Ədalət və İnkişaf Partiyası (türk. Adalet ve Kalkınma Partisi, qısaca AKP[3][4] və ya AK Parti[5][6] kimi də tanınır) — Türkiyədə mövcud olan siyasi partiya. Partiyanın sədri 21 may 2017-dən bəri Rəcəb Tayyib Ərdoğandır.
Ədalət və İnkişaf Partiyası Adalet ve Kalkınma Partisi | |
---|---|
![]() | |
Sədri | Rəcəb Tayyib Ərdoğan |
Qurucu | |
Quruluş tarixi | 14 avqust 2001[2] |
Baş qərargah | |
İdeologiya | iqtisadi liberalizm[d], Neo-Osmançılıq, sosial mühafizəkarlıq[d], milli mühafizəkarlıq[d], Ərdoğançılıq, Avropa skeptisizmi |
İdeoloji spektr | sağçılıq |
Müttəfiqlər |
Milliyətçi Hərəkat Partiyası Böyük Birlik Partiyası Hürr Dava Partiyası Demokratik Sol Partiya |
Üzv sayı | ▲ 10.592.023[1] |
Parlamentdə |
266 / 600 |
Bələdiyyədə |
|
Saytı |
akparti.org.tr/en akparti.org.tr akparti.org.tr/ar |
![]() |
Bu altbaşlığı genişləndirmək lazımdır. |
Partiya 14 avqust 2001-ci ildə Rəcəb Tayyib Ərdoğan tərəfindən qurulmuşdur. Partiya 2002, 2007 və 2011-ci ildə keçirilən Parlament seçimlərinin qalibi olmuşdur. Rəcəb Tayyib Ərdoğan, Abdulla Gül, Binəli Yıldırım və Bülənt Arınc partiyanın öndə gələn şəxsləridir. 3 noyabr 2002-ci ildə keçirilən Parlament seçimlərində Ədalət və İnkişaf Partiyası 34,29% səslə birinci seçildi. 550 nəfırlik Milli Məclisdə 365 yer qazandı. 22 iyul 2007-ci il Parlament seçimlərində 46,58% səslə Partiya yenə birinci seçildi. 2007 seçimlərində millət vəkili sayı 22 nəfər azaldı. 12 iyun 2011-ci ildəki seçimlərin qalibi 49,83% səslə ƏİP oldu. Bu dəfə isə millət vəkili sayısı 327 oldu.
Ədalət və İnkişaf Partiyasının emblemi sarı və qara rənglərdən ibarət olan lampadır.
Vikianbarda Ədalət və İnkişaf Partiyası ilə əlaqəli mediafayllar var. |