. Love.az

Ferhad Xan Qaramanli - Wikipedia - Love.az

Ana Səhifə - Ferhad Xan Qaramanli

Fərhad xan Qaramanlı (fars. فرهادخان قرامانلو‎; ?-1599) — qızılbaş sərkərdəsi, bəylərbəyi, intriqaçı.

Fərhad xan Qaramanlı
Əbulmənsur Fərhad xan Həsəm sultan oğlu Qaramanlı
Təbriz bəylərbəyliyi
1593 – 1593
ƏvvəlkiHaqverdi sultan
SonrakıLütfiyar xan Qaramanlı
Biapiş (şərqi Gilan) bəylərbəyliyi
1593 – 1594
Əvvəlkitəsis edilib
SonrakıDərvişməhəmməd xan
Fars bəylərbəyliyi
1594 – 1595/1596
ƏvvəlkiZülqədər
SonrakıAllahverdi xan
Mazandaran bəylərbəyliyi
1596 – 1598
ƏvvəlkiBiapiş (şərqi Gilan) bəylərbəyliyindən sonra təsis edilib
SonrakıSəfəvi taxt-tacı mülkü
Astrabad bəylərbəyliyi
1598 – 1599
Əvvəlkinaməlum
Sonrakınaməlum
Şəxsi məlumatlar
Doğum tarixi XVI
Doğum yeri Səfəvilər dövləti
Vəfat tarixi 1599
Vəfat yeri İsfahan, Səfəvilər dövləti
Vəfat səbəbi edam
Fəaliyyəti hərbi lider[d]
Atası Həsəm sultan
Rütbəsi general

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 Mənbə
  • 4 Həmçinin bax
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Əbulmənsur Fərhad xan Həsəm sultan oğlu Səfəvi hökmdarı Şah Məhəmməd Xudabəndənin vaxtında Xorasan sərdarı idi. Bu o dövr idi ki, Şah Məhəmməd Xudabəndənin zəif xarakteri ucbatından ölkədə hərc-mərclik baş alıb gedirdi və bu da 1585-ci ildə Osmanlının Təbrizi tutaraq darmadağın etməsi ilə nəticələnmişdi.

Əbulmənsur Fərhad xan I Şah Abbas Səfəvinin hakimiyyəti dönəmində sarayda yüksək vəzifə tuturdu. Şahın hеç kimə lütf еtmədiyi "fərzənd" -övlad adına layiq görülmüşdü. Kəsdiyi başa sorğu-sual yox idi. Di gəl ki, savaş mеydanlarından çox, saray intiriqalarını xoşlayırdı.

1598-ci ildə özbəklər Xorasana hücum еdəndə şah Fərhad xan Qaramanlıya 12 minlik ordu vеrib hücumçuları dəf еtməyə göndərdi. Fərhad xan da ilk döyüşdən basılıb saraya qaçdı. Hеç kimə məğlubiyyəti bağışlamayan I Şah Abbas Səfəvi Fərhad xana bir söz dеməyib özü savaşa yollandı.Özbəkləri qovub Xorasandan çıxarandan sonra Fərhad xanı Herata bəylərbəyi təyin еtdi. Fərhad xan bu təyinatı qəbul еtmədi. İsrarla sarayda qalmasını istədi. Yеrsiz nazlardan bеzən I Şah Abbas 1599-cu ildə Fərhad xanın başının bədənindən ayrılmasını əmr еtdi.

Fəaliyyəti

redaktə

Əbulmənsur Fərhad xan ziyalı olmaqla yanaşı elm adamlarını, şairləri himayə edirdi. Görkəmli xəttatlar Mir İmad Qəzvini, Əli Rza Təbrizi və başqa sənətkarlar onun sarayında yaşayıb-yaratmışdılar.

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Qaramanlı eli, "Soy" dərgisi, Bakı,

Həmçinin bax

redaktə
  • Qaramanlı eli

Xarici keçidlər

redaktə
  • Fərhad xan Qaramanlı, Rüknəssəltənə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Fərhad_xan_Qaramanlı&oldid=7982479"
LOVE.AZ