. Love.az

Gurcustan Ermenistan Muharibesi - Wikipedia - Love.az

Ana Səhifə - Gurcustan Ermenistan Muharibesi
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Gürcüstan–Ermənistan müharibəsi
təsvir
Tarix 1918 Dekabr 18-31
Yeri Borçalı qəzası, Zaqafqaziya
Səbəbi Almaniya ordusunun Gürcüstanı tərk etməsi
Nəticəsi Heç-heçə
Ərazi dəyişikliyi Axalkalaki rayonu Gürcüstanda qalır, Lori və Borçalı isə Gürcüstan və Ermənistanın birgə hakimiyyəti altına keçir
Münaqişə tərəfləri

Gürcüstan

Ermənistan
Komandan(lar)

Georqiy Mazniaşvili

Drastamat Kanayan

Mündəricat

  • 1 Müharibənin başlama səbəbi
  • 2 Müharibənin başlaması
  • 3 Müharibənin gedişi
  • 4 Sülh müqaviləsi
  • 5 Mənbə

Müharibənin başlama səbəbi

redaktə

Ermənistan keçmiş Tiflis quberniyasının Axalkalaki (A x a l k ə l ə k) və Borçalı qəzalarına qarşı əsassız iddia irəli sürdü. Azərbaycan Xalq Cüm-huriyyəti tarixi torpaqlarının öz sərhədləri daxilində birləşdirilməsi üçün fəal xarici siyasət yeritsə də, müharibəyə qoşula bilmədi. Lakin Ermənistan öz işğalçılıq planlarını müharibə yolu ilə həll etmək yolunu tutdu. Osmanlı imperatorluğu ilə Cənubi Qafqaz respublikaları arasında bağlanmış Batum müqavilələrinə (1918) əsasən, Gürcüstanla Ermənistanın sərhəd zolağında türk qoşunları yerləşmişdi. Oktyabrın 18-də türk qoşunları oradan çıxdılar və həmin yerləri Gürcüstanı müdafiə edən alman qoşunları tutdu. Birinci Dünya müharibəsində (1914–18) məğlub olmuş Almaniyanın hərbi qüvvələri bu əraziləri tərk etdikdə, Borçalı qəzasının xeyli hissəsi Gürcüstan hökumətinin nəzarətinə keçdi. Ermənistan Gürcüstana nota verərək, onun Axalkalakidən çıxmasını tələb etdi. Oktyabr-noyabr aylarında tərəflər arasında qarşılıqlı ittihamlar kəskinləşdi, ermənilər Axalkalaki və Borçalıda təxribatlar, silahlı toqquşmalar törətməyə başladılar. Ermənistan Axalkalakiyə süvari es-kadron, Borçalıya isə 4-cü erməni polkunun hissələrini göndərdi.

Müharibənin başlaması

redaktə

Dekabrın 9-da hərbi əməliyyatlar başlandı. Döyüşlər azərbaycan türklərinin elliklə yaşadığı və tarixən onlara məxsus olan Borçalı qəzasında gedirdi. Ermənistanın notasına görə, Gürcüstan Borçalı, Axalkalaki qəzalarından və Tiflis də daxil olmaqla, eyniadlı qəzanın bir hissəsindən imtina etməli idi. Dekabrın 17-də Gürcüstan Ermənistana rəsmən müharibə elan etdi, Ermənistanla diplomatik əlaqələri kəsdi. Dekabrın 18–31-də tərəflər arasında hərbi əməliyyatlar baş verdi. Müharibə Azərbaycanın tarixi torpaqlarına və onun əhalisinə ciddi ziyan vurdu. Birinci Dünya müharibəsində qələbədən sonra Qafqazda mövqeyi güclənən İngiltərə Ermənistan-Gürcüstan müharibəsinin dayandırılmasında fəal iştirak etdi. Ermənistan tərəfi dekabrın 31-də hərbi əməliyyatları dayandırmağa razı olduğunu bildirdi. Gürcüstan hökuməti də bununla razılaşdı.

Müharibənin gedişi

redaktə
  • 1918-ci il noyabr-dekabr – Gürcü ordusu Tiflis quberniyasında gürcülər, ermənilər və azərbaycanlıların yaşadığı Borçalı və Axalkalaki uyezdlərini tuturlar.
  • 5 dekabr 1918 Daşnak hökuməti Axalkalaki rayonuna atlılardan ibarət eskadron və 4-cü ordu polkunun hərbi bölməsini göndərir.
  • 6 dekabr 1918 Türk ordusunun Azərbaycan və Ermənistandan evakuasiyası bitir
  • 9 dekabr 1918 Axalkalaki və Borçalı uyezdlərində Gürcüstan və Ermənistan hərbi bölmələri arasında ilk toqquşmalar baş verir
  • 12–14 dekabr 1918 Gürcü-amerikan-ingilis üçtərəfli danışıqları. Tərəflər İngiltərə ordusunun Gürcüstana göndərilməsi haqqında razılaşırlar. Erməni Ordusu Sanain şəhərinə hücüm edir.
  • 15 dekabr 1918 İngilis ordusu Potiyə desant olunur.
  • 25 dekabr 1918 İngilis ordusu Tbilisiyə gəlir.
  • 26 dekabr 1918 Almaniya ordusunun Gürcüstandan evakuasiyası bitir.
  • 31 dekabr 1918 Tbilisidə Gürcüstan və Ermənistan arasında sülh müqaviləsi imzalanır.

Sülh müqaviləsi

redaktə

1919 il yanvarın 9–17-də Tiflisdə Ermənistan-Gürcüstan konfransı keçirildi. Ermənistan və Gürcüstan arasında sərhəd məsələsi Antanta Ali Şurası tərəfindən həll edilənədək Borçalı qəzasının şimal hissəsinin Gürcüstana, cənub hissəsinin isə Ermənistana verilməsi, Allahverdi mis mədənlərinin olduğu orta hissədə isə "neytral zona" yaradılması qərara alındı. Neytral zonanın idarəsi ingilis general-qubernatoruna həvalə edildi. Azərbaycanın qanuni iddiası olan Borçalının müqəddəratının həll olunduğu konfransa Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyəti dəvət edilməmişdi. Ona görə də Azərbaycanın Tiflisdəki nümayəndəsi öz ölkəsinin bu qərarı tanımayacağını bildirdi. Sonralar Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Qafqaz bürosunun 1921 il 7 iyul tarixli qərarı ilə "neytral zona" da Ermənistana birləşdirildi. Beləliklə, Borçalının azərbaycanlı əhalisinin öz müqəddəratını təyin etmək hüququ kobudcasına pozuldu, əzəli Azərbaycan torpağı olan və azərbaycan türklərinin elliklə yaşadığı Borçalı Gürcüstanla Ermənistan arasında bölüşdürüldü.

Mənbə

redaktə
  1. Inc Icon Group International Georgians: Webster's Quotations, Facts and Phrases — Inc Icon Group International, 2009. — P. 34. — 101 p.
  2. М. Veller, А. Burovskiy "Ağılsız müharibənin vətəndaş tarixi" ikinci hissə "nəticə". İmperiyanın süqutu. "AST nəşriyyatı" 2007-ci il
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Gürcüstan–Ermənistan_müharibəsi&oldid=7905241"
LOVE.AZ