Günahsız Abdulla | |
---|---|
Janr |
dram musiqili |
Rejissor | Ramiz Mirzəyev |
Əsərin müəllifi | Mixail Cavaxişvili |
Ssenari müəllifi | Dilsuz Mustafayev |
Baş rollarda |
Mikayıl Mirzə — Abdulla Hamlet Qurbanov — hakim Sofa Bəsirzadə — Zöhrə Səidə Quliyeva — Fatma |
Operator | Eldar Məmmədov |
Bəstəkar | Cavanşir Quliyev |
Rəssam | Rəfael Əlizadə |
İstehsalçı | Azərbaycan Televiziyası |
Filmin növü | tammetrajlı televiziya tamaşası |
Müddət | 62,5 dəq. |
Ölkə |
![]() |
Dil | azərbaycanca |
İl | 1984 |
Rəng | rəngli |
IMDb | ID1204300 |
Abdulla (Mikayıl Mirzə) sakit bir müsəlman-kənd adamıdır. Lakin günlərin bir günü onu şərə salırlar və 10 il həbs cəzası alır. Tamaşa boyu Abdullanın həbsxanadakı əzabları əks etdirilir. O günahsız olduğundan həbsxana əzab verir, gündən-günə qisas alma arzusu onda daha da baş qaldırır. Bir gün həbsdən azad olunmağına az bir zaman qalmış o, dözməyərək həbsdən qaçır və tez kəndinə gəlir. Kənddə isə artıq onun yolunu heç kim gözləmirdi.
Film Mixail Cavaxişvilinin eyniadlı povesti əsasında ekranlaşdırılmışdır.
Hakim Abdullanı dindirəndə onun əlləri arxadan bağlıdır. Lakin növbəti kadrların birində "mən günahsızam" deyərək əllərini önə doğru uzadır. Bir kadr sonra isə onun əlləri yenə də bağlıdır.