. Love.az

Front Man - Wikipedia - Love.az

Ana Səhifə - Front Man

Hvan İn-ho (kor. 황인호; Koreya dilində tələffüzü: [hwaŋinho]), həmçinin Front Man (azərb. Öndər‎) — "Netflix" seriyalı "Kalmar oyunu"nun əsas antaqonist personajı. O, Kalmar oyunu iyerarxiyasının lideridir. Ciddi borcları olan adamları oyuna cəlb edərək onlar arasında 45,6 milyard ₩ dəyərində pul mükafatı üçün rəqabət başladır və oyunu idarə edir. Onun kimi polis olan Hvan Cun-ho adında ögey bir qardaşı var və qardaşı ilk mövsümdə İn-ho yoxa çıxdığında onu axtarmaq üçün oyunlara sızmışdır. Birinci mövsümdə "Front Man"in əsasən oyunlara nəzarət etdiyi və oyunları təşkil etdiyi göstərilir. Ancaq ikinci mövsümdə oyunçu libasına bürünərək Oyunçu 001 kimi oyuna girir və "Oh Yon-il" saxta adından istifadə edərək Ki-hanın planlarını pozmağa çalışır.

Front Man
황인호
Kalmar oyunu personajı
Li Pyon-hon[ing.] Front Man / Hvan İn-ho rolunda.
Li Pyon-hon[ing.] Front Man / Hvan İn-ho rolunda.
İlk görünmə "Red Light, Green Light" (2021)
Yaradan Hvan Don-hyok
Canlandıran Li Pyon-hon
Səsləndirən Tom Çoy (ingiliscə)
Məlumat
Tam adı Hvan İn-ho
Ləqəb(lər)i Player 001
Oh Yon-il
Peşə polis işçisi (əvvəllər)
Əlaqələri Hvan Cun-ho (ögey qardaşı)

Personaj Hvan Don-hyok tərəfindən yaradılmış və Li Pyon-hon[ing.] tərəfindən canlandırılmışdır. Personajın ingiliscə səsləndirməsini Tom Çoy etmişdir.[1]

İstinadlar

redaktə
  1. ↑ Craig, David. "Is Squid Game dubbed in English? How to watch series with subtitles | Radio Times". Radio Times (ingilis). December 24, 2024. İstifadə tarixi: January 18, 2025.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Front_Man&oldid=7991870"
LOVE.AZ