. Love.az

Fiqurniy Adasi - Wikipedia - Love.az

Ana Səhifə - Fiqurniy Adasi

Fiqurnıy adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir.

Fiqurnıy adası
rus. Фигурный
Ümumi məlumatlar
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
79°24′57″ şm. e. 92°12′28″ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
  • Krasnoyarsk diyarı
Arxipelaq
  • Şimal Torpağı
Akvatoriya
  • Şimal Buzlu okean
Fiqurnıy adası xəritədə
Fiqurnıy adası
Fiqurnıy adası

Mündəricat

  • 1 Yerləşməsi
  • 2 Təsviri
  • 3 Digər faktlar
  • 4 İstinadlar
  • 5 Xəritə

Yerləşməsi

redaktə

Arxipelaqın şərqində yerləşir. Fiqurnıy adasından qərbdə Sredniy adası və Strela adası yerləşir. Şərqdə Vostoçnıy adası yerləşir. Əslində isə bu bir adadır. Onlar uzunluğu 9 km, eni isə 250 m olan bərzəxlə birləşir. Bununla belə bir çox xəritələrdə adalar ayrı göstərilir.

Təsviri

redaktə

Aypara formasına malikdir. Şərqdən qərbə uzunluğu 12 km, şimaldan cənuba isə 8 km təşkil edir. Eni ortalama 3 km təşkil edir. Adanın sahil xəttinin uzunluğu 45 km-dir. Adanın daxilinə doğru Slavnaya buxtası uzanır. Buxtada dərinlik 19 metrdir. Sahillərinin böyük hissəsi sıldırımdır. Burada hündürlük 3–5 m, buxta sahillərində isə 6–13 m təşkil edir. Adada dörd yüksəklik vardır: 16 metr (şimal-şərqdə), 21 metr (şimalda), 42 metr (qərbdə) və 49 (cənub-şərqdə). Buradan bir necə çay başlayır. Ərazi boyunca göllər səpələnmişdir. Onların çoxu şirinsuludur. Bitki örtüyü mamır və şibyələrdən ibarətdir.

Digər faktlar

redaktə

Adanın qərb qutacağı — Makedonski burnu. Burun SSRİ qütb hidroqrafı A. P. Makedonskinin şərəfinə (1916–1973)[1] adlandırılmışdır.

İstinadlar

redaktə
  1. ↑ C.В.Попов "Новые топонимы Советской Арктики"

Xəritə

redaktə
  • Xəritə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Fiqurnıy_adası&oldid=7236181"
LOVE.AZ