. Love.az

Fransisk - Wikipedia - Love.az

Ana Səhifə - Fransisk

Fransisk (əsl adı: Xorxe Mario Berqolyo; isp. Jorge Mario Bergoglio; 17 dekabr 1936[2][3][…] – 21 aprel 2025[4][5][…]) — 266-cı Roma Papası, 2013-2025-ci illərdə Vatikanın rəhbəri. Cənubi Amerikadan və Yezuitlər ordenindən olan ilk papa.

Fransisk
lat. Franciscus
266-cı Roma papası
13 mart 2013 – 21 aprel 2025
ƏvvəlkiXVI Benedikt
SonrakıXIV Lev
Şəxsi məlumatlar
Doğum adı Jorge Mario Bergoglio
Doğum tarixi 17 dekabr 1936(1936-12-17)[2][3][…]
Vəfat tarixi 21 aprel 2025(2025-04-21)[4][5][…] (88 yaşında)
Vəfat səbəbi insult[6][7]
Fəaliyyəti kimyaçı, yazıçı, ilahiyyatçı, vaiz[d], siyasətçi, avtobioqraf[d], universitet müəllimi[d], filosof
Dini katolisizm[8]

Təltifləri Equestrian Order of the Holy Sepulchre (Vatikan) Prezidentin "Azadlıq" medalı (Amerika Birləşmiş Ştatları) — 2025 İsa Məsihin Ali Ordeni (Vatikan) "Qızıl mahmız" ordeni (Vatikan) "IX Piy" ordeni (Vatikan) Order of St. Gregory the Great (Vatikan) Order of St. Sylvester (Vatikan) Grand Collar of the Order of the Andes' Condor (Boliviya) — 2015 "Təbəssüm" ordeni (Polşa)
Charlemagne Prize — 2016
İmzanın şəkli
vatican.va/content/franc…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Papa Fransiskin Azərbaycana olan apostol səfərindən
Papa Fransiskin Azərbaycana olan apostol səfərindən

Həyatı

redaktə

Xorxe Mario Berqolyo 1936-cı il dekabrın 17-də Buenos-Ayresdə dəmiryolçu işləyən italiyalı emiqrant ailəsində dünyaya gəlib. Ailənin 5 uşağının ən kiçiyi olub. Kimya üzrə texnik diplomu alıb. Buenos-Ayresdə Villa Devoto seminariyasında təhsil alıb. Yezuitlər ordeninə 11 mart 1958-ci ildə daxil olub. Çilidə noviziat mərhələsi (Monax ordeninə daxil olmaq üçün sınaq müddəti) keçib. Sonra da Buenos-Ayresdə müqəddəs İosif kollecində təhsilini davam etdirib. Buenos-Ayresin üç kollecində ədəbiyyat, fəlsəfə və dinşünaslıq dərsləri keçib. İtalyan dilində sərbəst danışır.[9]

1969-cu ildə Berqolyo Argentina paytaxtındakı San-Migel kollecinin dinşünaslıq fakültəsinin professoru təyin olunub. 1970-ci illərdə Argentinanın yezuitlər ordenində müxtəlif vəzifələr tutub. 1973–1979-cu illərdə Argentinanın provensialı olub. 1986-cı ildə Almaniyada doktorluq dissertasiyasını müdafiə edib, vətəninə ruhani və Kordova arxiyepiskopluğunun mənəvi direktoru olaraq dönüb.[9]

1992-ci ildə Buenos-Ayresin köməkçi yepiskopu təyin edilib. 1997-ci ildə Buenos-Ayres arxiyepiskopunun koadyuttoru (yepiskopluğun varislik hüququna sahib olan yepiskopu) təyin olunub. 1998-ci ildə kardinal Kvarrasino öldükdən sonra onun vəzifələrini icra etməyə başlayıb. Papa II İohan Pavel 2001-ci ildə ona kardinal rütbəsi verib.[9]

Xorxe Mario Berqalio 14 mart 2013-cü ildə Roma papası seçilib[10]. Roma papası seçildikdən sonra Fransisk adını qəbul etmişdir.

21 aprel 2025-ci ildə vəfat edib.[11] 26 apreldə Böyük Məryəm Ana kilsəsində dəfn olunub.[12] Papa bu kilsədə dəfn olunan səkkizinci pontifik və 17-ci əsrdən sonra dəfn edilən ilk papa oldu.

İstinadlar

redaktə
  1. ↑ 13 mart 2013-cü ildə seçilib, 19 mart 2013-cü ildə isə tacqoyması baş verib
  2. ↑ 1 2 Franciskus // Nationalencyklopedin (швед.). 1999.
  3. ↑ 1 2 Stefon M. Francis I pope // Encyclopædia Britannica (ing.).
  4. ↑ 1 2 Pope Francis has died, the Vatican says. 1989.
  5. ↑ 1 2 Le pape François est mort (fr.). Le Monde, 2025.
  6. ↑ Le notizie del 21 aprile sulla morte del pontefice. 2025.
  7. ↑ Declaration of death of His Holiness Francis. 2025.
  8. ↑ Catholic-Hierarchy.org (ing.). USA: 1990.
  9. ↑ 1 2 3 "2013-cü ilin adamı seçildi: O, kimdir?". 2013-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-11.
  10. ↑ "Yeni Roma papası Fransisk adını qəbul edib — YENİLƏNİB". 2013-03-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-13.
  11. ↑ "Papa Fransisk vəfat etdi". Oxu.az (az.). İstifadə tarixi: 2025-04-21.
  12. ↑ "Roma Papası Fransisk dəfn edilib". Oxu.az (az.). İstifadə tarixi: 2025-04-26.

Xarici keçidlər

redaktə
  Vikianbarda Fransisk ilə əlaqəli mediafayllar var.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Fransisk&oldid=8134710"
LOVE.AZ