. Love.az

Ferhad Agayev - Wikipedia - Love.az

Ana Səhifə - Ferhad Agayev

Fərhad İslam oğlu Ağayev (4 avqust 1975, Əliləmbəyli, Sabirabad rayonu – 15 mart 1995, Ağstafa) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı, Mart hadisələri şəhidi.

Fərhad Ağayev
Fərhad İslam oğlu Ağayev
Şəxsi məlumatlar
Doğum tarixi 4 avqust 1975(1975-08-04)
Doğum yeri
  • Əliləmbəyli, Sabirabad rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 15 mart 1995(1995-03-15) (19 yaşında)
Vəfat yeri
  • Ağstafa, Ağstafa rayonu, Azərbaycan
Dəfn yeri
  • Sabirabad Şəhidlər Xiyabanı[d]
Vətəndaşlığı
  •  SSRİ
  •  Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Quru qoşunları
Xidmət illəri 1993–1995
Rütbəsi
Əsgər
Döyüşlər Birinci Qarabağ müharibəsi
Mart hadisələri
Təltifləri "Qızıl ulduz" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Döyüşlərdə iştirakı
  • 3 Ailəsi
  • 4 Xatirəsi
  • 5 İstinadlar
  • 6 Ədəbiyyat

Həyatı

redaktə

Fərhad Ağayev 4 avqust 1975-ci ildə Sabirabad rayonunun Əliləmbəyli kəndində anadan olmuşdur. Əslən Lerik rayonunun Şivlə kəndindəndir. O 1992-ci ildə Ələmbəyli kənd məktəbini bitirdikdən sonra, 1993-cü ildə Sabirabad rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılır. Fərhad Prezident Qvardiyasında xidmətə başlayır.

Döyüşlərdə iştirakı

redaktə

Fərhad Ağayev 24 yanvar 1994-cü ildə cəbhəyə yola düşür, ilk döyüşlərini Füzuli rayonunun Seyid Əhmədli kəndində keçirir. O Murovdağ, Güzgü, Ömərdağ kimi əhəmiyyətli ərazilərin müdafiəsində şücaət göstərir. 1995-ci ilin mart ayında bir qrup silahlı dəstə namərdlik edərək yenicə təşəkkül tapmağa başlayan dövlətimizə xəyanət edir. Fərhad dövlət çevrilişinin qarşısını almaq üçün Ağstafaya göndərilir. 1995-ci il 13 mart Fərhad Ağayev qardaş gülləsindən ağır yaralanır, 15 mart 1995-ci il tarixdə bu yaradan həlak olur.[1]

Ailəsi

redaktə

Subay idi.

Xatirəsi

redaktə

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli, 307 saylı fərmanı ilə Ağayev Fərhad İslam oğlu olümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı " adına layiq görülmüşdür.

Sabirabad rayonundakı şəhidlər xiyabanında dəfn edilmişdir.

Bitirdiyi orta məktəb onun adını daşıyır.

İstinadlar

redaktə
  1. ↑ Əsgərov, Vüqar. Azərbaycanın Milli Qəhrəmanları (PDF) ( (az.)) (Redaktor: Kamil İsmayılov). Bakı: Qapp-poliqraf. 2005. 2019-01-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-03-01.

Ədəbiyyat

redaktə
  • Döyüşçü Fərhad İslam oğlu Ağayev //Azərbaycan.-1993.- 23 iyun.- S.3.
  • Əsgərov V. Ağayev Fərhad İslam oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- B., 2005.- S.15.
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 26.
  • Şükürlü İ. Dağlar kimi uca //Şükürlü İ. Ölsəm ağlama.-B., 1996.- S.11-12.
  • Xalid Mahmud. "Əbədiyyət yolçuları". UniPrint 2020. "Fərhad Ağayev" S. 9-10
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Fərhad_Ağayev&oldid=7910053"
LOVE.AZ