. Love.az

Teymur Mehdiyev - Wikipedia - Love.az

Ana Səhifə - Teymur Mehdiyev

Teymur Ramiz oğlu Mehdiyev — Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini, general-mayor.

Teymur Mehdiyev
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Vəzifədədir
5 may 2014-cü ildən
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini
2011 – 5 may 2014
Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
2006 – 2011
Azərbaycan Respublikasının gənclər, i̇dman və turizm nazirinin müavini
2004 – 2006
Şəxsi məlumatlar
Doğum tarixi 25 iyun 1975(1975-06-25) (49 yaş)
Doğum yeri
  • Suxumi, Abxaziya MSSR, Gürcüstan SSR, SSRİ
Təhsili Bakı Dövlət Universitetinin Hüquq fakültəsi
İxtisası hüquqşünas
Atası Ramiz Mehdiyev
Rütbəsi
Daxili xidmət general-mayoru

III dərəcəli dövlət miqrasiya xidməti müşaviri
Elmi fəaliyyəti
Elmi dərəcəsi hüquq elmləri namizədi

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni

Ramiz Mehdiyevin oğludur.[1]

Həyatı

redaktə

Teymur Ramiz oğlu Mehdiyev 25 iyun 1975-ci il tarixində Gürcüstan Sovet Sosialist Respublikasının Abxaziya MSSR-nın Suxumi şəhərində anadan olub. 1982-ci ildən 1992-ci ilə qədər Bakı şəhərində 134 № li orta məktəbdə təhsil almışdır. 1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş və 1997-ci ildə həmin Universiteti bitirmişdir. 1997–1999-cu illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində çalışmışdır. 1999–2001-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində işləmişdir. 2001–2004-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışmışdır.

2004–2006-cı illərdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm nazirinin müavini, 2006–2011-ci illərdə isə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini, 2011–2014-cü illərdə isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifələrində çalışmışdır. 2011-ci ildə ona III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 5 may 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini təyin edilmiş və general-mayor ali hərbi rütbəsi verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2018-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

Mənbə

redaktə
  • MEHDİYEV TEYMUR RAMİZ OĞLU
  1. ↑ "Ramiz Mehdiyevin general oğlu yola salınır?". Oxu.az (az.). İstifadə tarixi: 2024-10-26.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Teymur_Mehdiyev&oldid=7824529"
LOVE.AZ