. Love.az

Haci Cebrayil Elizade - Wikipedia - Love.az

Ana Səhifə - Haci Cebrayil Elizade

Hacı Cəbrayıl Zərbəli oğlu Əlizadə (15 yanvar 1941, Nardaran – 29 mart 2013) — Vəhdət Partiyasının sabiq sədri, Bakı və Kəndlər Birliyinin sabiq sədri, Sabunçu Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Nardaran Qəsəbə Sovetinin sabiq sədri.

Hacı Cəbrayıl Əlizadə
Vəhdət Partiyasının sədri
Aprel 1995 – 1998
SonrakıTahir Kərimli
Bakı və Kəndlər Birliyinin sədri
1993 – ?
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı
1 iyul 1992 – 12 iyul 1993
ƏvvəlkiVaqif Abdullayev
SonrakıSalman Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 15 yanvar 1941(1941-01-15)
Doğum yeri
  • Nardaran, Lenin rayonu, Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 29 mart 2013(2013-03-29) (72 yaşında)
Dəfn yeri
  • Nardaran
Partiya
  • Vəhdət Partiyası
Təhsili
  • Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (1967–1972)
Fəaliyyəti siyasətçi

Həyatı

redaktə

Hacı Cəbrayıl Zərbəli oğlu Əlizadə 15 yanvar 1941-ci ildə Nardaran kəndində anadan olmuşdur. 1959-cu ildə Nardaran kənd orta məktəbini bitirmişdir. 1967–1972-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunın əmtəəşünaslıq fakültəsində ali təhsilini almışdır. 1971–1991-ci illərdə Abşeron Sovxoz Fəhlə İstehlak Cəmiyyətində çalışmışdır.[1]

Hacı Cəbrayıl Əlizadə 2002-ci ildə Nardaranda baş verən hadisələr səbəbi ilə qısa müddətli həbs edilmişdir.[2]

Hacı Cəbrayıl Əlizadə 29 mart 2013-cü ildə saat 16 radələrində ölmüşdür. Onun dəfn mərasimi 30 mart 14:30-da keçirilmiş və cənazəsi Nardaran qəsəbəsində dəfn edilmişdir.[2][3][4]

İctimai-siyasi fəaliyyəti

redaktə

Hacı Cəbrayıl Əlizadə Azərbaycan Xalq Hərəkatının aktiv üzvlərindən olmuşdur. 1991-ci ildə Nardaran Qəsəbə Sovetinin sədri olmuşdur.[1]

Hacı Cəbrayıl Əlizadə 1 iyul 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 14 nömrəli fərmanı ilə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.[5] O, 12 iyul 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin vəzifələrini icra edən Azərbaycan Ali Sovetinin sədri Heydər Əliyevin 680 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir.[6]

Hacı Cəbrayıl Əlizadə 1993-cü ilin dekabr ayında Bakı və Kəndlər Birliyinin sədri seçilmişdir.[1]

Hacı Cəbrayıl Əlizadə 1995-ci ilin aprel ayında Vəhdət Partiyasının sədri seçilmişdir.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Әлизадә Һаҹы Ҹәбрајыл Зәрбәли оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. ISBN 5-89600-253-x.
  2. ↑ 1 2 "Arxivlənmiş surət". 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
  3. ↑ "Arxivlənmiş surət". 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
  4. ↑ "Arxivlənmiş surət". 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
  5. ↑ "Arxivlənmiş surət". 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
  6. ↑ "Arxivlənmiş surət". 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hacı_Cəbrayıl_Əlizadə&oldid=7747051"
LOVE.AZ