Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər. |
Kalmar oyunu (kor. 오징어 게임; Ojingeo Geim) və ya ingiliscə tanınan adı ilə Squid Game — Hvan Don-hyok tərəfindən Netflix üçün ekranlaşdırılmış, Cənubi Koreya istehsalı sağ qalma, dram serialı. Rollarda Li Con Ce, Pak He Su, Vi Ha-cun, Ho Yon Çon, O Yen Su, Ho Son The, Anupam Tripati və Kim Cu Ryon çəkilib.
Kalmar oyunu | |
---|---|
kor. 오징어 게임 | |
![]() | |
![]() | |
Janr |
Sağ qalma Triller Qorxu Dram Döyüş |
Rejissor | Hvan Don-hyok |
Yaradıcısı | Hvan Don-hyok |
Ssenarist | Hvan Don-hyok |
Rollarda |
Li Con Ce Pak He Su Vi Ha-cun O Yon Su Ho Son The Anupam Tripati Kim Cu Ryon |
Bəstəkar | Con Ce İl |
İstehsalçı ölkə |
![]() |
İl | 2021 |
Studiya | Siren Pictures Inc. |
Dil | Koreya dili |
İlk çıxış tarixi | 17 sentyabr 2021 |
Növü | Teleserial |
Mövsüm sayı | 2 |
Seriya sayı | 16 |
Davametmə müddəti | 32–63 dəqiqə |
Telekanal | Netflix |
IMDb | ID10919420 |
netflix.com/title/810403… | |
![]() |
“Squid Game” Netflix tarixində ən çox izlənilən serial oldu[1]
13 iyun 2022-ci il tarixində Netflix "The Squid Game" serialının ikinci mövsümünün tizerini yayımlayıb.[2]
06 may 2025-ci il tarixində Netflix "The Squid Game" serialının üçüncü mövsümünün treylerini təqdim edib.[3]
Serialın ideyası 2008-ci ildə Hvan Don Hyokun maliyyə problemləri ilə üzləşdiyi dövrdə yaranıb. O, “Döyüş Royali” və “Yalançı oyunu” kimi Yapon manqalarından ilhamlanıb. Ssenari 2009-cu ildə yazılmış, lakin sərt məzmununa görə prodüserlər layihəni maliyyələşdirməkdən imtina ediblər. 2019-cu ildə Netflix xarici dildə kontentin istehsalını genişləndirərək ideyanı dəstəkləyib. Rejissor və ssenarist kimi çıxış edən Hvan təkcə əyləncəli deyil, həm də dərin simvolik məna daşıyan, rəqabətçi cəmiyyətin reallıqlarını əks etdirən serial yaradıb.
Serialın adı 1970-1980-ci illərdə Koreyada populyar olan və Hvanın ən aqressiv hesab etdiyi uşaq oyununa istinad edir. Serialın dizaynı, nəzarətçilərin maskaları və dairə, üçbucaq və kvadrat fiqurları (hanqıl hərfləri O, J, M — Ojing-eo Geim qısaltması) diqqətlə işlənib. Musiqini “Parazitlər” filminin bəstəkarı Con Cə İl yazıb, Pak Min Cu və 23-ün trekləri ilə tamamlanıb.[4]