. Love.az

Furfurol - Wikipedia - Love.az

Ana Səhifə - Furfurol

Furfurol C5H4O2 (2 –furankarbaldehid, furfural) — aldehid, furanın törəməsidir. Təzə çovdar çörəyi və badam iyi verən mayedir.

Furfurol
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formulu C₅H₄O₂[1]
Molyar kütlə 0 kq[1]
Fiziki xassələri
Sıxlıq 0,8930 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 161,7 °S
Qaynama nöqtəsi -36,5 °S
Buxarın təzyiqi 2 ± 1 mm Hg[2]
Təsnifatı
CAS-da qeyd. nöm. 98-01-1
PubChem 7362
RTECS LT7000000
ChEBI 34768
ChemSpider 13863629

Mündəricat

  • 1 Alınması
  • 2 Fiziki xassələri
  • 3 Kimyəvi xassələri
  • 4 Toksikliyi
  • 5 Tətbiqi
  • 6 Mənbə

Alınması

redaktə

Furfurol müxtəlif kənd təsərrüfatı tullantılarının (qarğıdalı saplağı, kəpəkn, saman), həmçinin oduncağın sulfat turşusu ilə qaynadılmasından alına bilər. Bu zaman hemisellülozanın hidrolizi baş verir, əmələ gələn pentozalar, xüsusilə ksiloza sulfat turşusunun təsiri altında dehidratlaşmaya uğrayır ki, bu da furfurolun əmələ gəlməsinə gətirib çıxarır. Furfurol su buxarları ilə birlikdə ayrılır.

Fiziki xassələri

redaktə

Furfurol – yüksək temperaturda (tqay=161,7 °C) qaynayan sarı mayedir. Polyar üzvi həlledicilərin əksəriyyətində asanlıqla həll olur, suda və alkanlarda isə cüzi həll olur.

Kimyəvi xassələri

redaktə

Aldehidlər üçün xarakterik olan reaksiyalara daxil olur. Furfurolun furan halqası aromatikliyə malik olduğundan o, kimyəvi xassələrinə görə bir qədər benzaldehidə bənzəyir. Furfurol benzaldehid kimi qələvinin təsiri altında Kannisarro reaksiyasına daxil olaraq furankarbon turşusunun duzuna və furfuril spirtinə parçalanır.

2C5H4O2 →KOH C4H3COOK + C4H3OCH2OH

Havada furfurol öz-özünə oksidləşir, nəticədə qarışqa turşusu və 2-formilakril turşusu əmələ gəlir. Dils-Alder reaksiyasında dien kimi iştirak edir.

Furfurol 2500C temperaturadək qızdırıldıqda bəzən partlayışla furana və karbon monoksidə parçalanır.

Toksikliyi

redaktə

Furfurol toksiki maddə olduğuna görə sinir sisteminə təsir etməklə qıcolmaya və iflicə, dəri ilə və qöz qişasıyla təmasda olduqda qıcıqlanmaya səbəb olur. Dəridə müxtəlif ekzemalar və dermatitlər yaradır.

Tətbiqi

redaktə

Furfuroldan furan, tetrahidrofuran, tetrahidrofuril spirti, furan qatranları, funqisid dərman maddələrinin (məs., furasilin) alınmasında və neft sənayesində, sintetik rezinlərin istehsalında istifadə olunan dienləri karbohidrogen qarışıqlarından ekstraksiya etmək üçün həlledici kimi istifadə edilir.

Mənbə

redaktə
  • Azərbaycan Sovet Ensiklopediyası. 1987 il, X hissə. səh.12
  • Краткая химическая энциклопедия, т 5, 1967, с.619
  1. ↑ 1 2 FURFURAL (ing.).
  2. ↑ http://www.cdc.gov/niosh/npg/npgd0297.html.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Furfurol&oldid=8160114"
LOVE.AZ