləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

Mündəricat

  • 1 Fəaliyyət istiqamətləri
  • 2 Qurumlar
    • 2.1 Keçmiş
  • 3 Nazirlər
  • 4 İstinadlar
  • 5 Qalereya
  • 6 Xarici keçidlər

Fəaliyyət istiqamətləri

redaktə

Mülki müdafiə əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunması, neft və neft məhsullarının qəza nəticəsində axımları ilə əlaqədar yaranmış fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, dövlət material ehtiyatları fondlarının yaradılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayır və həyata keçirilməsini təmin edir.

Mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahələrində, eləcə də fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə vahid dövlət sistemi çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirir.

Nazirliyin səlahiyyətlərinə aid edilən məsələlər üzrə normativ tənzimləməni və nəzarət-yoxlama funksiyalarını həyata keçirir.

Mülki müdafiəni əhalinin və ərazilərin fövqəladə hallardan və yanğınlardan qorunmasını, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasını, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunmasını, dövlət material ehtiyatları fondlarının yaradılmasını və idarə olunmasını, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini, fövqəladə hallarda çevik reaksiya verilməsini və humanitar yardımların idarə olunmasını təşkil edir və həyata keçirir.

Nazirliyin fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafını təmin edir.

Nazirlik qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə də fəaliyyət göstərir.

Qurumlar

redaktə
  • Dövlət Yanğından Mühafizə Xidməti
  • Dövlət Yanğın Nəzarəti Xidməti
  • Mülki müdafiə qoşunları
  • Aviasiya dəstəsi (Xidmət səlahiyyətli)
  • Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi
  • Maddi-Texniki Təchizat İdarəsi
  • Tibb Xidməti
  • Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi
  • Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi
  • Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti
  • Xüsusi Riskli Xilasetmə Xidməti
  • Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti
  • Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi
  • «İzotop» xüsusi kombinatı
  • Fövqəladə Hallar Nazirliyinin Akademiyası

Keçmiş

redaktə
  • Su Ehtiyatları Dövlət Agentliyi

Nazirlər

redaktə
Əsas məqalə: Azərbaycan fövqəladə hallar nazirlərinin siyahısı

İstinadlar

redaktə

Qalereya

redaktə
  •  
  •  
  •  
  •  

Xarici keçidlər

redaktə
  Vikianbarda Fövqəladə Hallar Nazirliyi ilə əlaqəli mediafayllar var.
  • Rəsmi saytı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Fövqəladə_Hallar_Nazirliyi_(Azərbaycan)&oldid=7997008"
LOVE.AZ