Gəncə kişi gimnaziyası (1918-ci ilə qədər Yelizavetpol kişi gimnaziyası) — 1881-ci ildən 1920-ci ilə qədər Gəncə şəhərində mövcud olan kişi gimnaziyası. Hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin Əkinçilik və İdarəetmə fakultəsi keçmiş gimnaziyanın binasında fəaliyyət göstərir.
Kişi gimnaziyası | |
---|---|
Yelizavetpol kişi gimnaziyası | |
![]() | |
Ölkə |
![]() |
Şəhər |
|
Yerləşir | Mirzə Abbas Abbaszadə küçəsi, 60 |
Aidiyyatı | Azərbaycan Dövlət Aqrar Universiteti |
Tikilmə tarixi | XIX əsr |
Material | kərpic |
İstinad nöm. | 3838 |
Kateqoriya | bina |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Gimnaziyanın üç mərtəbəli binası 1848-ci ildə Qotik stilində tikilmişdir.[1]
Yelizavetpol gimnaziyası 1870-ci ildə Yelizavetpol qəzanın məktəbi əsasında yaradılmışdı. 1881-ci ildən kişi qimnaziyası kimi fəaliyyət göstermeye başladı.[2]
1919-cu ildə Gəncə kişi gimnaziyasının alman dili müəllimi tərəfindən alman, fransız, türk, erməni, latın və polyak dillərin kursları təşkil olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin dövründə məktəbdə müsəlman tələbə sayı xeyli artmışdır və 1919-cu ildə Gəncə kişi gimnaziyasında hazırlıq kurslarında paralel şöbələr açılmışdır.
Gimnaziya 1920-ci ildə bağlanıb. 1920-ci ildən 1930-cu ilədək gimnaziyanın binasında orta texniki peşə məktəbi fəaliyyət göstərmişdir. 1931-ci ildə gimnaziyanın binası Kənd Təsərrüfatı İnstitutunun balansına köçürüldü və aqrar iqtisadiyyatın korpusuna çevrildi.