Georgi Eduardoviç Berqman (rus. Георгий Эдуардович Берхман; 3 aprel 1854, Qürah, Dağıstan MSSR – 2 fevral 1929, Marsel) — Rusiya piyada generalı. O, Birinci Dünya müharibəsi zamanı Osmanlı imperiyasına qarşı Berqman əməliyyatını təşkil etməklə tanınır. Berqman həmçinin, Rusiyada vətəndaş müharibəsi zamanı Ağ Ordunun komandiri olmuşdur.
Georgi Berqman | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 aprel 1854(1854-04-03) |
Doğum yeri | |
Vəfat tarixi | 2 fevral 1929(1929-02-02) (74 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Qoşun növü | piyada |
Rütbəsi | infanteriya generalı[d] |
Döyüşlər | |
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
Georgi Eduardoviç Berqman 3 aprel 1854-cü ildə Dağıstan vilayətinin Kürax kəndində anadan olmuşdur. O, əslən Livoniya quberniyasından olan zadəgan Baltik alman ailəsindəndir.[1] Ümumi təhsilini 2-ci Moskva Hərbi Gimnaziyasında almışdır.
9 avqust 1873-cü ildə Pavel Hərbi Məktəbində kursant kimi xidmətə girmişdir. 1876-cı ildə texnikumu bitirdikdən sonra gizir rütbəsi ilə 21-ci artilleriya briqadasının tərkibində Qafqaza göndərilmişdir. Sonra 1877–1878-ci illər Rusiya–Osmanlı müharibəsində iştirak etmişdir. 1881-ci ildə Baş Qərargah Akademiyasını bitirmişdir.
1881–1887-ci illərdə Berqman 21-ci Piyada Diviziyasının qərargahının baş adyutantı olmuşdur. 19 mart 1888-ci ildə Qafqaz Hərbi Dairəsinin qərargahının səfərbərlik şöbəsinin baş adyutantı təyin edilmişdir. 1892-ci ildə "xidmətdə fərqləndiyinə görə" polkovnik rütbəsinə yüksəlmişdir.
Əsas xidməti Qafqaz Hərbi Dairəsinin Baş Qərargahında keçmişdir. O, 31 yanvar 1907-ci ildən 29 yanvar 1913-cü ilə qədər dairənin qərargah rəisi olmuşdur.
29 yanvar 1913-cü ildə Kazan Hərbi Dairəsinə köçürülmüş və 24-cü Ordu Korpusunun komandiri təyin edilmişdir. 14 aprel 1913-cü ildə "xidmətdə fərqləndiyinə görə" piyada generalı rütbəsinə yüksəlmişdir.
2 yanvar 1914-cü ildə 2-ci Qafqaz Ordu Korpusunun komandiri təyin edilmişdir. O, burada müharibəyə getmişdir.
11 dekabr 1914-cü ildən 4 fevral 1915-ci ilə qədər Berqman 1-ci Qafqaz Ordu Korpusunun komandiri olmuşdur. 4 fevral 1915-ci ildə Qafqaz ordusunun baş komandanının sərəncamına təyin edilmişdir. Sarıqamış qoşun dəstəsinin başçısı kimi Sarıqamış döyüşündə Osmanlı ordusu üzərində parlaq qələbə qazanaraq 26 iyul 1916-cı ildə 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif edilmişdir.[2] O, mükafatı bir müddət sonra almışdı, çünki əvvəlcə qələbə Qafqaz ordusunun səhra qərargahının rəisi, general-leytenant Nikolay Yudeniçə aid edilmişdir. Berqman 13 noyabr 1916-cı ildən 5 aprel 1917-ci ilə qədər Cənub-Qərb və Rumıniya cəbhələrində 40-cı Ordu Korpusunun komandiri olmuşdur.[3]
O, Könüllü ordunun üzvü idi, onunla birlikdə Konstantinopola, sonra Bolqarıstana getmiş, daha sonra Marselə köçmüş və burada Rusiya Ümumhərbi İttifaqının şöbəsinə rəhbərlik etmişdir.
2 fevral 1929-cu ildə vəfat etmişdir. Onun külləri 9 mart 1930-cu ildə Nitsada yerləşən Rus Pravoslav qəbiristanlığına köçürülmüşdür.