. Love.az

Faiq Emirov - Wikipedia - Love.az

Ana Səhifə - Faiq Emirov

Əmirov Faiq İsfəndiyar oğlu (22 iyun 1975, Bəhmətli, Zaqatala rayonu – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı, Mart hadisələri şəhidi.

Faiq Əmirov
Faiq İsfəndiyar oğlu Əmirov
Şəxsi məlumatlar
Doğum tarixi 22 iyun 1975
Doğum yeri Bəhmədli, Zaqatala rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 17 mart 1995 (19 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi şəhid
Dəfn yeri Bəhmədli Zaqatala rayonu
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Quru qoşunları
Xidmət illəri 1993–1995
Rütbəsi
Əsgər
Döyüşlər Birinci Qarabağ müharibəsi
Mart hadisələri
Təltifləri "Qızıl ulduz" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Milli Qəhrəman
  • 4 İstinadlar
  • 5 Ədəbiyyat

Həyatı

redaktə

22 iyun 1975-ci ildə Zaqatala rayonunun Bəhmədli kəndində doğulmuşdur. 1992-ci ildə doğma kəndində orta məktəbi bitirmişdir. 1993-cü ildə orduya çağırılmışdır. O, Füzuli, Tərtər, Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 17 mart 1995-ci ildə Mart hadisələrinin qarşısının alınmasında Faiqin xidmət etdiyi batalyon iştirak etmişdir. Burada Faiq qəhrəmancasına həlak olmuşdur.

Ailəsi

redaktə

Subay idi.

Milli Qəhrəman

redaktə

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Əmirov Faiq İsfəndiyar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bəhmədli kənd qəbristanlığında dəfn edilib.

Zaqatala şəhərindəki geniş və abad küçələrdən biri onun adını daşıyır.

İstinadlar

redaktə

Ədəbiyyat

redaktə
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 95.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Faiq_Əmirov&oldid=7911466"
LOVE.AZ