. Love.az

Faruk Dinc - Wikipedia - Love.az

Ana Səhifə - Faruk Dinc

Faruk Dinç (1985, Diyarbəkir ili) — əczaçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]

Faruk Dinç
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı
Vəzifədədir
2 iyun 2023-cü ildən
Seçki dairəsi2023 — Mərsin
Şəxsi məlumatlar
Doğum tarixi 1985
Doğum yeri
  • Diyarbəkir ili, Türkiyə
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya
  • Hür Dava Partiyası
Təhsili
  • İnönü Universiteti
Fəaliyyəti siyasətçi

Həyatı

redaktə

Faruk Dinç 1985-ci ildə Diyarbəkir ilinin Dicle ilçəsində anadan olub. İbtidai və orta təhsilini Diyarbəkir ilində alıb. Malatya İnönü Universiteti Əczaçılıq Bölməsindən məzun olub.[1]

Tələbə illərində İhya Təhsil-Mədəniyyət Dayanışma Dərnəyinin (İHYA-DER) üzvü olub. Dərnəyin “Başsağlığı və Dəfn Komissiyası”nda çalışıb. 2009-cu ildə İHYA-DER üzvü olduğu səbəbilə həbs edilib və 2 ay yarım həbsxanada saxlanılıb. Azadlığa çıxandan sonra universiteti bitirib və 2010-cu ildə bəraət alıb. Siyasi fəaliyyəti ərzində Hürr Dava Partiyasında gənclər qanadının sədri, Diyarbəkir il şöbəsinin sədri, İdarə Heyətinin üzvü və sədr müavini vəzifələrində çalışıb.[1]

2023-cü il mayın 14-də Hürr Dava Partiyasının namizədi olaraq Ədalət və İnkişaf Partiyası siyahısından Mərsin ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.[1]

Kürdcə, zazaca və ingiliscə bilir. Evli və 3 uşaq atasıdır.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 TBMM. "Faruh DİNÇ". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Faruk_Dinç&oldid=7480836"
LOVE.AZ