Faiq İsmayıl oğlu Məmmədov (27 noyabr 1929, Gəncə, Gəncə dairəsi – 14 avqust 1987, Kirovabad) — ictimai və elmi xadim, kənd təsərrüfatı elmləri doktoru, professor.
Faiq Məmmədov | |
---|---|
Faiq İsmayıl oğlu Məmmədov | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (57 yaşında) |
Vəfat yeri | Kirovabad, Azərbaycan SSR, SSRİ |
Elmi dərəcəsi | |
Elmi adı |
|
İş yeri | |
Təhsili | Azərbaycan Kənd Təsərrüfatı İnstitutu |
Mükafatları |
![]() ![]() ![]() |
Faiq Məmmədovun elmi-tədqiqat işləri əsasən pambıq toxumçuluğuna aid olmuş, çiyidin səpinə hazırlanması üsulları və səpin sisteminin öyrənilməsinə həsr olunmuşdur. O, pambıq bitkisi toxumçuluğu üzrə bir çox fundamental və tətbiqi işlərin, dərslik, monoqrafiya və onlarla digər kitabın, 50-yə yaxın məqalənin müəllifidir. Onun tərtib etdiyi ümumi əkinçilik üzrə tədris proqramlarından ali təhsil müəssisələrində bu gün də istifadə olunur.
Faiq İsmayıl oğlu Məmmədov 27 noyabr 1929-cu ildə Azərbaycan SSR-in Kirovabad şəhərində anadan olmuşdur. 1936-cı ildə M.Ə.Sabir adına Gəncə şəhər 5 saylı orta məktəbin birinci sinfinə getmiş, 1946-cı ildə həmin məktəbi qızıl medalla bitirmişdir. O, 1946-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Meyvə-tərəvəzçilik və üzümçülük” fakültəsinə daxil olmuşdur. 1951-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vuraraq “alim-aqronom” ixtisasına yiyələnmişdir.
1959-cu ildə Azərbaycan SSR hökumətinin dəvəti ilə Azərbaycan Kənd Təsərrüfatı nazirliyində seleksiya və toxumçuluq baş idarəsinin rəisi vəzifəsində çalışmışdır. 1960-cı ildə həmin nazirliyin kadrların hazırlığı baş idarəsininin rəisi vəzifəsinə köçürülmüşdür.
1967-1969-cu illərdə AKTİ-nin partiya komitəsinin katibi, 1969-cu ildə Gəncə şəhər Sovetinin deputatı seçilmişdir.
Faiq Məmmədov 4 avqust 1987-ci ildə 58 yaşında Gəncə şəhərində vəfat etmişdir.
1951-ci ildə Faiq Məmmədov AKTİ-nin aspiranturasına qəbul olunmuş, 1954-cü ildə aspiranturanı uğurla bitirmişdir. 1955-ci ildə AKTİ-da asistent vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Aspiranturaya daxil olduğu ildən professor N.İ.Malovun rəhbərliyi altında namizədlik dissertasiyası mövzusu üzrə tədqiqatlar aparmağa başlamışdır. 1957-ci ildə SSRİ Ali Təhsil nazirliyi yanında Ali Attestasiya Komissiyasının qərarı ilə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
Faiq Məmmədov professor N.İ.Malovun rəhbərliyi altında pambıq toxumunun mərkəzləşmiş qaydada delinterləşdirilməsi (lifaltlığından təmizlənməsi), çeşidləndirilməsi, kalibrləşdirilməsi və müxtəlif preparatlarla işlənməsi istiqamətində aparılan genişmiqyaslı kompleks tədqiqat işlərinin əsas müəlliflərindən biri olmuşdur.
1962-ci ildə SSRİ Ali və Orta İxtisas Təhsili nazirliyi yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi dərəcəsinə layiq görülüb. 1964-1966-cı illərdə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının doktorantı olmuşdur. 1972-1973, 1982-1986-cı illərdə AKTİ-nin ümumi əkinçilik kafedrasının müdiri vəzifəsində çalışmışdır.
1973-1980-ci illərdə AKTİ-nin aqronomluq fakültəsinin dekanı olmuşdur. 1976-cı ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsi almışdır. 1979-cu ildə Faiq Məmmədov SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının açıq illik kollegiyasında professor adına layiq görülmüşdür. O, əkinçilik üzrə professor adına layiq görülən ilk azərbaycanlı olmuşdur.
Faiq Məmmədov 1980-ci ildən ömrünün sonuna qədər V.İ.Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının doktorluq dissertasiyalarının müdafiəsi üzrə elmi şuranın elmi katibi, 1986-1987-ci illərdə AKTİ-nin qiyabi təhsil üzrə prorektoru olmuşdur.
Faiq Məmmədov ölümündən sonra, 1988-ci ildə Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin (ÜİXTN) gümüş medalına layiq görülüb.
1999-cu ildə Səməd ağa Ağamalıoğlu adına Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyası (ADKTA) və Azərbaycan Ziyalılar Cəmiyyətinin təşkilatçılığı ilə professor Faiq Məmmədovun anadan olmasının 70 illik yubileyi keçirilmişdir. Həmin il ADKTA-nın Elmi Şurasının qərarı ilə Akademiyanın Ümumi əkinçilik kafedrasına onun sabiq müdiri Faiq Məmmədovun adı verilmiş, yüksək tədris göstəriciləri olan və ictimai işlərdə fəal tələbələr üçün professor Faiq Məmmədov adına təqaüd təsis edilmişdir.[1]
2005-ci ilin avqustunda Gəncə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun sərəncamı ilə alimin doğulub boya başa çatdığı və ömrünün böyük hissəsini elmi-pedaqoji fəaliyyətlə məşğul olduğu Gəncə şəhərində küçələrdən birinə Faiq Məmmədovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə onun adı verilmişdir.[2]