Fransisk (əsl adı: Xorxe Mario Berqolyo; isp. Jorge Mario Bergoglio; 17 dekabr 1936[2][3][…] – 21 aprel 2025[4][5][…]) — 266-cı Roma Papası, 2013-2025-ci illərdə Vatikanın rəhbəri. Cənubi Amerikadan və Yezuitlər ordenindən olan ilk papa.
Fransisk | |
---|---|
lat. Franciscus | |
![]() | |
13 mart 2013 – 21 aprel 2025 | |
Əvvəlki | XVI Benedikt |
Sonrakı | XIV Lev |
Şəxsi məlumatlar | |
Doğum adı | Jorge Mario Bergoglio |
Doğum tarixi | 17 dekabr 1936(1936-12-17)[2][3][…] |
Vəfat tarixi | 21 aprel 2025(2025-04-21)[4][5][…] (88 yaşında) |
Vəfat səbəbi | insult[6][7] |
Fəaliyyəti | kimyaçı, yazıçı, ilahiyyatçı, vaiz[d], siyasətçi, avtobioqraf[d], universitet müəllimi[d], filosof |
Dini | katolisizm[8] |
|
|
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() |
|
vatican.va/content/franc… | |
![]() |
Xorxe Mario Berqolyo 1936-cı il dekabrın 17-də Buenos-Ayresdə dəmiryolçu işləyən italiyalı emiqrant ailəsində dünyaya gəlib. Ailənin 5 uşağının ən kiçiyi olub. Kimya üzrə texnik diplomu alıb. Buenos-Ayresdə Villa Devoto seminariyasında təhsil alıb. Yezuitlər ordeninə 11 mart 1958-ci ildə daxil olub. Çilidə noviziat mərhələsi (Monax ordeninə daxil olmaq üçün sınaq müddəti) keçib. Sonra da Buenos-Ayresdə müqəddəs İosif kollecində təhsilini davam etdirib. Buenos-Ayresin üç kollecində ədəbiyyat, fəlsəfə və dinşünaslıq dərsləri keçib. İtalyan dilində sərbəst danışır.[9]
1969-cu ildə Berqolyo Argentina paytaxtındakı San-Migel kollecinin dinşünaslıq fakültəsinin professoru təyin olunub. 1970-ci illərdə Argentinanın yezuitlər ordenində müxtəlif vəzifələr tutub. 1973–1979-cu illərdə Argentinanın provensialı olub. 1986-cı ildə Almaniyada doktorluq dissertasiyasını müdafiə edib, vətəninə ruhani və Kordova arxiyepiskopluğunun mənəvi direktoru olaraq dönüb.[9]
1992-ci ildə Buenos-Ayresin köməkçi yepiskopu təyin edilib. 1997-ci ildə Buenos-Ayres arxiyepiskopunun koadyuttoru (yepiskopluğun varislik hüququna sahib olan yepiskopu) təyin olunub. 1998-ci ildə kardinal Kvarrasino öldükdən sonra onun vəzifələrini icra etməyə başlayıb. Papa II İohan Pavel 2001-ci ildə ona kardinal rütbəsi verib.[9]
Xorxe Mario Berqalio 14 mart 2013-cü ildə Roma papası seçilib[10]. Roma papası seçildikdən sonra Fransisk adını qəbul etmişdir.
21 aprel 2025-ci ildə vəfat edib.[11] 26 apreldə Böyük Məryəm Ana kilsəsində dəfn olunub.[12] Papa bu kilsədə dəfn olunan səkkizinci pontifik və 17-ci əsrdən sonra dəfn edilən ilk papa oldu.
Vikianbarda Fransisk ilə əlaqəli mediafayllar var. |