. Love.az

Fethi Xosginabi - Wikipedia - Love.az

Ana Səhifə - Fethi Xosginabi

Fəthi Xoşginabi və ya Həmzə Fəthi Xoşginabi (22 mart 1922, Xoşginab, Şərqi Azərbaycan ostanı – 1989, Moskva) — yazıçı, siyasətçi, alim. Azərbaycan Demokrat Firqəsinin üzvü olub. Azərbaycan Milli Hökuməti qurulduqdan sonra rəsmi mətbuat orqanı olan "Azərbaycan qəzeti"nin baş redaktoru olub. Milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı ilə təltif edilib.

Fəthi Xoşginabi
Doğum tarixi 22 mart 1922(1922-03-22)
Doğum yeri
  • Xoşginab, Tikmədaş bəxşi[d], Bostanabad şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Vəfat tarixi 1989
Vəfat yeri
  • Moskva, RSFSR, SSRİ
Dəfn yeri
  • Bakı
Atası Həmzə Əli Xoşginabi
Fəaliyyəti yazıçı
Janr realist üslub
Mükafatları "21 Azər" medalı (Azərbaycan Milli Hökuməti)

Müxtəlif mövzulu satirik şeirlər, hekayələr, povestlər yazıb. "Siyavuş", "Bijen və Menijə" adlı pyesləri Tacikistanda Düşənbə teatrlarının səhnələrində səhnələşdirilib.

Mündəricat

  • 1 Həyatı
    • 1.1 İlk illəri
    • 1.2 AMH dağıldıqdan sonra
  • 2 Ədəbi fəaliyyəti
  • 3 Mənbə
    • 3.1 İstinadlar
    • 3.2 Ədəbiyyat
  • 4 Xarici keçidlər
    • 4.1 Kitabları
    • 4.2 Məqalələri

Həyatı

redaktə

İlk illəri

redaktə

Həmzə Fəthi Əli oğlu Xoşginabi 1922-ci il martın 22-də Xoşginab kəndində anadan olub.[1][2][3] İlk təhsilini doğulduğu kənddəki mədrəsədə alıb.[4] O, ailəsinin ehtiyaclarını qarşılamaq üçün təhsilini yarımçıq qoyub, işləməyə başlayıb.[1][3] İranın bəzi şəhər və kəndlərinə gedərək orada fəhləlik edib.[5][6] 1942–1945-ci illərdə Tehran dəmiryol zavodunda işləyib. Burada işlədiyi dövrdə Azərbaycan Ziddi Faşist Cəmiyyətinə üzv olub.[1]

Azərbaycan Demokrat Firqəsinə üzv olub və 21 Azər hərəkatına qoşulub.[4][7] Partiyanın yeni bölgə təşkilatlarının yaradılması, ora yeni üzvlərin cəlb olunması məqsədilə Cənubi Azərbaycanda bir çox bölgələri gəzib, təbliğat aparıb.[1][7] Bu illərdə Azərbaycan Demokrat Partiyasının Təbriz şəhər komitəsində təbliğat komissiyasının sədri kimi fəaliyyət göstərib.[8][9] 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulub.[10] 1946-cı ildə Azərbaycan Milli Hökumətinin rəsmi mətbuat orqanı olan "Azərbaycan qəzeti"nin baş redaktoru olub.[9][5] Onun dövründə qəzetin 152–246-cı sayları çap edilib.[11][12][13] Milli Hökumət dövründə "Suvarılmış poladlar", "Eşq və müharibə" povestlərini yazaraq Təbrizdə çap etdirib.[14] 1946-cı ilin mart ayında milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı ilə təltif edilib.[15]

1946-cı il dekabrın 5-də Miyanə istiqamətində hücum edən şah qoşunları Qulam Yəhyanın rəhbərlik etdiyi fədailər tərəfindən dayandırıldı.[16][17] Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşununa qarşı mübarizə aparmaq üçün Milli Hökumətə müraciətlər edirdilər.[18] Bundan sonra Mir Cəfər Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi quruldu.[19][20] Komitənin ilk işi Təbrizdə hərbi vəziyyət elan edib, "Babək" adlı könüllü dəstələr qurmaq oldu.[18][21][22] Könüllü dəstələrə ilk etapda 600 nəfər üzv oldu.[20][23] Bundan sonra Pişəvəri yenidən hərbi dəstək üçün Sovet İttifaqına müraciət etdi.[18][24] Lakin bu istəyi cavabsız qaldı.[25]

1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarına və fədai qüvvələrinə şah qoşunlarına qarşı müqavimət göstərməmək və döyüş meydanlarını tərk etmək haqqında qərar verdi.[26][27][28] Elə həmin gündən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar.[29][30] Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar.[30] Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi.[29][30] Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar.[29][31] Azərbaycan Milli Hökuməti süqut etdi.[32][33] 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu.[34][35] Bundan sonra da qırğınlar və talan davam etdi.[31][34] Minlərlə insan həbs olundu, sürgün edildi.[36][37] Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.[38][39][40]

AMH dağıldıqdan sonra

redaktə

Milli Hökumət dağıldıqdan sonra siyasi mühacir kimi Şimali Azərbaycana gəlib.[4] Mir Cəfər Bağırovun göstərişi ilə o və digər firqə rəhbərləri əvvəlcə Mərdəkanda yerləşdiriliblər.[41] Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Təbrizdə fəaliyyət göstərən "Şairlər və yazıçılar cəmiyyəti" 1947-ci ildən etibarən Bakıda, "Azərbaycan Yazıçılar Cəmiyyəti" adı ilə fəaliyyət göstərməyə başlayıb.[42] Fəthi Xoşginabi də bu cəmiyyətin üzvü olub.[42] 1958-ci il oktyabrın 14-də Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilib.[43]

1946–1956-cı illərdə "Azərbaycan" qəzeti redaksiyasında ədəbi işçi, məsul redaktor kimi fəaliyyət göstərib.[5][6] 1953-cü ilin iyun ayında Azərbaycan Demokrat Firqəsinin 5 nəfərdən ibarət olan Təftiş Komissiyasına üzv seçilib.[44] 1956–1958-ci illərdə Moskvada Ali Ədəbiyyat Kursunu bitirib.[6][9] 1961–1964-cü illərdə Bolqarıstanın Sofiya şəhərində ideoloji təbliğat sahəsində fəaliyyət göstərib.[5][9] 1964–1967-ci illərdə İctimai Elmlər Akademiyasının aspiranturasını bitirib.[5] 1967–1969-cu illərdə Tacikistan Maarif Nazirliyində məmur kimi fəaliyyət göstərib.[7] 1969-cu ildə Moskavaya qayıdaraq, SSRİ EA Şərqşünaslıq İnstitutunda böyük elmi işçi vəzifəsində işləməyə başlayıb.[45][13]

1979-cu il İran İslam İnqilabından sonra Təbrizə köçərək, orada Azərbaycann Şairlər və Yazıçılar Cəmiyyətini yaradıb və 1979–1980-ci illərdə onun sədri kimi fəaliyyət göstərib.[13][6] Bundan başqa cəmiyyətin mətbuat orqanı kimi "Ülkər" jurnalını təsis edib.[5][13] 1980-ci ildə yenidən Moskvaya qayıdıb.[45]

1989-cu ildə Moskvada vəfat edib və Bakıda dəfn olunub.[9][45]

Bakı şəhərinin, Səbail rayonunda yerləşən küçələrdən birinə Fəthi Xoşginabinin adı verilib.[7]

Ədəbi fəaliyyəti

redaktə

Fəthi Xoşginabi ədəbi fəaliyyətə orta məktəb illərində, on beş yaşında ikən fars dilində yazdığı miniatür şeirlər və nəsr əsərləri ilə başlayıb.[3][6] 1941-ci ildən etibarən şeir, hekayə və məqalələri mütəmadi olaraq mətbuat orqanlarında işıq üzü görüb.[13] 1945-ci ildən sonra Azərbaycan türkcəsində yazmağa başlayıb.[3][4][46] Eyni zamanda, tərcümə fəaliyyəti ilə də məşğul olub.[5][6]

Azərbaycan Milli Hökuməti dövründə 1945–1946-cı illərdə kəskin siyasi, ictimai mövzulu məqalələr, satirik şeirlər və yazılar yazıb. Yazılarında bəzən "Əlioğlu" ləqəbindən istifadə edib.[47] "Zeynəb", "Züleyxa", "Məsum və Məsumə",[48] "Mehri", "İbrahim" kimi hekayələri və ilk irihəcmli "Eşq və müharibə" povesti bu illərdə yazılıb.[6] "Eşq və müharibə" və "Suvarılmış poladlar" povestləri Təbrizdə çap olunub. [46] Milli Hökumət dağıldıqdan sonra Şimali Azərbaycana köçüb.[6] Bu dövrdə "Ata" (1959), "İki qardaş" (1959), romanları və "İki dost" (1951), "Son bayraqdar" (1956), "Hekayələr" (1956), "Məhəbbət və nifrət" (1965) adlı hekayələrdən ibarət kitabları Bakıda nəşr olunub.[6] Bundan başqa dram əsərlərinin müəllifi kimi də tanınıb. Farsca yazdığı "Siyavuş", "Bijen və Menijə" adlı pyesləri Tacikistanda Düşənbə teatrlarının səhnələrində səhnələşdirilib.[5][6]

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Mehdibəyova, 2007. səh. 33
  2. ↑ Cənubi Azərbaycan Ədəbiyyati Antologiyası. III. Bakı: Elm nəşriyyatı. 1988. səh. 439. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
  3. ↑ 1 2 3 4 Azəroğlu,Məmmədzadə, 1961. səh. 171
  4. ↑ 1 2 3 4 Kafkasyalı, 2002. səh. 507
  5. ↑ 1 2 3 4 5 6 7 8 Sultanlı,İsmayıl, 2017. səh. 79
  6. ↑ 1 2 3 4 5 6 7 8 9 10 Əlamətdar və tarixi günlər təqvimi-2017, 2016. səh. 82
  7. ↑ 1 2 3 4 Fərəcov, Savalan. "Mühacir yazıçının hekayələr çələngi". medeniyyet.az (az.). 2017-11-08. 2017-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-08.
  8. ↑ "Azərbaycan" qəzeti I, 2022. səh. 895
  9. ↑ 1 2 3 4 5 Mehdibəyova, 2007. səh. 34
  10. ↑ İbrahimov, 1948. səh. 32
  11. ↑ "Azərbaycan" qəzeti I, 2022. səh. 3
  12. ↑ Hüseynzadə, Rəhim. "Güneydə Milli Hökumətin mətbu salnaməsi". Xalq qəzeti (az.). 2023-11-01. İstifadə tarixi: 2025-01-22.
  13. ↑ 1 2 3 4 5 "Azərbaycan qəzetinin baş redaktorları: H.F.Xoşginabi". Azərbaycan Ruznaməsi (az.). 2024-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-08.
  14. ↑ Mehdibəyova, Mahmizər. "Milli azadlıq hərəkatı Güney Azərbaycan nəsrində". Azərbaycan qəzeti (az.). 2022-12-20. 2022-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-08.
  15. ↑ Əhmədov, 2011. səh. 348
  16. ↑ Rəhmanifər, Məhəmməd. "Güney Azərbaycanda Milli Hökumətin süqutundan sonra nələr yaşandı?". Apa.az (az.). 2015-01-04. 2025-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-02-06.
  17. ↑ Həsənli, 2006. səh. 437
  18. ↑ 1 2 3 Həsənli, 2006. səh. 438
  19. ↑ Rəhimli, Əkrəm. Güney Azərbaycan: tarixi, siyasi və kulturoloji müstəvidə. / S.C.Pişəvəri gənclik illərində (PDF) (az.). Bakı: Azərnəşr. 2010. 83. ISBN 9952310031. 2022-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-02-06.
  20. ↑ 1 2 Hasanli, 2006. səh. 366
  21. ↑ Atabaki, 2000. səh. 172
  22. ↑ Sultanlı, 2010. səh. 83
  23. ↑ Rəhimli, 2003. səh. 143
  24. ↑ Rəhimli, Əkrəm. Pişəvəri S.C. Məqalə və çıxışlarından seçmələr (Təbriz 1945-1946-cı illər) (az.). Bakı: Nurlar nəşriyyatı. 2016. 415. ISBN 9789952504444.
  25. ↑ Həsənli, 2006. səh. 441
  26. ↑ Rossow, 1956. səh. 30
  27. ↑ Rəhimli, 2003. səh. 149
  28. ↑ Hasanli, 2006. səh. 370
  29. ↑ 1 2 3 Hasanli, 2006. səh. 373
  30. ↑ 1 2 3 Balayev, 2018. səh. 36
  31. ↑ 1 2 Duqlas, Vilyam. Strange lands and friendly people (ingilis). Nyu-York: Harper & Brothers Publishers. 1951. 45.
  32. ↑ Lenczowski, George. United States' Support for Iran's Independence and Integrity, 1945–1959 (ingilis). 401. Annals of the American Academy of Political and Social Science. 1972. 49. doi:10.1177/000271627240100106. ISSN 0002-7162.
  33. ↑ Həsənli, 2006. səh. 445
  34. ↑ 1 2 Həsənli, 2006. səh. 448
  35. ↑ McEvoy, Joanne; O'Leary, Brendan. Power Sharing in Deeply Divided Places. Filadelfiya: University of Pennsylvania Press. 2013. 191. ISBN 9780812245011.
  36. ↑ Hasanli, 2006. səh. 375
  37. ↑ Rəhimli, 2003. səh. 155
  38. ↑ Balayev, 2018. səh. 137
  39. ↑ Əmirov, 2000. səh. 51
  40. ↑ Əliqızı, 2001. səh. 24
  41. ↑ Həsənli, 2006. səh. 456
  42. ↑ 1 2 Balayev, 2018. səh. 139
  43. ↑ Balayev, 2018. səh. 141
  44. ↑ Balayev, 2018. səh. 87
  45. ↑ 1 2 3 Sultanlı,İsmayıl, 2017. səh. 80
  46. ↑ 1 2 Mehdibəyova, 2007. səh. 35
  47. ↑ "Təbriz radiosunda felyeton". Azərbaycan ruznaməsi. İstifadə tarixi: 2025-01-22.
  48. ↑ XX əsr Cənubi Azərbaycan ədəbiyyatında demokratik ideyalar, 1990. səh. 164

Ədəbiyyat

redaktə
  • Atabaki, Touraj. Azerbaijan: Ethnicity and the Struggle for Power in Iran (ingilis). London: I.B.Tauris. 2000. səh. 288. ISBN 9781860645549.
  • "Azərbaycan" qəzeti I. Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin orqanı: 1945-1946-cı illər, Təbriz (az.). I. Bakı: Elm nəşriyyatı. 2022. səh. 928. ISBN 978-9952-556-47-6.
  • Azəroğlu, Balaş; Məmmədzadə, Həmid. Cənubi Azərbaycan yazıçılarının ədəbi məcmuəsi (South Azerbaijani). Bakı: Azərbaycan ruznaməsi. 1961. səh. 342. 2025-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-04-18.
  • Balayev, Xaqan. Azərbaycanın sosial-siyasi həyatında cənublu mühacirlərin iştirakı (1947-1991) (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2018. səh. 198. ISBN 9789952370911.
  • Əhmədov, Teymur. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) (az.). Bakı: Nurlar NPM. 2011. səh. 1056. ISBN 9789952460063.
  • Əlamətdar və tarixi günlər təqvimi-2017 (az.). Bakı: Azərbaycan Milli Kitabaxanası. 2016. səh. 420. ISBN 9789952504477.
  • Əliqızı, Almaz. Azadlıq və istiqlal poeziyası (PDF) (az.). Bakı: Bakı Dövlət Universiteti nəşriyyatı. 2001. səh. 160. ISBN 9789952817607. 2025-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2025-03-14.
  • Əmirov, Sabir. Cənubi Azərbaycan milli-demokratik ədəbiyyatı (1941-1990) (az.). Bakı: Elm nəşriyyatı. 2000. səh. 257. ISBN 5806612600.
  • Hasanli, Jamil. At the Dawn of the Cold War: The Soviet-American Crisis over Iranian Azerbaijan, 1941–1946 (az.). Lanham: Rowman & Littlefield Publishers. 2006. səh. 416. ISBN 978-0742540552.
  • Əlamətdar və tarixi günlər təqvimi-2017 (PDF) (az.). Bakı: Azərbaycan Milli Kitabxanası. 2016. səh. 420. ISBN 9789952504477. 2020-12-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-02.
  • Həsənli, Cəmil. СССР-Иран: Азербайджанский кризис и начало холодной войны: 1941-1946 гг (PDF) (rus). Moskva: Герои Отечества. 2006. səh. 560. ISBN 5910170120. 2024-12-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-18.
  • İbrahimov, Mirzə. O демократическом движении в Южном Азербайджане (rus). Bakı: Elm nəşriyyatı. 1948. səh. 48.
  • Kafkasyalı, Ali. İran türk edebiyatı antolojisi (türk). V. Ərzurum: Atatürk Üniversitesi Basımevi. 2002. səh. 573. ISBN 9757698113. 2025-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-06.
  • Mehdibəyova, Mahmizər. Cənubi Azərbaycan mühacirət nəsri: 1947-1990-cı illər (az.). Bakı: Nurlan nəşriyyatı. 2007. səh. 192.
  • Rəhimli, Əkrəm. Güney Azərbaycan milli-demokratik hərəkat (1941-1946) (az.). Bakı: Meqa nəşriyyatı. 2003. səh. 207. 2024-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-26.
  • Rossow, Robert. "The Battle of Azerbaijan, 1946". Middle East Journal (ingilis). X (1). 1956: 17–32. JSTOR 4322770. 4 February 2022 tarixində arxivləşdirilib.
  • Sultanlı, Vaqif. Güney Azərbaycan tarixi siyasi və kulturoloji müstəvidə (məqalələr toplusu) (az.). Bakı: Azərnəşr. 2010. səh. 172.
  • Sultanlı, Vaqif; İsmayıl, İrəc. Güney Azərbaycan nəsri: başlanğıcdan bu günə qədər: antologiya (az.). Bakı: Nurlar NPM. 2017. səh. 517. ISBN 9789952507164. İstifadə tarixi: 2025-01-08.
  • XX əsr Cənubi Azərbaycan ədəbiyyatında demokratik ideyalar (1900-1985). Məqalələr məcmuəsi (az.). Bakı: Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat və Dil İnstitutu. 1990. səh. 216.

Xarici keçidlər

redaktə

Kitabları

redaktə
  • Fəthi Xoşginabi — İki qardaş / Bakı, Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı, 1959
  • Fəthi Xoşginabi — Məhəbbəd və Nifrət: hekayələr, təmsillər / Bakı, Azərnəşr, 1965
  • Fəthi Xoşginabi — Ata. İki qardaş: romanlar / Bakı, Yazıçı, 1989

Məqalələri

redaktə
  • Həmzə Fəthi Xoşginabi — Biz milli bir maarif yaratmalıyıq / "Azərbaycan qəzeti", 1945-ci il 30 dekabr.
  • Həmzə Fəthi Xoşginabi — Fədailər kimdir? / "Azərbaycan qəzeti", 1946-cı il 18 fevral.
  • Həmzə Fəthi Xoşginabi — Anamın dedikləri / "Azərbaycan qəzeti", 1946-cı il 10 may.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Fəthi_Xoşginabi&oldid=8120858"
LOVE.AZ