Fərrux Abbas oğlu Rüstəmov (1 yanvar 1961, Cil, Krasnoselsk rayonu) — pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü[1], Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki (2010). Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı.[2]
Fərrux Rüstəmov | |
---|---|
Doğum tarixi | 1 yanvar 1961(1961-01-01) (64 yaş) |
Doğum yeri | |
Elm sahələri | pedaqogika, pedaqogika tarixi[d] |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Təhsili | |
Elmi rəhbəri | Hüseyn Əhmədov |
Üzvlüyü |
|
Mükafatları |
![]() ![]() ![]() ![]() ![]() |
Fərrux Rüstəmov 1 yanvar 1961-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində anadan olmuşdur. 1978-ci ildə Cil kənd orta məktəbini əla qiymətlərlə başa vurmuş, həmin ildə V. İ. Lenin adına (indiki ADPU) APİ-nin Pedaqoji fakültəsinə qəbul olunmuşdur. Tələbəlik illərində Fakültə Əlaçılar Şurasının və Tələbə Elmi Cəmiyyətinin sədri kimi fakültənin və institutun ictimai-pedaqoji həyatında fəal iştirak etmiş, "Əla təhsilə görə", "Əla təhsilə və ictimai işə görə" SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin, ÜİLKGİ-nin döş nişanları, Azərbaycan Ali və Orta İxtisas Təhsili Nazirliyinin I–II dərəcəli diplomları (tələbə elmi tədqiqat işinə görə), ÜİLKGİ-nin və institut rektorluğunun Fəxri Fərmanları ilə təltif olunmuşdur. Təhsil əlaçısı, bacarıqlı tədqiqatçı və ictimaiyyətçi tələbə kimi təhsil illərində ən yüksək təqaüdə — Lenin təqaüdünə layiq bilinmiş, Lenin təqaüdü ilə oxuyan ali məktəb tələbələrinin 1982-ci ildə Bakıda keçirilən Ümumittifaq konfransında iştirak (həm də çıxış) etmişdir. 1982-ci ildə universiteti fərqlənmə diplomu ilə başa vurmuşdur.[1]
Fərrux Rüstəmov 22 aprel 1998-ci ildə Beynəlxalq Pedaqoji Akademiyanın (Moskva) həqiqi üzvü (akademiki) seçilmişdir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. ADPU-nun "Xəbərlər"nin pedaqoji-psixoloji elmlər seriyasının redaktorudur. 2007-ci ildə ADPU-nun pedaqoji fakültəsinin dekanı, böyük Elmi şuranın üzvü və pedaqoji fakültənin Elmi Şurasının sədri seçilmişdir. ADPU -nun Elmi şurasının qərarı ilə " İlin müəllimi və İlin alimi" muüsabiqəsinin qalibi olmuşdur. 2004-cü ildən professordur. ADPU-də fəaliyyət göstərən ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi üzrə ixtisaslaşdırılmış Dissertasiya Şurasının sədr müavinidir. 2010-cu ilin aprelində Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) seçilmişdir.
Fərrux Rüstəmov 1985-ci ildə elmi işə maraq onu yenidən V. İ. Lenin adına APİ-yə gətirmiş, o, pedaqogikanın nəzəriyyəsi və tarixi üzrə əyani aspiranturaya qəbul olunmuşdur. 1985–1987-ci illərdə sovet ordusu sıralarında Qazaxıstanın Leninski şəhərində xidmət etmişdir. Hərbi xidmətdən sonra aspirantura təhsilini davam etdirmiş, akademik Hüseyn Əhmədovun elmi rəhbərliyi altında "Azərbaycan sovet pedaqoji elminin inkişafı (1961–1981-ci illər)" mövzusunda elmi axtarışlarını başa çatdırmış, vaxtından xeyli əvvəl, 1989-cu ildə müdafiə edərək pedaqoji elmlər namizədi, 2003-cü ildə "Azərbaycanda pedaqoji elmin inkişaf yolları (1920–1991-ci illər)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, pedaqoji elmlər doktoru alimlik dərəcəsi almışdır.
İlk kitabını 1990-cı ildə nəşr etdirən F. Rüstəmovun qısa bir dövr ərzində 30-dan artıq monoqrafiya, kitab və kitabçanın, 31 tədris proqramının, 200 elmi məqalə və tezisin, 250-yə qədər elmi-pedaqoji və publisistik yazının müəllifidir. 10 kitabın tərtibçisidir. 40-a yaxın kitabın elmi redaktoru olub. Rəhbərliyi ilə 8 nəfər pedaqogika üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə edib. 3 nəfərin doktorluq, 20 nəfərin namizədlik dissertasiyasının rəsmi opponenti olub. Təhsil haqqında qanunu hazırlayan işçi qrupunun üzvü olmuşdur.
"Pedaqoji tədqiqatlar" elmi məqalələr məcmuəsinin redaktorudur. Elmi — pedaqoji fəaliyyəti ilə bağlı "Professor Fərrux Rüstəmov 50" kitabı (2011, 576 səh.) nəşr olunmuşdur.
Əsərləri Bakı, İstanbul, Tbilisi, Moskva, Çeboksarı, Səmərqənd, Təbriz şəhərlərində nəşr olunmuşdur.
Prof. F. Rüstəmov akademik Hüseyn Əhmədovun əsərlərinin biblioqarfik göstəricisinin (1996, 2001, 2006), həm də 5 cildlik "Seçilmiş pedaqoji əsərləri"nin tərtibçilərindən biridir.