Frezer Stoddart (24 may 1942[2][3][…], Edinburq – 30 dekabr 2024[4][5], Melburn[6][7]) — Şotland və Amerika kimyaçısı, Şimal-Qərb Universitetinin professoru, Supramolekulyar kimya və nanotexnologiyalar sahəsində mütəxəssis, Jan-Pyer Savaj və Bernard Feringa ilə birlikdə 2016-cı il kimya üzrə Nobel mükafatçısı.[10][11][12]
Frezer Stoddart | |
---|---|
ing. James Fraser Stoddart | |
![]() | |
Doğum tarixi | 24 may 1942(1942-05-24)[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 30 dekabr 2024(2024-12-30)[4][5] (82 yaşında) |
Vəfat yeri | |
Uşağı | 2 |
Elm sahələri | Supramolekulyar kataliz[1], üzvi kimya[1], Stereokimya[1] |
İş yerləri | |
Təhsili |
|
Üzvlüyü |
|
Mükafatları |
![]() ![]() |
![]() |
Frezer Stoddart 24 may 1942-ci ildə Şotlandiyanın Edinburq şəhərində Tom və Jean Stoddartın ailəsində anadan olub.[13] S. Frezer etiraf edir ki, uşaqlıq illərində tapmacalara və oyuncaqla tikinti tikməyə həvəsinin olması, onun molekulyar quruluşa marağının əsasını məhz bunun təşkil etdiyinə inanırdı.[14] Frezer Stoddart utancaq, sakit və gənc idi.[15]
İbtidai təhsilini Midlotian ştatının Carrington şəhərindəki yerli kənd məktəbində almışdır. Daha sonra Edinburqdakı Melville Kollecində təhsilini davam etdirdi.[16][17]
O, 1960-cı ildə Edinburq Universitetində təhsil almağa başladı, burada ilkin olaraq kimya, fizika və riyaziyyatı mükəmməl öyrəndi. O, 1964-cü ildə kimya üzrə bakalavr dərəcəsi, daha sonra 1966-cı ildə[18] Edinburq Universitetinin Edmund Lengli Hirst və DMV Andersonun[19] rəhbərliyi altında akasiyalarda təbii qatranların tədqiqi mövzusunda tədqiqatlarına görə doktorluq dərəcəsi aldı.[20]
1967-ci ildə Milli Tədqiqat Şurasının elmi işçisi kimi Kuins Universitetinə (Kanada) getdi. 1970-ci ildə o, kimya üzrə müəllim kimi akademik heyətə qoşulmazdan əvvəl Imperial Chemical Industries (ICI) şirkətindən elmi işçi kimi Şeffild Universitetinə köçdü. 1978-ci ilin əvvəlində o, Los-Ancelesdəki Kaliforniya Universitetinin (UCLA) Kimya və Biokimya Departamentində Elmi Tədqiqat Şurasında baş elmi işçi kimi dəvət olundu. Daha sonra 1978-ci ildə Runcorndakı ICI Korporativ Laboratoriyasına köçürüldü.
O, ilk dəfə İngiltərədə mexaniki olaraq əlaqəli molekulları araşdırmağa başladı və nəticədə molekulyar maşınlara çevrildi.[21] Üç illik işinin sonunda o, Şeffildə[22] qayıtdı və burada 1982-ci ildə dosent vəzifəsinə yüksəldi. O, 1980-ci ildə Edinburq Universitetində[23] molekuldan kənar stereokimya sahəsində tədqiqatına görə fəlsəfə doktoru dərəcəsi almışdır. 1990-cı ildə Birmingem Universitetinin Üzvi kimya kafedrasına keçdi və orada Kimya fakültəsinin rəhbəri oldu (1993–1997il), buna qədər isə Koliforniya Universitetinə köçməzdən əvvəl 1997-ci ildə Nobel mükafatı laureatı Donald Kramdan sonra Sola Vinşteyni kimya professoru kimi orada əvəz etdi.[24][25] 2002-ci ilin iyul ayında o, Kaliforniya Nanosistemlər İnstitutunun (CNSI) birgə direktoru vəzifəsini icra etdi. 2003-cü ilin may ayından 2007-ci ilin avqust ayına kimi Fred Kavli adına olan Nanosistem Elmləri Departamentinin rəhbəri və CNSI-nin direktoru vəzifəsində çalışıb.[26]
2008-ci ildə Mexanostereokimya Qrupunu qurdu və Şimal-Qərb Universitetində Kimya üzrə Qəyyumlar Şurasının professoru təyin edildi.[27] 2010-cu ildə Şimal-Qərb Universitetində İnteqrasiya edilmiş Sistemlər Kimyası Mərkəzinin (CCIS) direktoru oldu.[28] 2021-ci ildə o, hidrogenin saxlanması və daşınması ilə bağlı problemlərin həllinə həsr olunmuş H2MOF startapının həmtəsisçisi oldu.[29] 2023-cü ildə HonqKonq Universitetində Kimya Departamentinin professoru kimi işə başlayıb.[30]
Frezer Stoddart-35 il ərzində onun laboratoriyalarında 300-ə yaxın aspirant və doktorantlar yetişdirib.[31]
F. Stoddart ABŞ və Böyük Britaniya vətəndaşıdır. F. Stoddart 1968-ci ildə Norma Aqnes Şolan ilə evliənmişdi.[32][33][34] F. Stoddartın həyat yoldaşı Şeffild, Birmingem və Kaliforniya, Los-Anceles universitetlərində tədqiqat işlərinin aparılmasında köməklik göstərib və burada A. Norma biokimya üzrə fəlsəfə doktoru dərəcəsi alıb.[35] Bu evlilikdən onlarən iki qızı var: Fiona və Alison. 2004-cü ildə Norma Aqnes xərçəngdən ölüb.[36]
Frezer Stoddart 1992–2002-ci illər arasında ən çox istinad edilən 6-cı kimyaçı idi.[37] 100-dən yuxarı H indeksinə malikdir.[38]
2016-cı ildə o, Nobel mükafatı laureatlarının Greenpeace, Birləşmiş Millətlər Təşkilatı və bütün dünya hökumətlərini geni dəyişdirilmiş orqanizmlərlə (GMO) mübarizəni dayandırmağa çağıran açıq məktubu imzaladı.[39][40][41]