İlham Əsgərov (tam adı: İlham Təvəkkül oğlu Əsgərov; d. 16 iyul 1958, Masallı, Azərbaycan SSR, - ö. 6 sentyabr 2015, Bakı, Azərbaycan) — azərbaycanlı aktyor, rolların məharətli ifaçısı; Azərbaycan Respublikasının xalq artisti.
İlham Əsgərov | |
---|---|
İlham Təvəkkül oğlu Əsgərov | |
Doğum adı | İlham Təvəkkül oğlu Əsgərov |
Doğum tarixi | |
Doğum yeri | Xoşçobanlı, Masallı rayonu[1], Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (57 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | infarkt[2] |
Dəfn yeri | Xoşçobanlı, Masallı rayonu |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
![]() ![]() |
Həyat yoldaşı | Yeganə Əsgərova[3] |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1983-2015 |
Təhsili | |
Mükafatları |
![]() ![]() |
IMDb | ID2956908 |
İlham Əsgərov 16 iyul 1958-ci ildə anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsini bitirmişdir[4]. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur. İstedadlı aktyor İ.Əsgərov Akademik teatrın ən populyar tamaşalarında iştirak edib.
İ.Əsgərov Azərbaycan dövlət radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biri idi.
6 sentyabr 2015-ci ildə Bakıda vəfat etmişdir.[5] Masallı rayonunun Xoşçobanlı kəndində dəfn edilmişdir.[6]
İlham Əsgərov Kərbala ziyarətində olmuşdur.
İlham Əsgərov 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 15 may 2006-cı ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə və 30 aprel 2014-cü ildə[7] və 6 may 2015-ci ildə[8] Prezident Mükafatına layiq görülmüşdür.