Hüseyn Məhəmmədzadə Sədiq (15 iyul 1945, Təbriz, Pəhləvilər İranı[d] – 21 avqust 2022, Tehran, Tehran ostanı, İran) — alim, dilçi, şair, türkoloq, professor.
Hüseyn Məhəmmədzadə Sədiq | |
---|---|
az.-əski. حسین محمدزاده صدیق | |
![]() | |
Digər adı | Hüseyn Düzgün |
Doğum tarixi | 15 iyul 1945(1945-07-15) |
Doğum yeri | |
Vəfat tarixi | 21 avqust 2022(2022-08-21) (77 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Elm sahələri | türkologiya, ədəbiyyatşünaslıq, dilçilik |
Təhsili | |
Mühüm layihələri | Şeyh Safiyüddin Erdebilinin Kara Mecmuasi, Ahmet Kesrevi’nin Azeri adli teorisinin iptalı, “Dədə Qorkord” risalesini kəşfi, yenidən oxunması, yenidən yazılması və tərcüməsi, Kitabda qeyd olunan səbəblərə görə professor Sediq bu risaləni “Təbriz Rəcəzləri” adlandırmışdır., Mirzə Mehdi Estrabadinin üç cilddə türkcə farsca lüğəti "Sanqlax"ın nəşri və tərcüməsi., "Mahmud Kaşqari"nin "Divan lüğəti t Türk"ünün fars dilinə tərcüməsi və İranda nəşri, İranda Məhəmməd Füzulinin bütün əsərlərinin redaktəsi, təftişi, nəşri və tərcüməsi., |
Mükafatları | |
drsadigh.ir | |
![]() |
1945-ci ildə Təbrizin Sürxab məhəlləsində anadan olmuşdur[1]. Tehrana gedib orada Tehran Universitetində fars ədəbiyyatı üzrə bakalavr dərəcəsi, daha sonra Türkiyənin İstanbul Universitetində türk dili və ədəbiyyatı üzrə bakalavr dərəcəsi almışdır. Təhsilini Türkiyədə davam etdirərək, 1983-cü ildə həmin universitetdə fars, ərəb və türk dillərinin müqayisəli ədəbiyyatı üzrə doktorluq dərəcəsi almışdır.
Tehranın Firuzgər xəstəxanasında avqustun 24-də beyin fəsadı xəstəliyindən dolayı vəfat edib. 25 avqust 25, 2022-ci ildə Təbriz şəhərinin "Vadi rəhmət" qəbiristanlığında dəfn edilmişdir.[2]
Müxtəlif dövrlərdə siyasi, ədəbi və ictimai fəaliyyətlə məşğul olub. 1979-cu il inqilabından sonra müxtəlif ədəbi nəşrlərin, o cümlədən türkcə buraxılan "Yoldaş" , "Yeni Yol", "Inqilab yolunda" ve "Bulleten" dərgisinin baş redaktoru olub.
İnqilabın ilk illərindən sonra ağır siyasi başqılar nəticəsində Hüseyn Düzgün siyasi fəaliyyətlərini dayandırıb və ədəbi-mədəni fəaliyyətlərlə məşğul olub.
İnqilabdan sonra ədəbi-mədəni fəaliyyətlərlə məşğul olub. Tehranda türk dilinin öyrədilməsi üçün kurslar açıb, çox sayda gənc və yeniyetmənin ana dilini öyrənməsində böyük rolu olub. Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Əli Pənah Vaqif, Əmir Əli Şirnəvai kimi şairlərin yaradıcılığı araşdırmalar apardığını və Azərbaycanın onlarla klassik şairinin əsərlərini işləyib nəşr edib. Ümumilikdə türk dili və ədəbiyyatı ilə bağlı müxtəlif mövzularda 300 kitab nəşr etdirib.[3]
O, simpoziumda İrandan gələn nümayəndələr arasında idi. Simpoziumda onun məqaləsi oxundu. Həmçinin Bakıya səfəri zamanı digər fəaliyyətləri arasında Azərbaycan Milli Kitabxanasında olub, Azərbaycan Xalça Muzeyinin açılışında iştirak edib.
Hüseyn Məhəmmədzadə Sədiq (Hüseyn Düzgün) Kaşğarlı Mahmudun "Divani Lüğat-it Türk" əsərini çevirib.[4]
Prof. Dr. Ali Kafkasyalı Hüseyn Düzgünun jurnalistika fəaliyyətini belə izah edir: "Hüseyin Düzgün, İran Türklerinin en aktif gazeteci ve yazarlarından biridir. O, daha İran İslam Devrimi’nin ilk günlerinde "Yoldaş" dergisini çıkararak İran Türklerinin dil ve edebiyatlarının hürriyeti için mücadeleye başlamıştır. Pehlevı yönetiminin iktidardan uzaklaşması için yapılan mücadelede pek çok dergide hararetli yazılar yayımlamıştır. "Ulduz". "Aydın", "Kardaşlık", "Dede Korkut", "Odlar Yurdu", "Şafak", "Azatlık", "Karger", "Settar Han Bayrağı", "Azerbaycan" gibi dergilerde çok etkili siyası yazılar yazarak geniş kitlelere hitap etmiştir. Bütün bu dergiler yayımlanmasına bir çeşit vesile olan Düzgün, onlarca şair ve yazarın gönül sözlerini söylemeye, düşüncelerini yazmaya da Zemin hazırlamıştır. Düzgün, "Yoldaş" dergisinin kapatılmasından sonra zaman kaybetmeden aynı kadro ile "İnkılap Yolunda" adlı gazeteyi yayın hayatına sokmuşlardır. Bu gazete de 4. Sayıdan sonra kapatılır. Düzgün yine gazeteciliğini devam ettirmek için "Yeni Yol" dergisini mevsimlik olarak çıkarmaya başlar. Bu defa 1979’da derginin bürosu yakılır ve derginin yayını yasaklanır. Hüseyin Düzgün doktorasını tamamlamak için Türkiye’ye gider. Daha sonra haftalık Turki Sahand'ı yayınladı ve İslami Birlik, Akhtar ve Yul Dergılerının yayınlanmasında kilit rol oynadı. Pek çok öğrenciyi Türkçe yazma konusunda yetiştirdi ve tek amacı İran'da Türk dilini ve edebiyatını yaymak idi."
YAYINLADIĞI DƏRGİLƏR:
1. Honer ve İctima’ Təbriz — İran(1968)
2. Yoldaş (1979) Tehran İran
3. Azadlıq (1979) Tehran İran
4. İnqilab Yolunda (1981) Tehran İran
5. Yeni yol (1982) Tehran İran
6. Türk Bülleteni (1986) Tehran İran
7. Səhənd (1992–2002) Tehran İran
"Honer və İctima" Adinəsi Təbrizdə hər iki həftədə bir Hafte vare Mahde Azadi tərəfindən fars dilində nəşr olunurdu. Jurnalın baş redaktoru Səməd Behrəngi idi. Səməd Behrənginin ölümündən sonra Hüseyn Düzgün jurnalın daha 4 nömrəsini çap etdirməyə nail olub. 4-cü nömrədən sonra jurnal bağlandı.
Hüseyn Düzgündən əvvəl Səməd Behrəngi tərəfindən 9 nəşri nəşr edilmişdir.
Azərbaycan Mədəniyyət Ocağı 1979-cu ildə Hüseyn Düzgünün sayəsində Tehranda formalaşdı. Bu qurumun nəticəsi İranda Azərbaycan dilində 17 kitabın nəşri və 4 dövrü nəşrin nəşri olmuşdur. Bu 17 kitabdan bir çoxunun nəşrinə icazə verilməyib və məhv edilib. Amma daha çoxu çap olundu və çox yaxşı qarşılandı. Bu mərkəzin nəşr etdiyi nəşriyələr: "Yoldaş", "İnqilab Yolunda" və "Yeni Yol" idi.
Inqilab Yolundanin 1–6 saylarını Wiki Commons-dan aşağıdakı linkdən ala bilərsiniz.
Hüseyn Düzgün 1958-ci ildə girdiyi Tebriz Müəllimlər İnstitutundan 1963-cü ildə məzun olur. 1972-ci ilə qədər Təbriz, Ərdəbil və Meşkinşehr’də ədəbiyyat müəllimi işləmişdir. Təhsil və tədris sahəsində məharətlə işləyən Düzgün bir tərəfdən də publisistika, tərcüməçilik, araşdırmaçılıq işlərini digər tərəfdən isə pedaqoji fəaliyyətini özəl dərslər verərək davam etdirirdi. O, İranda Türk gənclərinin Azərbaycan Türk dilinin öyrənməsi üçün bənzərsiz işlər görmüşdür. Tehran, Urmiyə, İsfahan və Həmədan universitetlərində açılan Türk Dili və Ədəbiyyatı kurslarında lektor vəzifəsində işləmişdir. Düzgün, minlərlə İran Türkünün Türkcə təhsil almasına imkan yaratdığı ilə yanaşı verdiyi seminarlar, mülahizələr, təqdim etdiyi bildirilər, və etdiyi söhbətlərlə minlərlə gəncin bilgilənməsini və milli şüur qazanmasını sağlamışdır.