. Love.az

Fudeyl Ibn Iyad - Wikipedia - Love.az

Ana Səhifə - Fudeyl Ibn Iyad

Fudeyl ibn İyad ibn Məsud (ərəb. الفضيل بن عياض‎; 726, Səmərqənd – 28 fevral 803, Məkkə) — Xorasanın ilk görkəmli sufilərindən biri.[1] Əbu Hənifənin tələbələrindən.[2]

Fudeyl ibn İyad
ərəb. الفضيل بن عياض‎
Doğum tarixi 726
Doğum yeri
  • Səmərqənd
Vəfat tarixi 28 fevral 803
Vəfat yeri
  • Məkkə, Abbasilər xilafəti
Dəfn yeri
  • Cənnətül-müəlla
Elm sahələri fiqh, sufilik
Tanınmış yetirmələri Abdulla ibn Mübarək

Mündəricat

  • 1 Həyatı
  • 2 Fikirləri
  • 3 Tələbələri
  • 4 Ölümü
  • 5 İstinadlar

Həyatı

redaktə

Fudayl ibn İyad 726-cı ildə Səmərqənddə anadan olmuşdur.[2] O, bir müddət yolkəsənliklə məşğul olmuşdur. Sonra qulağına gələn bir Quran ayəsinin (əl-Hədid surəsi, 16-cı ayə) təsiri ilə tövbə edərək özünü zühd və təqvaya həsr etmişdir. Dövrünün böyük ariflərindən və hikmətli sözləri ilə məşhurlaşan şəxsiyyətlərindəndir. Fiqhi Əbu Hənifədən öyrənmişdir.[2]

Fikirləri

redaktə

Fudeyl ibn İyada görə dövlət adamları ilə əlaqəsi olmayan şəxs, onlarla əlaqəsi olub, gecələri namaz qılan, gündüzləri oruc tutan, cihad edən, ümrə və həcc ziyarətləri edən şəxsdən daha üstündür.[3] Elə buna görədir ki, dövrünün xəlifəsi Harun ər-Rəşid ilə görüşmək istəməmiş, lakin israr üzərinə xəlifə ilə görüşdə onu sərt tənqid etmiş və xəlifənin hədiyyələrini də rədd etmişdir.[4]

Tələbələri

redaktə

Fudeyl ibn İyadın tələbələri arasında aşağıdakı şəxslərin adı çəkilir:

  1. Əli əz-Zöhdi (oğlu),[5]
  2. İbrahim ibn Əşas,
  3. İbrahim ibn Şəmmas əs-Səmərqəndi,
  4. Qədim əd-Deyləmi.

Ölümü

redaktə

Etibarlı hədis ravilərindən olan Fudeyl ibn İyad,[6] 803-cü ildə Məkkədə vəfat etmişdir.

İstinadlar

redaktə
  1. ↑ Əbu Nueym. Hilyə, cild VIII (ər). 93, 99.
  2. ↑ 1 2 3 Tərcümə və şərh edən: FİZULİ HÜSİYEV, Əbu Hənifə Sabit ibn Numan. əl-Fiqhul Əkbər (az.). Bakı: İpəkyolu Nəşriyyatı. 2014. 35. ISBN 978-9952-8221-7-5.
  3. ↑ Əbu Nueym. Hilyə, cild VIII (ər). 98.
  4. ↑ Tərcümə edən: Süleyman Uludağ, Əttar. Təzkiratul-əvliya (tür). İstanbul. 1991. 132.
  5. ↑ Cami. Nəfəhat. 92.
  6. ↑ Zəhəbi. Siyəri aləmun-nubəla, cild VIII (ər). 42.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Fudeyl_ibn_İyad&oldid=8127922"
LOVE.AZ